Frankofoniya sammiti YAXINLAŞIR: Sentyabrın 21-dən sonra regionda TƏXRİBATLAR GÖZLƏNİLİR? - ŞƏRH

Frankofoniya sammiti YAXINLAŞIR: Sentyabrın 21-dən sonra regionda TƏXRİBATLAR GÖZLƏNİLİR? - ŞƏRHFransa Prezidenti Emmanuel Makronun sentyabrın 21-də Ermənistana gözlənilən səfəri təxirə salınıb. Bu barədə mətbuatda məlumatlar yayılıb. Təxminən 10 gündən sonra Fransa hökumətinin Baş nazir Nikol Paşinyanı iştiraka dəvət etdiyi Viller-Koter şəhərində 19-cu Frankofoniya sammiti keçiriləcək. Sammit Ermənistan üçün strateji əhəmiyyət kəsb edir, çünki siyasi, hərbi, mədəni və digər sahələrdə çoxsahəli əməkdaşlıq gözlənilir. Frankfoniya sammitinin arxa planında nə dayanır? Bu görüş yeni təxribatların yaranmasına zəmin yarada bilər?

Mövzunu Sonxeber.az-a şərh edən siyasi şərhçi Faiq Ələbərli deyib ki, Fransa-Ermənistan münasibətlərini yeni bir mərhələyə keçməsi məhz Rusiya-Ermənistan korlanmasından sonra baş verir:

"Müəyyən dönəmlərdə Rusiya ön planda olduğu üçün Fransa kölgədə qalırdı. İndi isə Fransa iki dövlət arasında münasibətlərin mənfiyə doğru irəliləməsindən istifadə edərək özünü himayəçi kimi aparır. Ermənistana isə bütün sahələrdə dəstək verdiyini ortaya qoyur. Hətta bir neçə dəfə Fransa prezidentinin Ermənistana dəvət olunması məsələsi gündəmə gəlmişdi. Görünür ki, bunun gerçəkləşməməsinin bəzi səbəbləri var. Rusiya və digər amillər bu səfərin gerçəkləşməsində problem yaradır. Buna baxmayaraq Fransa Ermənistanı müəyyən beynəlxalq tədbirlərə dəvət edir. Bunlardan biri Frankofoniya sammitidir. Bu sammit Fransanın başçılığı altında və Fransanın bir güc kimi olduğunu göstərmək məqsədilə keçirilir. Fransa özünü dünyada və Avropada yeni bir güc kimi təqdim edir. Ermənistanı burada yanına alır".

Siyasi şərhçinin sözlərinə görə, bütün hallarda Ermənistana hər cür hərbi siyasi iqtisadi dəstəyini nümayiş etməklə Fransa öz ətrafında güc formalaşdırmağa çalışır:

"Frankfoniya sammitinda əsas məsələyə Fransanın Ermənistandakı təsirini artırmaqdır. Bu həll olunduqdan sonra Makronun səfəri Ermənistana daha təntənəli surətdə həyata keçiriləcək. Fransa Ermənistana elə belə gəlmək istəmir. Bunun nəticəsində Azərbaycana müəyyən güc nümayiş etdirmək istəyəcəklər. Müəyyən mənada ermənilərin fəallaşması, təxribatların baş verməsi gözlənilir. Hansısa bir təxribatların olması istisna olunmur. Bu sammit əsas buna köklənib. Bütün hallarda bu ssenari baş tutmayacaq. Azərbaycan Ermənistana öz sözünü demişdi və Fransanın himayədarlığı heç bir şeyi dəyişməyəcək".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 920   Tarix: 18 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr