İngiltərə millisi və klubları bütün yarışlardan kənarlaşdırıla bilər

İngiltərə millisi və klubları bütün yarışlardan kənarlaşdırıla bilərİngiltərə yığmasının 2028-ci ildə baş tutacaq növbəti futbol üzrə Avropa çempionatında iştirakı qadağan edilə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti məlumat yayıb.

Məlumata görə, İngiltərə futbolunda tənzimləyici qurumun yaranması ehtimalı ilə bağlı Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) müvafiq qərar qəbul edə bilər.

Qeyd olunur ki, UEFA-nın baş katibi Teodor Teodoridis İngiltərənin mədəniyyət, media və idman naziri Liza Lendiə hökumətin futbolun idarə olunmasına müdaxiləsinin yolverilməzliyi ilə bağlı məktub göndərib. Qəzetin yazdığına görə, o, İngiltərənin yüksək liqalarında klublara nəzarət etmək səlahiyyətlərini tənzimləyicilərə verməkdən çəkinməyi xahiş edib və müstəqilliyi futbolun əsas tələbi adlandırıb.

"The Times" yazır ki, əks halda UEFA sanksiyalar tətbiq edə bilər ki, bunun da ən böyüyü milli federasiyanın qovulmasıdır. Belə olan halda, İngiltərə yığması 2028-ci ildə İngiltərə və İrlandiyada keçiriləcək Avropa çempionatında iştirak edə bilməyəcək və ingilis klubları avrokuboklardan kənarlaşdırılacaq. Həmçinin, ingilis futbolçuların 2026-cı il dünya çempionatında iştirakı sual altında ola bilər.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1064   Tarix: 15 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Qarabağ"ın 3 potensial rəqibi bəllidir

Növbəti mövsümü ölkəmizi Avropa Liqasında təmsil edəcək "Qarabağ"ın 3 potensial rəqibi bəlli olub. "Qafqazinfo" xəbər verir ki, Ağdam təmsilçisinin digər rəqiblərinə isə qarşıdakı günlərdə aydınlıq gələcək. Qurban Qurbanovun komandasının bəlli olan 3 rəqibi isə bunlardır:. "Alüminiy"

18 may
.

"Çelsi"dən Xabi Alonso ilə bağlı qərar

"Çelsi" klubu rəsmi saytı vasitəsilə Xabi Alonsonun komandanın yeni baş məşqçisi vəzifəsinə təyin olunduğunu elan edib. xəbər verir ki, ispaniyalı mütəxəssis iyulun 1-dən etibarən vəzifəsinin icrasına başlayacaq. Alonso ilə imzalanmış müqavilənin müddəti dörd il təşkil edir. "Onun bu təyinat

17 may
.

Ulduz futbolçu matç zamanı çətin anlar yaşadı

"Arsenal"ın futbolçusu Piero Hincapie "Burnley" ilə keçirilən oyunda xoşagəlməz hadisə ilə üzləşib. türk mediasına istinadən xəbər verir ki, matçın gedişində futbolçunun şortu çıxıb və o, qısa müddətlik çaşqınlıq yaşayıb. Hadisə stadionda və sosial mediada maraqlı anların yaranmasın

19 may
.

"Qarabağ"ın daha 2 rəqibi bəlli oldu

Növbəti mövsüm Avropa Liqasında ölkəmizi təmsil edəcək "Qarabağ"ın daha iki potensial rəqibi bəlli olub. "Qafqazinfo" xəbər verir ki, bunlar Serbiyanın "Voyvodina" və Rumıniyanın "Universitatya Kluj" klublarıdır. Bundan əvvəl də Ağdam klubunun 3 rəqibi bəlli olmuşdu

20 may
.

"Sabah" bir milyon avroluq transferi rəsmiləşdirdi

"Sabah" müdafiəçi Timoteuş Puxaçın transferi üçün Almaniyanın "Holştayn Kil" klubu ilə danışıqları uğurla yekunlaşdırıb. Qaynarinfo xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb. Bildirilib ki, "Sabah" 27 yaşlı futbolçunun transfer hüquqlarına sahib çıxıb. Polşalı futbolç

14 may
.

Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun baş məşqçisi Jorji Jezuş mövsümün sonunda komandanı tərk edəcək. "Report" "A Bola" nəşrinə istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis klubla müqaviləsinin müddətini uzatmaq barədə danışıqlara başlamamaq qərarına gəlib. Təcrübəl

16 may
.

"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə

"Qarabağ" klubu İsveçin "Yurqorden" klubunun futbolçusu Zakaria Savonu transfer edə bilər. Bu barədə Sportime.sigmalive nəşrinə istinadən xəbər verir. Məlumata görə, hazırda Kiprin "AEL Limassol" klubunda çıxış edən Zakaria Savonun icarə müddəti bitdikdən sonra karyerasın

16 may
.

Mahir Emreli "Legiya"ya qayıda bilər

Azərbaycan yığmasının üzvü Mahir Emreli Almaniya klubu "Kayzerslautern"dən ayrılacaq. -a istinadən xəbər verir ki, o, artıq özünə yeni klub axtarır. Buna səbəb isə 2-ci Bundesliqa təmsilçisinin baş məşqçisi Torsten Liberknextin hücumçuya oynamaq şansı verməməsidir. "Kayzerslautern"l

22 may
.

"Neftçi" Premyer Liqada mövsümün son oyununa çıxır

"Neftçi" cari mövsüm Misli Premyer Liqasında sonuncu oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, UEFA Konfrans Liqasına vəsiqəni təmin etmiş "ağ-qaralar" XXII turda "Kəpəz"lə üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saa

23 may