"Ölkəmiz tarixin bütün sınaqlarından üzüağ çıxdığı kimi qərb dairələrini də lazımi şəkildə susdurmağı bacarır" - DEPUTAT

"Ölkəmiz tarixin bütün sınaqlarından üzüağ çıxdığı kimi qərb dairələrini də lazımi şəkildə susdurmağı bacarır" - DEPUTAT"Bugün Azərbaycan regionda siyasi güc mərkəzinə çevrilib. Dünyada baş verən geosiyasi oyunların, riyakar, ikiüzlü qərb siyasətinin öhdəsindən layiqincə gəlir və ölkəmiz müstəqilliyini özü qoruyub saxlayır, Ermənistan kimi regionda qarantlar axtarmır".

Bunu Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib.

Deputat qeyd edib ki, Vətən müharibəsi təkcə işğalçı üzərində qələbə deyildi, həm də, işğalçını həvəsləndirən bəzi siyasi liderlərin məğlubiyyəti idi:

"Bu, Ermənistanla bərabər qərb dairələrinin cənab Prezidentə şəxsi məğlubiyyəti idi. Qələbəmizi həzm edə bilməyən dövlətlərdən biri də sözsüz ki, öz ikili standartları, məntiqsiz və mənasız bəyanatlarla özünü biruzə verən ABŞ-dır. ABŞ Senatının 60 nümayəndəsinin Enteni Blinkenə müraciəti isə ABŞ-ın iç üzünü ifşa edən növbəti addım idi.

Məktubda qeyd olunduğu kimi - COP29 kimi mötəbər tədbir bir fürsət kimi istifadə edilib. İnsan hüquqları və demokratiyadan təzyiq vasitəsi kimi istifadə etməyə çalışan ABŞ öz ölkəsində insan hüquqlarının boğulan səsindən niyə danışmır?

ABŞ-ın siyasi məhbusu Culian Assanja illərlə qeyri-insani işgəncələr verilib. Azərbaycanı siyasi məhbuslarla bağlı ittiham edən ABŞ hökuməti özü söz və məlumat azadlığına hücum edərək jurnalist Julian Assanjı bir sıra absurd ittihamlarla onun həbsinə nail olub. İsveçdə həbs olunan Assanjın ABŞ-a ekstradisiya olunmasına çalışıb. Assanj 2012-2019-cu illər arasında Ekvador səfirliyində təcrid şəraitində yaşamaq məcburiyyətində qalıb. Onun fiziki və psixoloji sağlamlığına ciddi ziyan vurulub. Beynəlxalq hüquq müdafiəçiləri bu təcrid şəraitini qeyri-insani hesab edirlər və ona "psixoloji işgəncə" verilib. ABŞ, Assanjı "Casusluq Aktı" ilə ittiham edir və onu 175 ilədək həbs cəzası gözləyir. Bu cəza həddinin çox ağır olduğu və məxfi məlumatları ictimaiyyətə açıqlamaq üçün bu qədər sərt bir cəza verilməsinin ədalətsiz olduğu bildirilir. Bir çox insan haqları və jurnalistika təşkilatları bu ittihamların söz azadlığını boğmağa xidmət etdiyini bildirir. Bir çox beynəlxalq insan hüquqları təşkilatları, o cümlədən BMT-nin xüsusi məruzəçiləri, Julian Assanjın məruz qaldığı rəftarın qeyri-insani olduğunu və onun siyasi məqsədlərlə təqib edildiyini bildirirlər. BMT, Avropa Şurası Assanjı siyasi məhbus kimi tanıyır. İnsan hüquqlarını kobud şəkildə pozan və azad mətbuatı susduran ABŞ okeanın o tayında yerləşən ölkələrin daxili işinə qarışır, müharibə cinayətkarlarını, soyqırım törədənləri, etnik təmizləmə aparanları, insanlığa zidd olan əməllər törədən canilərin azad edilməsinə çağırışmı edir?"

Deputat vurğulayıb ki, Qarabağ məsələsi çoxdan həll edilib, bu məsələdə heç bir işə yaramayan, fəaliyyətsiz, korrupsioner Minsk qrupunun qalıqlarından biri olan ABŞ isə regionda qalmaq üçün ən çirkin iftiralara əl atır:

"Vətən Müharibəsindən sonra Paşinyan hesab etdi ki, Ermənistana yeni qarant qüvvə lazımdı və bu vaxta qədər Ermənistan hökumətinin həyata keçirdiyi siyasət artıq işləmir. Ona görə də regiondan qovulan Minsk Qrupunun üzvləri – Fransa və ABŞ-ı fərqli ampulada regiona qaytarmaq istəyir. Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycana heç kəs diktə edə bilməz. Biz nəyi, nə zaman, necə edəcəyimizi yaxşı bilirik. Azərbaycan xalqı öz siyasi liderinin ətrafında bir yumruq kimi birləşib və müzəffər rəhbərinə arxalanır. Ölkəmiz tarixin bütün sınaqlarından üzüağ çıxdığı kimi bu gün qərb dairələrini də lazımi şəkildə susdurmağı bacarır.

Biz, 7-ci çağırış Milli Məclisin 43 deputatı ilə birgə ölkəmizin Xarici İşlər Naziri Ceyhun Bayramova müraciət edib ABŞ-la ölkəmiz arasında münasibətləri yenidən nəzərdən keçirməyi xahiş etmişik. Dövlətimiz öz gücünə hər sahədə irəliləyiş əldə edə biləcək potensiala malikdir, bizim ABŞ-ın yardım və ya dəstəyinə ehtiyacımız yoxdur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1783   Tarix: 09 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr