"ESKA" MTK-nın özbaşınalığından Ədliyyə nazirinə MÜRACİƏT
""ESKA" MTK-nın müdiriyyətinin hazırkı fəaliyyəti cinayətkarlıq və dələduzluqdan ibarətdir"
Sabirabad rayonu, Şıxsalahlı kənd sakini Bayramov Bəxtiyar Həmid oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Ədliyyə naziri Fərid Əhmədova müraciət ünvanlayıb:
"Cənab Fərid Əhmədov!
Şikayətimiz Xırdalan şəhəri, H.Əliyev pr. 34 ünvanında yerləşən "ESKA" MTK-nın təsis etdiyi binaya aiddir.
Mən, Bayramov Bəxtiyar Həmid oğlu, binanın həm sakini, həm mülkiyyətçisi, həm də yeni təsisçilərindən biriyəm. Notarial qaydada təsdiq edilmiş yüz on beş mülkiyyətçi və təsisçinin adından sizə müraciət edirəm. Biz bina mülkiyyətçiləri Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaradıb, idarəetməni öz üzərimizə götürmək istəyirik. Çünk "ESKA" MTK-nın müdiriyyətinin hazırkı fəaliyyəti cinayətkarlıq və dələduzluqdan ibarətdir.
MMC-ni yaradıb, idarəetməni öz üzərimizə götürməyimiz qanuna zidd olmadığı halda, Ədliyyə Nazirliyinin Qeyri-hökümət təşkilatları ilə iş şöbəsinin rəisi vəzifəsini icra edən Aslan Hacıyev qeyri-qanuni olaraq bizə rədd cavabı verir. Aslan Hacıyevin nə istədiyini biz anlaya bilmirik. Ona görə ki, Aslan Hacıyevin dediyi sənədləri nəinki təqdim etmişik, hətta başqa sənədlər də əlavə etmişik ki, məlumatları asan dəqiqləşdirə bilsin. Aslan Hacıyevin öz işinə qeyri-ciddi yanaşmasına görə, iki yüz on iki mülkiyyətçinin Konstitusiya hüququ pozulur. Hal-hazırda binanın idarə edilməsini biz sakinlər həyata keçiririk. Sadəcə olaraq rəsmi sənədləri təsdiqləyə bilmirik.
Cənab nazir!
Sizdən xahiş edirik, bizə kömək edəsiniz ki, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaradaq, Mənzil Tikinti Kooperativinin müdiriyyətinin cinayət və dələduzluğunu sonlandıraq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 960 Tarix: 14 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya uğurla icra edilib
Yeni Klinikada kəskin işemik insultun müalicəsində mexaniki trombektomiya ilk dəfə uğurla icra edilib. 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Pasiyentin vəziyyəti insultun ağırlığını qiymətləndirən NIHSS (National Institutes of Health Stroke Scale
11 sentyabrTorpaq sürüşmələri niyə artıb? - AÇIQLAMA
Son günlər müxtəlif ərazilərdə baş verən torpaq sürüşmələri bu cür təbiət hadisələrinin yaranma səbəblərini və risklərin necə azaldılmasını gündəmə gətirir. Sürüşmələrə güclü və uzunmüddətli yağıntılar, torpağın su ilə doyması, relyef və geoloji quruluşla yanaşı, ağac örtüyünün məhv edilməsi və ərazid
11 sentyabrŞəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədri seçildi
Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Qaynarinfo-nun məlumatına görə, bu, barədə qərar ittifaqın bugünkü konfransında səsvermə nəticəsində qəbul edilib. Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Xalq artisti Rasim Balayev olub
11 sentyabrBu ərazilərdə sentyabr pensiyaları ödənildi
Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia
11 sentyabrPensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
Sentyabrın 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna mali
10 sentyabrRitualla həyatımızı dəyişdirə bilərik? - AÇIQLAMA
Son illər həyatında dəyişiklik etmək istəyən insanların bir qismi psixoloqla yanaşı, müxtəlif "enerji kouçları"na və ritual praktikalarına da müraciət edir. "Enerjimi təmizlədim, həyatım dəyişdi", "ritual etdim və arzuma çatdım" kimi fikirlər sosial şəbəkələrdə də kifayə
10 sentyabr