Mingəçevirdə dələduzluqla 300 min manatlıq mal-qaranı ələ keçirən şəxs saxlanılıb
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən 35 yaşlı Vüsal Xəlilovu saxlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, V.Xəlilov zərərçəkənlərin etibarından sui-istifadə edərək onların iri və xırdabuynuzlu heyvanlarını ələ keçirib. Bu kimi dələduzluq əməlləri ilə o, 8 nəfərə 300 min manat maddi ziyan vurub. Saxlanılan şəxs zərərçəkmişlərdən aldığı heyvanları dəyərindən ucuz qiymətə satdığını bildirib.
Məhkəmənin qərarı ilə V.Xəlilov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Həmin şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1041 Tarix: 07 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oğuzda avtomobil aşdı: 7 nəfər xəsarət aldı (VİDEO)
Oğuz rayonunda avtomobil aşıb, xəsarət alanlar var. "Report"a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib. Hadisə nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü 37 yaşlı Aybəniz Sadıqova, sərnişinlə
25 avqustNiderlandda yaşayan türk qadının başına gələnlər şok etdi! - VİDEO
Niderlandda yaşayan türk qadın iş yerində ukraynalı həmkarı tərəfindən irqçi ifadələrə məruz qaldığını və şirkət rəhbərliyinin hadisəyə laqeyd yanaşdığını sosial media hesabında paylaşıb. Zərərçəkən əməkdaş İnsan Resursları (HR) departamentinin səhlənkarlığı səbəbindən sübutların yoxa çıxdığını və hadisəni
28 avqustMüdirin tapşırığını yerinə yetirməyən qadına verdiyi cəza görənləri şok etdi
Çinin Hançjou şəhərində iş hədəflərini yerinə yetirməyən gənc qadına rəhbəri tərəfindən 200 dəfə squat etmək cəzası verildiyi, bundan sonra isə onun ciddi sağlamlıq problemi yaşadığı bildirilib. Bədənində güclü ağrı və şişkinlik yaranan qadın bir neçə gün sonra xəstəxanaya müraciət edib və ona rabdomiyoli
27 avqustTövlədə heyvanları yemləyərkən öldü
Bərdə sakini bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, dünən saat 10 radələrində 1972-ci il təvəllüdlü Həsənov Mahir Həsən oğlu Mollalı kəndində yerləşən özünə məxsus fermada elektrik cərəyanının vurması nəticəsində ölüb. Belə ki, o, hadisə vaxtı iribuynuzlu heyvanlar saxlanıla
21 avqust