"Ziraat Bank Azərbaycan"ın problemli kreditləri 23 milyon manatı ötüb
2024-cü ilin II rübündə "Ziraat Bank Azərbaycan"ın problemli kreditləri artmaqda davam edib.
Valyuta.az-ın hesablamasına görə, bankın problemli kreditləri ötən ilin eyni dövrünə nisbətən 2024-cü ilin ilk yarısında 37 % və ya 6,2 milyon manat artaraq 23,1 milyon manata yüksəlib. 2023-cü ilin eyni dövründə bu rəqəm 16,9 milyon manata bərabər olub.
Bu isə bankın problemli kreditlərinin ümumi portfeldə çəkisinin 4,3 %-dən 5,4 %-ə kimi artmasına təsir edib.
"Ziraat Bank Azərbaycan"ın problemli kreditlərində ən böyük artım biznes kreditləri üzrə müşahidə edilir. Bankın problemli biznes kreditləri 6,2 milyon manat artaraq 16,9 milyon manatdan 22,79 milyon manata kimi yüksəlib.
Bu dövrdə bankın problemli kreditlərinin cəmi 359 min manatı istehlak kreditlərinə aid olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 13 dəfə çoxdur. 2023-cü ilin ilk yarısında bu rəqəm cəmi 26,8 min manat təşkil edib.
Ümumilikdə bankın vaxtı ötmüş kreditləri isə 53 milyon manata çatıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2 dəfəyə yaxın çoxdur.
Qeyd edək ki, banklarda 90 gündən artıq gecikdirilmə olan kreditlər problemli kreditlər hesab edilir.
Xatırladaq ki, "Ziraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb, onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98 %-i "Ziraat Bank"a (Türkiyə), 0,01 % - "Ziraat Texnoloji Şirkəti"nə, 0,01 %-i isə Ziraat Yatırım Menkul Değerler Şirkətinə (Türkiyə) məxsusdur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1071 Tarix: 09 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrQonşuya kömək edərkən faciəvi şəkildə öldü
Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə
4 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrƏhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabr