Qazaxda "at oynadan" biznesmen kollec direktorunun "krişası" kimdir? - Aylığa bağlanan tələbələr, qohum-əqrəba yığıncağı

Qazaxda "at oynadan" biznesmen kollec direktorunun "krişası" kimdir? - Aylığa bağlanan tələbələr, qohum-əqrəba yığıncağıQazax rayon Dövlət Sosial-İqtisadi Kollecin Direktoru Elşad Quliyev Direktoru olduğu Kolleci sanki ata-babasından qalmış əmlak kimi istifadə edir.

Qalmaqallardan başı açılmayan Elşad Quliyev növbəti dəfə qanunları çeynəməklə məşğuldur.

32gun.az bildirir ki, Yerli.media-ya daxil olan məlumatda iddia edilir ki Kollecdə fəhlə və xadimə ştatında olan bir çox işçilər özlərinə aid olan vəzifəni yerinə yetirmək əvəzinə bütün günü kabinetdə əyləşirlər. Dövlətdən hər ay maaş alan bu şəxslər vəzifələrini icra etmək əvəzinə niyə kabinetdə əyləşirlər? Görəsən maraq nədir?

"Yəqin ki, Elşad Quliyev işçilərə qıymayıb onları yormaq və yaxud "əziyyət" vermək istəmir?"

Saytımıza verilən digər məlumatda iddia edilir ki, Kollecinin qanuni sürücü ştatı olsa da Elşad Quliyev avtomobili qohumlarının birinin adına yazdırıb və əməkhaqqı kartını mənimsəmək yolu ilə avtomobili özü idarə edir.

Maraqlıdır ki, Dövlətəin qanunlarına əməl etməyən və qanunları heçə sayan Elşad Quliyev günü bu gündə vəzifə başındadır.

Bu qədər özbaşınalığa və qanunsuzluğa yol verən Elşad Quliyev görəsən kimə güvənir və yaxud arxasını kimə, hansı güvəndiyinə "krişasına" söykəyib?

Sosial şəbəkədə eləcə də rayona məxsus qrup və səhifələrdə araşdırma apardığımız zaman qarşımıza qəribə iddia çıxıb. Belə ki, Kollec direktoru Elşad Quliyevin Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovaya arxalandığı yazılıb. İddiaya görə direktorun kollecdə "at oynamasına" səbəb də odur...

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən orta ixtisas təhsili müəssisələrində mütəmadi keçirilən monitorinqlər çərçivəsində Agentliyin nümayəndələri 28-29 mart tarixlərində Qazax və Tovuz Dövlət Sosial-İqtisadi Kolleclərində olublar.

Monitorinq zamanı gözdən pərdə asmaq üçün aylığa buraxılmış tələbələr hamsı dərsə gətizdirilib amma monitorinq bitdikdən sonra yenidən köhnə vəziyyət yaranıb.

İddia edilir ki, 100 nəfərə yaxın tələbə aylığa buraxılıb. İddaya görə, Hər aylığa buraxılan tələbə bir smestr üçün direktor Quluyevə 1000 azn pul verir.

İstər sosial şəbəkədə, istərsə də bəzi media orqanlarında gedən məlumatlara görə, tələbələrin təhsil haqqı hesabına formalaşan kollecin xüsusi hesabına yığılan 100 minlərlə vəsait direktorun müxtəlif yollarla etdiyi maxinasyalarla kotirovka edilib mənimsənilir. Halbuki həmin xüsusi hesabdan kollecin müəllimlərinə ildə bir neçə dəfə premya verilməlidir (məsələn 5 okyabr müəllim günü,8 mart beynəlxalq qadınlar günü və.s). Lakin demək olar ki buna əməl edilmədiyi qeyd edilib.

Elşad Quliyevin "şahmatvari oyunlarının" bununla bitmədiyi iddialar arasındadır.

Belə ki, iddialara gorə kollec direktoru özünü biznes sahəsində də sınayıb və çox da uğurlu, davamlı gəlirlər əldə edib.

Qazaxda Qeydiyyat şöbəsi, Hüseynbəyli kəndinə gedən yolun kənarında, altı mağaza, üstü kafe kimi fəaliyyət göstərir. Digəri isə yeni tikiməkdədir. Bundan əlavə, Qazax rayonu Cannallı kəndində (Azpetrolun yanı) yeni məhlədə dəbdəbəli villa, bakı şəhərində iki ədəd ev və iki ədəd "Mercedes" markalı minik avtomobili. Maraqlısı bundadır ki, obyektlərin hər biri onun ailə üzvlərinin adına sənədləşdirildiyi bildirilir.

İddiaya görə, Elşad Quliyevin həyat yoldaşı məktəblərin birində təlim-tərbiyə müəllimi vəzifəsində çalışsa da, bir neçə ay bundan əvvəl məktəbdən kənərlaşdırılmış və hal-hazırda isə işə qayıtdığı bildirilir. Bu barədə daha ətraflı növbəti araşdırmalarımızdan sonra...

Məsələ ilə bağlı istər Elşad Quliyevin özünə, istərsə də kollecin rəsmi email-nə suallar ünvanlasaq da suallarımız cavabsız qaldı.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 999   Tarix: 18 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr