İlham Əliyev: "İtkin düşmüş şəxslər faciəsi Ermənistanın təcavüzünün ağır fəsadlarındandır"
"İtkin düşmüş şəxslər faciəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır fəsadlarından biridir".
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi" mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda yer alıb.
Dövlətimizin başçısı qeyd edib ki, Birinci Qarabağ müharibəsi nəticəsində 30 ildən artıqdır, 4 000-dək azərbaycanlı itkin düşmüş şəxs hesab olunur. Onların arasında mülki şəxslər, o cümlədən uşaqlar və qadınlar da var. 2020-ci il Vətən müharibəsində isə altı Azərbaycan vətəndaşı itkin düşüb.
"Torpaqlarımızın işğaldan azad edilməsindən sonra meydana çıxmış yeni faktlar itkin düşmüş azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı şahidlərin ifadələrini bir daha təsdiq edib. Həmin ərazilərimizdə aşkar olunmuş kütləvi məzarlıqlarda ekshumasiya işlərinin aparılması nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş şəxslərin işgəncələrə, zorakılığa və qeyri-insani rəftara məruz qalaraq qətlə yetirildiyi barədə təkzibedilməz sübutlar toplanıb", - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sodayla ağ saçlardan qurtulmağın yolu
Ən az qulluq tələb edən 5 meyvə ağacı: Bir dəfə əkin, illərlə məhsul götürün
Bir qəpiklik yumurtalarla bağlı AQTA-dan AÇIQLAMA
Kiçik görünüş, böyük sağlamlıq faydaları
Metroda oğurluq anı kameralara düşdü: Şübhəli saxlanıldı
Qiymətlər REKORD HƏDDƏ ENƏ BİLƏR: Yumurta bazarında nə baş verir?
XƏBƏRDARLIQ! Şimşək çaxacaq, dolu düşəcək... - SABAHIN HAVASI
Bakı-Şamaxı yolunda DƏHŞƏT: Qarşıdan gələn avtomobilin təkəri çıxaraq "Range Rover"ə çırpıldı - ANBAAN VİDEO
Hansı kərə yağı daha yaxşıdır? - 72,5, yoxsa 82,5 faiz?
Ağdərədə mikroavtobusla minik avtomobili toqquşub: Xeyli sayda yaralı var
Tribunada gözlənilməz anlar: telefonu aşağı düşdü - VİDEO
Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı - SƏBƏB NƏDİR? - VİDEO
Toyda şampanla rəqs etmək istəyən bəy, gəlini yerə yıxdı - VİDEO
24 yaşlı oğlanı cərəyan vurub öldürdü
Bakının bir qəsəbəsində SÖKÜNTÜ BAŞLADI: Kompensasiya veriləcək