Məktəbə silahlı basqın - AĞIR YARALILAR VAR
Bu gün səhər saatlarında Rusiyanın Çelyabinsk şəhərində dəhşətli hadisə baş verib. 13 yaşlı şagird çəkic, bıçaq və pnevmatik silahla sinif yoldaşlarına hücum edib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Roman G. adlı şübhəli oxuduğu məktəbə girərək şagirdlərə hücum etməyə başlayıb. Boğazı kəsilən və başından çəkic zərbəsi alan qız ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. O həyati təhlükəsi olduğu üçün əməliyyat olunub. Daha bir məktəbli qız isə ağır yaralandığı üçün təcili əməliyyata aparılıb. Bir neçə tələbə isə yüngül yaralanıb.
Hücumdan bir neçə saat əvvəl sosial şəbəkədə paylaşım edən şübhəli "Putin xalqı kölə etdi" deyərək prezidenti "nasizm"də ittiham edib.
"Baza" Xəbər Agentliyi şübhəlinin "ilk dərsin ortasında məktəbə qara paltarda gəldiyini, lakin birbaşa sinif otağına deyil, tualetə getdiyini" bildirib:
"Bir neçə dəqiqədən sonra o, qışqıra-qışqıra Biologiya dərsi keçirilən sinif otağına qaçıb və çəkici yelləməyə başlayıb. O, əvvəlcə qızlardan birini, sonra müəllimi vurub. Sonra başqa bir qızı və bir oğlan şagirdi vurub, qaçaraq çölə çıxıb".
Roman G. Milli Qvardiya tərəfindən saxlanılıb və psixiatra aparılıb.
Hadisə ilə bağlı istintaq başladılıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1245 Tarix: 16 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Keçmiş sevgilisi ilə görüşən qadın dəqiqələr sonra polisə zəng vurdu - VİDEO
Türkiyənin Aksaray şəhərində keçmiş sevgilisi olduğunu bildirdiyi S.K. ilə görüşən 29 yaşlı B.İ. aralarında yaranan mübahisə zamanı döyüldüyünü deyərək 112 Təcili Çağrı Mərkəzinə müraciət edib. Hadisə yerinə qısa müddətdə gələn polis əməkdaşları gənc qadını mühafizəyə götürüb, onun şikayəti əsasınd
27 avqustCəlilabadda ikimərtəbəli ev külə döndü
Cəlilabadda fərdi yaşayış evində yanğın baş verib. xəbər verir ki, hadisə rayonun Qarğılı kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini Müslüm Əliyevə məxsus ikimərtəbəli fərdi yaşayış evində naməlum səbəbdən yanğın başlayıb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyini
30 avqustİdman zalında qadına şiddət göstərən şəxs sərbəst buraxıldı - VİDEO
Mersin’in Yenişehir ilçəsində idman zalında baş verən şiddət hadisəsi təhlükəsizlik kameralarına əks olunub. Mübahisə etdiyi qadının boğazını sıxan şəxs, zaldakı başqa bir qadının müdaxiləsi nəticəsində uzaqlaşdırılıb. Hadisədən sonra saxlanılan şübhəli məhkəmə tərəfindən məhkəmə nəzarəti şərti ilə sərbəs
27 avqustZəhərli otlar mal-qaranı tələf etdi: "Əli bıçaq tutan hər kəs bura gəlsin"
Türkiyənin Çorum vilayətində heyvanlarını otlaq sahəsində otaran vətəndaş dəhşətli hadisə ilə üzləşib. Zəhərli otları yeyən mal-qara qısa müddət ərzində bir-birinin ardınca yerə yıxılmağa başlayıb. xarici mediaya istinadla xəbər verir ki, hadisəni görən heyvandar böyük panikaya düşüb. Sürünün təxminə
25 avqust8 yaşlı uşaq "reşotka"nın arasında boğulub öldü
Bakıda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 24-ü saat 17 radələrində Ramana qəsəbə sakini 2018-ci il təvəllüdlü Yusif Dövlətli oğlu Əmənov yaşadığı evin həyətində dəmir barmaqlıqların arasından keçərkən başı metal çubuğa ilişib. Nəticədə
25 avqust