Daşkəsən sakini Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən şikayətçidir, qarşı tərəf isə... – MÜRACİƏT

Daşkəsən sakini Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən şikayətçidir, qarşı tərəf isə... – MÜRACİƏTDaşkəsən şəhər sakini İsayev Elman İslam oğlu tərəfindən Hürriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müraciəti olduğu kimi dərc edirik.

"Mən, Qarabağ veteranı İsayev Elman İslam oğlu, yazaraq sizdən xahiş edirəm ki, şikayətimi işıqlandırasınız.

Əvvəllər Daşkəsən şəhər avtobazasında işləyirdim. Sonra isə Gəncə marşrutunda şəxsi maşınımla işləməyə başladım. Xroniki xəstəliklərimə görə məni təqaüdə çıxardılar. Təqaüd az olduğuna görə, mən marşrutda da işləyirdim. Qaynatamın avtobus sürmək hüququ olduğuna görə, onunla bərabər işlədim. Elə həmin gündən qara günümüz başladı.

Mənim günlərimi ayrı-ayrı adamlara satdıqlarına görə, şikayətçi olmuşam. Vergimi aşağı qiymətlə alıb, mənə 24 gün iş günü verirdilər. Üç ildir təqaüdüm kəsilib. Hazırda məndən 120 manat pul alıb, 15-16 iş günü verirlər.

Dolana bilmədiyim üçün aidiyyəti orqanlara şikayətə başladım. Ən sonda da cənab Prezident İlham Əliyevə və Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə şikayətlər yazdım. Həmin şikayətlər isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Gəncə Regional İdarəsinin müdiri Müzadil Həsənova göndərilib. Onlar da acığa düşüb, işimi lap ağırlaşdırdılar. Mənə cərimə yazdılar. Belə ki, 120 manat dövlət rüsumu ödəyirəm. 100 manat məbləğində cərimə yazdılar.

Məlumat verim ki, maşınım xarab olduğu üçün sərnişinləri mənzil başına "Sprinter"lə çatdırdığım cərimə yazdılar. Bildirdim ki, dövlətin vergisini ödəmişəm. Deyirlər ki, bizə aidiyyəti yoxdur. Bir sözlə, işləməyə imkan vermirlər. Yazdığım şikayət də elə özlərinə qayıdır".

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, Daşkəsən-Gəncə marşrut xəttində sərnişindaşıma fəaliyyəti göstərən İsayev Elman İslam oğlu müxtəlif vaxtlarda ay ərzində 30-31 gün olaraq fəaliyyət göstərmək istəməsi ilə bağlı müraciətlər edib. Ona ay ərzində sürücülərin istirahət günləri və nəqliyyat vasitəsinə texniki qulluq günləri nəzərə alınmaqla, hərəkət qrafiki üzrə digər sürücülər kimi 18-19 gün işləyə biləcəyi bildirilib.

Daşıyıcı sərnişindaşıma fəaliyyətini "Fərqlənmə nişanı" aldığı nəqliyyat vasitəsi ilə həyata keçirir. Lakin səlahiyyətində olan digər nəqliyyat vasitəsi ilə qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərməsi aşkar edilib, bununla da o, digər daşıyıcların fəaliyyətinə maneçilik törədir. Dəfələrlə edilən xəbərdarlıqlara və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilməsinə baxmayaraq, o, bir "Fərqlənmə nişanı" ilə 2 nəqliyyat vasitəsi ilə sərnişindaşıma fəaliyyəti göstərməyə davam edir. Ona İdarəyə dəvət olunaraq bir daha xəbərdarlıq edilib./hurriyyet.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 751   Tarix: 14 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr