9 aylıq körpənin üstünə isti kofe töküb yandırdı
Avstraliyada naməlum şəxs parkda 9 aylıq körpənin üzərinə isti kofe tökərək bədənini yandırıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, avqustun 31-də Avstraliyanın Kvinslend ştatının Brisben şəhərindəki parkda baş verən hadisə ölkənin əsas gündəminə çevrilib.
Hadisə şahidlərinin sözlərinə görə, naməlum kişi piknik edən ailəyə yaxınlaşaraq, əlindəki isti kofeni 9 aylıq körpənin üzərinə töküb və sonra hadisə yerindən qaçıb.
Kvinslend polisi 33 yaşlı təcavüzkar haqqında həbs qərarı çıxarıb. Şübhəlinin 6 gün sonra ölkədən qaçdığının müəyyən edilib. Hücumun hansı səbəbdən həyata keçirildiyi hələlik məlum deyil.
İstintaqı aparan müfəttiş Paul Dalton verdiyi açıqlamada hadisənin indiyə qədər gördüyü "ən mürəkkəb" hadisə olduğunu bildirib.
Təcavüzkarın ölkədən qaçdığı müəyyən edildikdən sonra Avstraliya polisi digər ölkələrdən dəstək istəyib.
Dalton qeyd edib ki, hücum edən şəxs 2019-cu ildən Avstraliyada yaşayır.
Körpənin ailəsi açıqlamasında bildirib ki, onun vəziyyəti yaxşı deyil. Körpənin dəri transplantasiyasına ehtiyacı ola bilər. Körpə üçün açılan yardım səhifəsində indiyə qədər 100 min dollar toplanıb.
Hadisəylə bağlı istintaq davam edir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1093 Tarix: 09 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oğuzda avtomobil aşdı: 7 nəfər xəsarət aldı (VİDEO)
Oğuz rayonunda avtomobil aşıb, xəsarət alanlar var. "Report"a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib. Hadisə nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü 37 yaşlı Aybəniz Sadıqova, sərnişinlə
25 avqustNiderlandda yaşayan türk qadının başına gələnlər şok etdi! - VİDEO
Niderlandda yaşayan türk qadın iş yerində ukraynalı həmkarı tərəfindən irqçi ifadələrə məruz qaldığını və şirkət rəhbərliyinin hadisəyə laqeyd yanaşdığını sosial media hesabında paylaşıb. Zərərçəkən əməkdaş İnsan Resursları (HR) departamentinin səhlənkarlığı səbəbindən sübutların yoxa çıxdığını və hadisəni
28 avqustMüdirin tapşırığını yerinə yetirməyən qadına verdiyi cəza görənləri şok etdi
Çinin Hançjou şəhərində iş hədəflərini yerinə yetirməyən gənc qadına rəhbəri tərəfindən 200 dəfə squat etmək cəzası verildiyi, bundan sonra isə onun ciddi sağlamlıq problemi yaşadığı bildirilib. Bədənində güclü ağrı və şişkinlik yaranan qadın bir neçə gün sonra xəstəxanaya müraciət edib və ona rabdomiyoli
27 avqustTövlədə heyvanları yemləyərkən öldü
Bərdə sakini bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, dünən saat 10 radələrində 1972-ci il təvəllüdlü Həsənov Mahir Həsən oğlu Mollalı kəndində yerləşən özünə məxsus fermada elektrik cərəyanının vurması nəticəsində ölüb. Belə ki, o, hadisə vaxtı iribuynuzlu heyvanlar saxlanıla
21 avqust