"Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır"
"Məndən soruşurlar ki, Azərbaycan qadını haqda nə deyə bilərsiniz? Həmişə deyirəm ki, ən dəyərsiz, özünə hörmət qoymayan, yer üzündəki canlılardan ən aşağı hesab olunan bir varlıqdır. Bəzilərinin aşağı varlıq kimi qəbul olunmamasının səbəbi atasının imkanlı olmasıdır".
Sonxeber.az bildirir ki, bu sözləri "Yeni Sabah"a tanınmış psixoloq Samirə Bağırova cəmiyyətdə gündən-günə artan qadın qətlləri ilə bağlı danışarkən bildirib və fikirlərinə belə davam edib:
"Bir neçə ay öncə hündür mərtəbəli binadan atılan qızın hadisəsinə insanların "özü günahkardır, yəqin nə isə zibili olub" kimi şərhlər bildirməsi və bir il ərzində baş verən qadın qətllərinin sayı onu göstərir ki, ölkəmizdə hələ islamdan öncə qızları diri-diri tonqala atma rutinləri keçirən, vəhşi tayfadan fərqimiz yoxdur. Müxbirlərimiz, xəbər portallarımız Türkiyədə baş verən qadın zorakılıqlarından ağız dolusu danışırlar, amma öz ölkələrində baş verən qadın qətliamına susurlar".
Samirə Bağırova ölkəmizdə qadınların qadınlarla qəribə bir düşmənçiliyinin olduğunu vurğulayıb:
"Valideynlər qız uşaqlarının üstünə düşüb tərbiyə edirlər, amma oğlan uşaqlarının nazını çəkirlər. Hərçənd ki, tam əksi olmalıdır. Çünki qız zatən qızdır. Mədəniyyəti aşıladın vəssalam, tərbiyəsi yerində olacaq. Analar bu xalqın qızlarına düşmən kəsilən oğullar yetişdirirlər. Qadınların daxilində həmcinsinə qarşı qəribə, anlaşılmaz bir aqresiya, nifrət var. Düzgün yoldaş seçməklə deyil, bu məsələlər. Düzgün oğlan uşağı yetişdirmək lazımdır. Dövlət isə qadın qətllərinə qarşı ciddi, daha sərt qanunlar hazırlamalıdır. Televiziyada çalışan qadınlardan tutmuş, məşhur blogerlər, müxbirlər və digər bütün sahələrdə çalışan və daha aktiv sosial həyat sürən xanımlar isə birlik nümayiş etdirməli, qrup yaratmalı və qadına şiddətə qarşı üsyana qalxmalıdırlar. Türkiyəni örnək gətirən, öz qadının ölüsünə söz qoşan millətik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1659 Tarix: 09 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrQonşuya kömək edərkən faciəvi şəkildə öldü
Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə
4 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrƏhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabr