İşdən çıxarılan müəllim DANIŞDI: "Direktor məni təhqir edir, hədələyirdi"

İşdən çıxarılan müəllim DANIŞDI: "Direktor məni təhqir edir, hədələyirdi"Xəbər verdiyimiz kimi, sentyabrın 16-ı İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbinin müəllimi Leyla Nəcəfquluyeva işdən çıxarılıb. İmişli rayonu Aranlı kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyevanın iddiaları ilə bağlı Rayon İcra Hakimiyyətindən açıqlama verilib. Qurumdan bildirib ki, müəllimin çöldə dərs tədris edərək çəkdiyi və paylaşdığı video da elə məktəbin 17-si istifadəyə verilməsinə etiraz olaraq hazırlanıb.

Məsələ ilə bağlı Leyla Nəcəfquluyeva Sonxeber.az-a açıqlamasında bildirib ki, onun işdən çıxarılması planlı şəkildə həyata keçirilib:

"Mənə direktor bildirmişdi ki, sentyabr ayının 16-sı məktəbə gələcəksən və açılışımız olacaq. Yəni dərsi orada keçəcəyik. Mən də bir neçə gün öncə demişdim ki, dərsimiz harada olacaq. Direktor dedi ki, məktəbimiz açılacaq və dərsi keçəcəyik. Mənə direktor heç bir məlumat göndərməyib. Özü qəsdən elə edib ki, mən həmin məktəbə gedim və əllərinə fürsət düşsün. Bu cür də etdilər. Çoxdan paylaşım etmişdim ki, mən bu məktəbin açılışını görməyəcəm. Elə də etdilər. Məndən başqa bütün müəllimlərə məlumat verilmişdi. Hətta bir neçə valideyn mənə bildirdi ki, direktor uşaqları 16-sı məktəbə çağırıb. Mən şəhərdə olanda 8-9 radələrində artıq evdə idim. Status qoyublar ki, öz məktəbimizdə deyil, Aranlı 2-yə- qonşu məktəbə gedəcəksiniz. Amma mənə bu barədə heç kim məlumat vermədi. Son məlumatı direktor məndən gizlətdi. Ona görə də mən onu günahlandırıram. Sübut etsin ki, bu məlumat mən Leyla müəllimə demişəm. Hətta məktəbin açılışını belə mənə demədi. Valideyn mənə zəng etdi ki, gözün aydın məktəb açılır. Mənə direktor sadəcə bir dəfə zəng edib. Mən Bakıya deputatlığa namizədliyimi verəndə orada olan problemlər ilə bağlı ərizə aparmışdım. Direktor isə mənə hədə-qorxu gəldi. Mən də qayıtmadım və onun planı məndən qisas almaq idi. Mən hətta 102-yə müraciət etdim ki, direktor məni təhqir edir, hədə-qorxu gəlir".

Leyla Nəcəfquluyevanın sözlərinə görə, məktəbə getsə də onun girişinə icazə veriməyib:

"Mənim TikTok səhifəmdə görə bilərsiniz ki, məktəbə girə bilməyim deyə qapını bağladılar. Mənim direktorum heç bir şeyi boynuna almayacaq. Mən hər şeyi ictimailəşdirə bilirəm. Özü tərəfindən zəng olunmadı. Bir dənə dedi ki, səni işdən çıxartdıq. İcra hakimiyyətindən verilən açıqlamaya görə, dünənləri açılış oldu. Kim nə deyirsə desin mənə demişdilər ki, 18-i olacaq. Direktor birdən-birə qərarını dəyişdi. Sahə polisi zəng etdi ki, orada söz-söhbət yaratmısan. Direktor mənə niyə mənə məlumat verməyib ki, müvəqqəti olaraq Aranlı 2-yə gedəcəyik. Dedim ki, o biri direktora deyin mən ora getmirəm. Bir günün maaşını kəssinlər və ayın 18- i uşaqlarım ilə gələrəm. Kəndə bizi aldadaraq apardılar. Yenidən başqa məktəbə getmək istəmirəm. O, da bildirdi ki, məsələni olduğu kimi bildirəcəm. Amma axşam saat 9-dan sonra mənim valideynim zəng etdi ki, direktorda yenə zəng etməyib. Valideyn mənə deyəndə ki, məktəbə gedirik, mən inana bilmirdim. Sanitar qovşağı məsələsində məni boğaza yığmışdı, həm də məktəbdə qayda pozuntuları var idi. Keyfiyyətli dərs keçilmirdi və su problemi yaşanırdı. Onlar valideynlər ilə birlikdə quyumu qazdılar".

Leyla Nəcəfquluyeva deyib ki, məktəbdə çalışan kargüzar ilə bağlı problemlər var idi və o, işləmək yerinə qeybətlə məşğul idi:

"Onun da atası yazar olduğu üçün qorxurdu. Bilirdi ki, onun quyusunu Əjdər Qəhrəmanov qazacaqdı. Direktor Əjdər Qəhrəmanova deyib ki, sənin qızın burada işləyəcək. Məni də bu cür tələyə saldılar. Bu iki gün ərzində mənə heç bir məlumat verilməyib. Bu planlı şəkildə olub. Mənə deyilmişdi ki, quyumu qazacaqlar. Əjdər Qəhrəmanov məktəbə problem yaradan, kimi istəsə işə düzəldən kənd sakinidir. Vaxtilə poçtda işləyib. Kəndin dələduzudur və hamıdan pul alıb cibinə qoyur. Ondan kifayət qədər şikayətlər mövcuddur. Direktor ondan çox qorxur və çəkinir. Həmin şəxs direktor haqqında çox şey bilir. Əlbəttə ki, direktorda onun haqqında çox məlumatı olan şəxsi seçəcək. Mən direktora demişdim ki, kargüzar neçə ildir işləsə də uyğun deyil. Dedim ki, bizə savadlı biri lazımdır. O da mənə dedi ki, mən heç nə edə bilmərəm, atası bilər".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1243   Tarix: 18 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr