"Bizə qadağa qoyan məmurlar indi..." - Tahir İmanov

"Bizə qadağa qoyan məmurlar indi..." - Tahir İmanovDizayner Aynur Xəlilova "YouTube"da yayımlanan "Hərşeyşünas" adlı podkastının yeni mövsümünə start verib.

Ölkə.Az xəbər verir ki, onun budəfəki həmsöhbəti Əməkdar artist Tahir İmanov olub. Sənətçi KVN-nin bu günə qədər keçdiyi çətin yolundan söz açarkən, Rusiyada yaşayan Azərbaycan əsilli iş adamı Araz Ağalarovun adını xüsusi vurğulayıb:

"Bizə o vaxt dövlətin dəstəyi demək olar ki, sıfır dərəcəsində idi. Oyunda ən böyük yardımı isə Azərbaycan əsilli iş adamı Araz Ağalarov verib. Anar (Məmmədxanov-red.) bu haqda çox danışıb. 1992-1993-cü illər çox çətin vaxtlar idi. Həmin zamanlar Azərbaycanda xaos, yiyəsizlik hökmranlıq edirdi. Hətta valideynlərimiz bizi axşam saat 5-dən sonra küçəyə buraxmırdılar. Mən yarışa gedəndə sinif rəhbərim dedi ki, birdən Moskvada nəsə bir çətinlik olsa, bu nömrəyə zəng edərsən. Mənə kağız parçası verdi. Qayıdıb dedim ki, Cəmilə xanım, mənim nə kimi problemim olacaq? Biz komanda ilə gedirik. Sonra təsəvvür edin ki, iş o yerə gəlib çıxdı ki, Anar bir gün komandanı yığıb dedi ki, bizim artıq hoteldə qalmağa imkanımız yoxdur. Kimin tanışı var? Mən də qayıdıb Anara dedim ki, getməzdən əvvəl belə bir əhvalat baş verib. Sinif rəhbərim bu kağız parçasını verib, istəyirsən, zəng et. Anar Araz Ağalarova telefon köşkündən zəng etdi. O bizi qəbul etdi. Onun dəstəyi ilə həmin hoteldə də qaldıq, yeməyimizi də yedik, məşqlər üçün icarəyə götürdüyümüz zalın da pulunu ödədik və qalib gəldik. 17-23 yaşlı gənclər Azərbaycanı təmsil edərək ilk dəfə incəsənət xadimləri arasında üçrəngli bayrağımızı ucaltdı. Bundan sonra "Молодёжь Азербайджана" ("Azərbaycan gəncliyi") qəzeti bizim ünvanımıza ağzına gələni yazdı. Sizcə, biz o vaxt necə ola bilərik? Anar yığıb bizə dedi ki, fikir verməyin. "İt hürər, karvan keçər" atalar sözünü birinci dəfə onda eşitdim".

Qadağalardan söz açan Tahir İmanov bir zamanlar silahdaşları olan həmkarları ilə bağlı sualları cavabsız qoyub:

"Bizə qadağa qoyan məmurlar indi vəzifə sahibi deyillər. Yenə də Allah onların canını sağ eləsin. 1995-ci ildə biz dövlətin dəstəyi ilə çıxış etməyə başladıq. Beynəlxalq KVN arenasında ilk komandayıq ki, ölkə başçısı tərəfindən dəstəklənmişik. Həm maddi, həm də mənəvi. Ona görə bizə paxıllıq edirdilər. O dövrdə bu cür cəsarətli zarafat etmək, səhnəciklər göstərmək, siyası dövlət xadimlərini parodiya etmək, Milli Məclis səhnəsini göstərmək hər bir kollektivin işi deyildi. Nə bizdən qabaq, nə də bizdən sonra bunu edən olmadı. 1996-cı ildə Heydər Əliyevin iştirak etdiyi Milli Məclis səhnəciyini göstərdik. Mən desəm ki, bu, böyük bir partlayış idi, az olar. Bu, Azərbaycanın yumor, satira tarixində bir inqilab idi. İndi mənə bunu desələr, bəlkə çəkinərdim. Heydər Əliyevdən çox böyük dəstək aldıq. Onun bizə bir ifadəsi oldu ki, mən sizinləyəm, heç kim sizə heç bir söz deyə bilməz. Bunu eşidən digər məmurlar bunu harasa qeyd etdilər. 18 il onlar bu anı gözlədilər və gördülər ki, KVN yiyəsiz qalıb. Bunlara o vaxta görə cəzasını verək. Biz də cəzamızı aldıq. Onlar elə bildilər ki, bu, cəzadı, amma bizə görə bir sınaq idi".


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2758   Tarix: 09 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əməkdar artist komaya düşüb

Uzun illər Azərbaycan Radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib. Bu barədə "Qafqazinfo"ya onun qızı Gültən Ramazanova məlumat verib. O bildirib ki, 95 yaşlı Sevda Saleh Nizami Tibb Mərkəzində müalicə alır

7 sentyabr
.

Riskli əməliyyat olunan Afaq Bəşirqızı nə vaxt evə buraxılacaq? - AÇIQLAMA

Xalq artisti Afaq Bəşirqızı bu gün xəstəxanadan evə buraxılacaq. Bu barədə -a açıqlamasında A.Bəşirqızı özü məlumat verib. O qeyd edib ki, artıq xəstəxanadan çıxışı üçün hazırlıq işləri görülür. Səhhətinin normallaşdığını deyən Xalq artisti keçirdiyi əməliyyatın çox riskli olduğunu vurğulayıb:. "Yaxşıyam

8 iyun
.

Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai

18 iyul
.

2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı

Məşhur film və serialların çəkildiyi məkanlara səyahət etmək son illərdə dünyada sürətlə yayılan turizm istiqamətlərindən birinə çevrilib. Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, "set-cetting" adlandırılan bu tendensiya bir çox şəhəri turistlərin əsas maraq mərkəzin

2 iyul
.

Xalq artisti Alim Qasımovun 69 yaşı tamam olur

Bu gün Azərbaycanın Xalq artisti Alim Qasımovun doğum günüdür. Onun 69 yaşı tamam olur. xəbər verir ki, Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda doğulub. Xanəndə Bakıda muğam məktəbinin ən tanınan və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında birinci muğam müsabiqəsində müvəffəqiyyə

14 avqust
.

Fəxrəddin Manafov: 48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi

Xalq artisti Fəxrəddin Manafov mərhum həyat yoldaşı Vahidə Sadıqovadan danışıb. Axşam.az xəbər verir ki, aktyor bu barədə AzTV-də yayımlanan, Mehriban Ələkbərzadənin aparıcısı olduğu verilişdə söz açıb. F.Manafov bildirib ki, 48 il birlikdə yaşadığı həyat yoldaşı ona qadını anlamağı öyrədib:. "4

4 avqust
.

AMEA prezidenti: "Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatında yeni mərhələ yaradıb"

"Nəriman Həsənzadə sovet ideologiyasının buxovlarını yumşaldaraq Azərbaycan ədəbiyyatını real həyata yaxınlaşdıran sənətkarlardan biri idi". xəbər verir ki, bu fikirləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Xalq şairi Nəriman Həsənzadənin vida mərasimində çıxışı zamanı səsləndirib

2 avqust
.

Səbinə İskəndər - akvarel sənətinin inkişafına töhfə verən peşəkar rəssam və kurator

Səbinə İskəndər yerli və beynəlxalq bədii sərgilərin təşkili sahəsində zəngin təcrübəyə malik peşəkar rəssam və kuratordur. O, həm Azərbaycanda, həm də xarici ölkələrdə sərgilənən əsərləri, yaradıcı axtarışları və özünəməxsus bədii üslubu ilə seçilir. xəbər verir ki, akvarel sənətinə xüsusi bağlılığ

17 iyun
.

Mərhum Xalq artistinin abidəsi adi olmayacaq

Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi artıq hazırdır. xəbər verir ki, bu barədə -a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib. Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:

25 avqust