Başqasının maşınına mindiyi üçün keçmiş arvadını QƏTLƏ YETİRDİ

Başqasının maşınına mindiyi üçün keçmiş arvadını QƏTLƏ YETİRDİ2023-cü il oktyabrın 26-ı saat 19 radələrində Bakının Xətai rayonunda 1987-ci il təvəllüdlü Pərvanə Məhərrəmova qətlə yetirilib. Onun keçmiş əri Tərtər rayon sakini 1982-ci il təvəllüdlü Zamiq Tanrıverdiyev könüllü olaraq 35-ci Polis Bölməsinə gələrək, qadını öldürməsi haqda məlumat verib.

Məlum olub ki, hadisə İnqlab İsmaylıov küçəsi, 15 ünvanında yerləşən gözəllik salonlarından birində baş verib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Zamiq Tanrıverdiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə 2 il şərti cəzaya məhkum olunub. Buna baxmayaraq, o, 2023-cü il oktyabrın 26-ı saat 18:30-da keçmiş arvadı Pərvanə Məhərrəmovanın dırnaq ustası işlədiyi gözəllik salonuna gəlib. Salonda Zamiq Pərvanə Məhərrəmovanı yanına çağıraraq, yüngül həyat tərzinə son qoymasını bildirdikdə, qadın ona "get işinlə məşğul ol, öz həyatımdı, özüm bilərəm" söyləyib. Bundan hiddətlənən Zamiq Tanrıverdiyev bıçaqla Pərvanə Məhərrəmovanın bədənin müxtəlif nahiyələrinə ümumilikdə 25 dəfə zərbə endirib. Nəticədə qadın ölüb.

Hadisə baş verən salon

Məhkəmə baxışında Zamiq Tanrıverdiyev bildirib ki, Pərvanə Məhərrəmova ilə 2004-cü ildə ailə qurub, nikahlarından 2 övladları dünyaya gəlib. 2022-ci ildə Tərtər rayon Məhkəməsinin qətnaməsi ilə rəsmi boşanıblar:

"Nikahımız pozulandan sonra arvadım 18 və 17 yaşlı qızlarımızla birlikdə kirayə mənzildə qalırdı. Pərvanə evin yaxınlığında yerləşən gözəllik salonunda işləməyə başlamışdı. Oktyabrın 26-da evdən mətbəx bıçağını götürüb, salona yollandım. İçəri girəndə Pərvanədən başqa orda 2 xanım da vardı. Onlara doğru getməyərək, keçmiş arvadımı səslədim. Pərvanəyə "səhv yoldasan, bunu etmə" deyəndə, qadın "get işinlə məşğul ol" söylədi. Bıçaq zərbələri vurarkən, demək olar ki, qadın müqavimət göstərə bilmədi. Qışqırdı, sonra isə səsi kəsildi. Çox bıçaq vurmağımın səbəbini özüm də bilmirəm. Salondan çıxıb, birbaşa 35-ci bölməsinə getdim".

Zamiq Tanrıverdiyev

Zamiq Tanrıverdiyev qeyd edib ki, yoldaşı ilə ayrılsa da, övladlarının həyatına biganə qala bilməyib. Pərvanənin tanımadığı avtomobilə əyləşməsini görəndən sonra, onun əxlaqsız həyat tərzi sürməsini düşünüb. Hadisədən əvvəl neçə dəfə ona xəbərdarlıq edib. Həmin gün də iş yerinə bu məqsədlə gedib, amma eşitdiyi cavabdan sonra, özünü saxlaya bilməyərək, qadını öldürüb.

Şahid Qənirə Süleymanzadə ifadəsində göstərib ki, oktyabrın 26-da axşam dırnaq ustasının yanına gedib:

"Salona daxil olan Zamiq Tanrıverdiyev Pərvanəyə sözü olduğunu dedi. Buna görə, qadın əlcəklərini çıxartdı və ayağa qalxaraq ona tərəf addımladı. 2-3 saniyədən sonra qadın "kömək edin" deyə qışqırdı. Həmin şəxsin isə əvvəl ayaq üstə və sonra yerdə ona zərbələr vurduğunu gördüm. Sonra içəri bir kişi girərək, deyəsən bıçağı əlindən almaq istədi, amma Pərvanəni vuran şəxs onu kənara itələdi və qaçdı. Hadisə təxminən 2 dəqiqə ərzində baş verdi. Pərvanə xanımla 5 il əvvəl tanış olmuşam. Pərvanə söhbət əsnasında mənə yalnız boşandığını demişdi, keçmiş yoldaşının onu izləməsi haqda heç nə danışmamışdı".

Şahid Ruxsarə Mərdanova ifadəsində göstərib ki, Zamiq Tanrıverdiyev çağırandan sonra, Pərvanə onunla balaca otağa keçib:

"Aralarında heç bir söhbət olmadı. Dəqiqə keçməmiş Pərvanə qışqırmağa başladı, həmin şəxs yıxılandan sonra da iş yoldaşıma vəhşicəsinə zərbələr endirdi. Pərvanənin həyat tərzi ilə bağlı məlumatım yox idi. Boşandığını və keçmiş ərinin qayınatasını bıçaqladığını bilirdim. Zamiq Tanrıverdiyevi əvvəllər salonda heç vaxt görməmişəm".

Şahid Fidan Tanırverdiyeva deyib ki, anası 3 ildir boşanıb, onun heç bir günahı olmayıb, əxlaqsız həyat tərzi ilə bağlı söylənənlərin hamısı yalandır:

"Anam hər gün axşam saat 8-9-a kimi işdə olurdu. Atam bizi ancaq çox iyrənc söyüşlərlə təhqir edirdi. Bununla bağlı sübutlarım da var. Bu planlaşdırılmış bir iş olub, bizə ancaq deyib ki, "ananızı da, sizi də öldürəcəyəm". Bu hadisədən əvvəl atam babamı bıçaqlamışdı. Ayın 26-da axşam bacım mənə zəng edib dedi ki, "deyəsən anamıza nəsə olub, get iş yerinə bax". Salona daxil olanda, ölüm hadisəsi baş verdiyini bildim".

Məhkəmə hesab edib ki, Zamiq Tanırverdiyevin əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib. O, həmin maddə ilə qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Zamiq Tanrıverdiyev 18 il müddətinə azadlıqdan məhrum olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1242   Tarix: 18 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qurban Qurbanov Marko Yankoviçlə bağlı QƏRARINI VERDİ

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov heyətin əsas üzvlərindən olan futbolçunu buraxmaq istəmir. İdmanxeber.az-a istinadən xəbər verir ki, söhbət Marko Yankoviçdən gedir. Futbolçuya başqa ölkələrdən təkliflər olsa da, təcrübəli mütəxəssis onun komandada qalmasını istəyir. Bu səbəbdən d

19 iyun
.

Rusiyada güclü zəlzələ oldu: Sunami ehtimalı da var

Rusiyanın Kamçatka bölgəsinin akvatoriyasında maqnitudası 3.7 - 6.9 arasında dəyişən bir neçə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmət məlumat yayıb. Ən güclü zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən təqribən 178 kilometr aralıd

19 iyun
.

Nyu-Yorkun mərkəzində atışma - VİDEO

ABŞ-nin Nyu-York şəhərində yerləşən məşhur Tayms meydanında silahlı insident qeydə alınıb. xəbər verir ki, bu barədə ABC telekanalı yerli polisə istinadən məlumat yayıb. Küçə kameralarının qeydə aldığı kadrlarda qara geyimli ən azı iki şəxsin gediş-gəlişin gur olduğu ərazidə atəş açdığı görünür. İl

19 iyun
.

Prezidentdən XİN-in bəzi əməkdaşlarının vəzifə maaşları ilə bağlI FƏRMAN - CƏDVƏL

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarının və aylıq vəzifə maaşlarına diplomatik rütbəyə və təmsilçiliyə görə əlavə haqqın məbləğlərinin təsdiq edilməsi haqqında Fərman imzalayıb. bununla bağlı -

19 iyun
.

İstanbulda səs-küylü adam oğurluğu: Vəzifəli şəxsin qaçırılma anının görüntüləri - Video

Qaçırıldığı iddia edilən Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) mədəniyyət şirkətinin baş direktor müavini Erhan Karaal polisin axtarışları nəticəsində Tuzlada bir tikinti sahəsində tapılıb. Bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir. Məlumata görə, İstanbul Polis İdarəsinin İctimai Təhlükəsizli

19 iyun
.

Deputatdan taksilərlə bağlı TƏKLİF

"Taksilərə sərnişinləri mindirib düşürmək üçün müxtəlif ərazilərdə 2-3 dəqiqəlik şərait yaradılması təklif edilir. -ın məlumatına görə, bu təkliflə deputat Məlahət İbrahimqızı Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib. O qeyd edib ki, müxtəlif ərazilərdə, o cümlədən sosial obyektləri

19 iyun
.

İlham Əliyevdən məktəbəqədər təhsildə yeni maliyyələşmə modeli ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında Fərman imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Fərmana əsasən, məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşm

19 iyun
.

Zaqatalada minik avtomobilləri toqquşdu - XƏSARƏT ALAN VAR

Zaqatalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, qəza Şəki-Yevlax-Zaqatala-Gürcüstan magistral avtomobil yolunun 132-ci kilometrliyində qeydə alınıb. Belə ki, saat 22:00-da 08-BK-753 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobillə 99-XD-407 dövlət qeydiyyat nişanl

19 iyun
.

Beyləqanda 70 yaşlı kişi hoteldə ölü tapıldı

Beyləqanda hoteldən meyit tapılıb. -a istinadla xəbər verir ki, hadisə şəhərin ərazisində qeydə alınıb. Gəncə şəhər sakini 70 yaşlı Adil Fərhad oğlu Quliyevin meyiti hoteldə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Faktla bağlı araşdırma aparılır

19 iyun