Vəfalı heyvanları kabusa çevirən nədir? - Xırdalandan ŞİKAYƏT var
Abşeronda küçə itləri insanlara təhlükə yaradır.
Oxu.Az xəbər verir ki, söhbət Abşeron rayonu, Xırdalan şəhəri "AAAF Park" yaşayış kompleksindəki 29-cu küçədən gedir.
Vətəndaşın sözlərinə görə, küçələrdə sahibsiz itlərin sayının artması onları narahat edir:
"Küçədə hərəkət etmək təhlükəlidir, bəzi itlər adamları qapırlar. Dərdimizi kimə deyəcəyimizi bilmirik. Uşaqları məktəbə tək göndərməyə qorxuruq. Bu məsələyə bir çarə tapılmalıdır. Problemlə bağlı rayonun icra hakimiyyəti ilə danışsaq da, ərazinin "AAAF Park" yaşayış kompleksində olduğunu və özəl mülk sayıldığı üçün müdaxilə edə bilməyəcəklərini deyirlər. Bizə bildirirlər ki, bu məsələni sözügedən şirkətin rəhbərliyi həll etməlidir".
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, sahibsiz heyvanlara qarşı kobud və qanunsuz hərəkətlərin, o cümlədən hansısa digər radikal addımın atılmasının mümkünsüzlüyünü nəzərə alaraq, RİH tərəfindən mütəxəssislərin də rəyi nəzərə alınmaqla Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin layihəsi hazırlanıb:
"Layihədə sahibsiz heyvanların müayinəsi, müalicəsi, peyvəndlənməsi üçün otaqlar, həmçinin heyvanların gəzinti sahələri, geniş yaşıllıq zolaqları və istənilən şəxslər tərəfindən himayəyə götürülməsi imkanlarının yaradılması nəzərdə tutulub. Tərəfimizdən layihənin smeta xərcləri işlənilərək hazırlanıb, tikintisi üçün maliyyə vəsaiti ayrılıb. Bundan əlavə, xidməti personal da təyin edilib. Bütün bu işlərə paralel olaraq tərəfimizdən mərkəzin tikintisinin aparılacağı torpaq sahəsi müəyyən edilib. Hazırda aidiyyəti qurumlarla birgə həmin torpaq sahəsinin sənədləşdirmə işləri həyata keçirilir. Sənədləşmə işləri artıq son mərhələdədir. Qayğı mərkəzinin nə vaxt hazır olacağını demək çətindir, sənədləşmə işləri başa çatan kimi tikintiyə başlanılacaq.
Məlumat üçün qeyd edək ki, haqqında danışdığımız itlərə peyvənd vurulub, onlar ətraf üçün zərərli deyillər".
Xatırladaq ki, əvvəllər Xırdalanda sahibsiz itlərin insanlara hücum etməsi ilə bağlı çoxsaylı hadisələr gündəmə gəlib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 769 Tarix: 18 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabr17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrHamiləliyə və doğuma görə verilən müavinət artırılır
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind
4 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabr