Süni ağardılan QƏND, saxta DÜYÜ - Partlayış baş verən "Bolluq" MMC ilə bağlı SENSASİON iddialar

Süni ağardılan QƏND, saxta DÜYÜ - Partlayış baş verən "Bolluq" MMC ilə bağlı SENSASİON iddialarÖtən gün paytaxtın Nizami rayonu, 8-ci köndələn küçəsində yerləşən sexdə partlayış baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən ilkin məlumata görə, ümumi sahəsi təxminən 40 m² olan qazanxanada yanğınla nəticələnməyən partlayışa səbəb qaz sızması olub. Partlayışda həm obyektə ciddi ziyan dəyib, həm də 6 nəfər bədən xəsarətləri alıb.

Bizim.media-nın araşdırmasına görə partlayış Azərbaycanda kəllə qənd istehsalı ilə məşğul olan "Bolluq LTD" MMC-nin Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn, 5 ünvanında yerləşən istehsalat müəssisəsində baş verib.

Hansı ki, bu şirkət ümumilikdə fəaliyyətində verdiyi nöqsan və pozuntulara görə dəfələrlə aidiyyəti qurumlar tərəfindən cəzalandırılıb.

İstehsal olunan qəndlər süni şəkildə ağardılır?

Qeyd edək ki, partlayış baş verən filialda artıq ikinci qalmaqaldır ki, baş verir. Bundan əvvəl "Bolluq" MMC-nin Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn, 5 ünvanında yerləşən istehsalat müəssisəsinin müdiri satış üçün hazırlanan qəndlərin tərkibinə normadan artıq kükürd dioksid vurulmasında (qəndin ağardılması) ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb.

Müəssisənin bağlanılmasına qərar verilibsə, niyə fəaliyyətdədir?

Bu ilin iyun ayında şirkətin Abşeron rayonu, Bakı-Sumqayıt şosesi, 13-cü kilometr ünvanında isə yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanın mövcud olduğu aşkarlanıb.

Belə ki, obyektin mətbəx sahəsində çəkilmiş qaz xəttində yivli birləşmələrdən istifadə olunub, anbar sahələrində rəflərin ara məsafələri yanğınların söndürülməsinə və ya malların hadisə zamanı köçürülməsinə maneə törədəcək əşyalarla tutulub. Həmçinin obyektin bəzi sahələri yanğınxəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb.

Elə insan həyatı və ya sağlamlığına, ətraf mühitə, eləcə də dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı üçün həmin ünvandakı obyektin bağlanmasına rəsmi qərar da verilib. Amma əldə etdiyimiz məlumata görə bu qərara məhəl qoymayan şirkət rəhbərliyinin göstərişi ilə Bakı-Sumqayıt şosesi, 13-cü kilometr ünvanındakı müəssisə hələ də fəaliyyətdədir.

Təhlükəsizlik qaydaları pozulur...

Görünən odur ki, şirkətin sözügedən filialında olduğu kimi "Bolluq" MMC-nin Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn, 5 ünvanındakı sexdə də insan sağlamlığına təhlükə yaradan amillər olub. İddialara görə, bu müəssisədə də digəri kimi qaz xəttində yivli birləşmələrdən istifadə olunub və qaz sızması yaranıb.

Maraqlısı odur ki, şirkətin öz daxilində də qanunsuzluqlar yaşanıb. Belə ki, "Bolluq LTD" MMC-nin Şirvan şəhər filialının satış təmsilçisi çalışdığı müəssisənin pullarını mənimsəyib və işə rayon prokurorluğu qarışıb.

Ölkənin qida və qənnadı sektorunda istehsal, satış və distribütor şirkəti kimi fəaliyyət göstərən "Bolluq" MMC-nin adı başqa qalmaqallarda da çəkilir.

Belə ki, "Bolluq LTD" reklam haqqında qanunvericiliyin tələbini pozmasına görə 5 min manat cərimə edilib.

Bundan əlavə şirkətin fabriklərində antisanitariyanın hökm sürdüyü ilə bağlı zaman-zaman mediada məlumatlar və görüntülər yayılıb.

Saxta düyü istehsal olunur?

Bu azmış kimi "Bolluq" MMC saxta düyü istehsalı iddiası ilə də ad qazanıb. Novruz bayramı ərəfəsində süfrələri bəzəyən düyünün sintetik olduğuna dair görüntülər ictimaiyyətdə əməlli-başlı səs-küy yaradıb. Ciddi narahatlıq doğuran məsələ ilə bağlı çaşqınlığa şirkətin rəhbərinin açıqlamasından sonra son qoyulub. Hətta məlum olmayan səbəblərdən sintetik düyü ilə bağlı görüntülər sosial şəbəkələrdən götürülüb.

Qeyd edək ki, iki gündür ki, partlayışın səbəbi ilə bağlı "Bolluq" MMC ilə əlaqə yaratmaq mümkün olmayıb. Zənglərə şirkətin fərqli bir neçə əməkdaşı cavab versə də, baş verən partlayışdan xəbərsiz olduqlarını bildiriblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1660   Tarix: 09 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr