Sumqayıt "qohum-əqrəba" şirkətlərin yaşıllıq meydanına çevrilib-MÜƏMMALI TENDERLƏR

Sumqayıt "qohum-əqrəba" şirkətlərin yaşıllıq meydanına çevrilib-MÜƏMMALI TENDERLƏRSumqayıt Yaşıllaşdırma İdarəsinin rəisi İlyas Həsənov kimə, niyə və necə güvənir?

Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nəzdində Yaşıllaşdırma İdarəsi daha bir tenderi yekunlaşdırıb. 08.10.2024-cü il tarixdə bu idarə ilə "SAFFİRA PLUS" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında növbəti müqavilə bağlanıb. Müqaviləyə uyğun olaraq Yaşıllaşdırma İdarəsi şəhərin yaşıllaşdırılması qarışılığında "SAFFİRA PLUS" MMC-nə 289.690 AZN ödəməli olacaq.

Diqqət etdinizsə tərəflər arasında "növbəti müqavilə bağlanıb" yazdıq. Bəli, nə karədirsə(?) Sumqayıtın yaşıllaşdırılması birmənalı olaraq ya "SAFFİRA PLUS" MMC-nə, ya da bu MMC ilə yaxın günlərdə, eyni ünvanda, eyni adamın təsisçiliyi ilə meydana çıxardılmış MMC-lərə həvalə edilir(?) Elə ötən il də-14.12.2023-cü il tarixdə Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsi "SAFFİRA PLUS" MMC-ni qalib elan edib və 279.660 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Sumqayıtdakı oxucularımızın Yenixeber.org-a verdiyi məlumatlara görə bu heç də sıradan bir təsadüf, yaxud da "SAFFİRA PLUS" MMC-nin bu sahədə peşəkar kollektivə sahib, ixtisaslaşmış şirkət olması ilə bağlı deyil. Yeri gəlmişkən, dəfələrlə , həm də heç də az olmayan dövlət vəsaitinin etibar edildiyi "SAFFİRA PLUS" MMC-nin nəinki veb-saytı yoxdur, ümumiyyətlə bu şirkətin internet üzərindən heç bir əlaqə vasitəsinə rast gəlmək mümkün deyil(?) Təkcə bu fakt yetərincə şübhələrə yol açır...

Digər diqqət çəkən məqam isə tərəflər arasında bağlanmış müqavilə ilə bağlı Dövlət Satınalmaların Vahid İnternet Portalının "Ətraflı" bölməsində alınacaq malların, görüləcək işlərin hər birinin qiymətinin göstərilməməsidir(?) Baxmayaraq ki, görüləcək işlər və alınacaq malların miqdarı göstərilir…

Google üzərindən apardığımız araşdırmalarla məlum olur ki, Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsi bir gündə-14.12.2023-cü il tarixdə- "SAFFİRA PLUS" MMC ilə iki müqavilə bağlayıb. İkinci müqvilə 292.050 manat məbləğindədir. Birinci müqavilənin şərtlərinə görə podratçı təşkilat satınalan təşkilatı qızıl gül, geran, xına gülü, kanna, ivan – mariya kimi 11 adda dibçəkdə gül ilə və suvarma şlanqı, motorlu ot biçən, bel (düz) kimi təsərrüfat alətləri ilə təchiz etməli, ikincinin şərtlərinə görə isə primula, lakfiola, xalenxoy, xrizantema, alyandra, qərənfil kimi 15 adda 15-25 min ədəd arası dibçəkdə gül ilə təchiz etməlidi.

Göründüyü kimi Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi "SAFFİRA PLUS" MMC ilə bir günün içində eyni lot üzrə iki satınalma müqaviləsi bağlayıb ki, ümumi dəyəri 571 710 manat təşkil edib. Yaşıllaşdırma İdarəsi eyni lot üzrə eyni güllərin alınması üçün "SNS COMPANY" MMC ilə 289.690 manat məbləğində daha bir satınalma müqaviləsi bağlamağı planlışdırır ki, bu barədə 29.11.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.

Hər biri 15-25 min ədəd olmaqla eyni lotlar üzrə iki satınalma müqaviləsi də "FİRE ENGİNEERİNG" MMC ilə bağlanılıb. Bunlardan 293.230 manat məbləğində 26.07.2023-cü il, 293.702 manat məbləğində isə 05.05.2023-cü il tarixlərində bağlanılıb. Səkkiz ay ərzində bağlanılmış bu 5 satınalma müqaviləsinin ümumi dəyəri isə 1 448 332 manat təşkil edir. İndi gəlin görək bu MMC-lər nə işlə məşğuldurlar

Başlayaq "SAFFİRA PLUS" MMC-dən.

Dövlət Verği Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında "SAFFİRA PLUS" Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.01.2023-cü il tarixdə 5 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı SAATLI RAYONU, ƏLİSULTANLI, ƏLİSOLTANLI, ev 1, m. 23, qanuni təmsilçisi kimi isə Fətəliyeva Nurlanə Şahin qızı qeyd olunub.

Bəs Fətəliyeva Nurlanə Şahin qızı kimdi?

Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsi tərəfindən yaşıllıqların salınması işləri üzrə mart ayında keçirilmiş dəyəri 293 min 230 manat olan tender müsabiqəsinin qalibi olmuş "4 MM AQRO" (VÖEN- 6701560141) MMC-nin də qanuni təmsilçisi. Hansı ki, araşdırdığımızda məlum oldu ki, "4 MM AQRO" MMC tender müsabiqəsinin başlamasından cəmi 7 gün əvvəl dövlət qeydiyyatına alınıb. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda bu MMC -də "SAFFİRA PLUS" MMC ilə eyni tarixdə, eyni ünvanda dövlət qeydiyyatına alınıblar.(aktualinfo.org)

***

Biz Yenixeber.org olaraq toxunduğumuz bu və digər faktlarla bağlı Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nəzdində Yaşıllaşdırma İdarəsindən müəyyən suallarımıza cavab almaq istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.

Dövlətin pulunu xərcləyən tərəf kimi Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisi İlyas Həsənov kimə, niyə və necə güvəndiyini özü bilər. Bizə isə xatırlatmaq düşər ki, dövlətin pulu heç kimə dədə-babasından qalmayıb: bizim vergilərimiz hesabına formalaşan büdcə vəsaitinin necə xərclənməsini bilmək hər bir Azərbaycan vətəndaşının hüququ və haqqıdır.

Həm də heç bir vəzifə sahibi bir gün "qapısının döyülmədən açılacağından" sığortalanmayıb...

Onu da xatırladaq ki, İlyas Həsənov uzun illər Azərbaycanda Baş nazirin birinci müavini işləmiş, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini sədri olmuş Əli Həsənovun qardaşıdı.(Yenixeber.org)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1616   Tarix: 14 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Yasamalda Transformator Məntəqəsində, Abşeron rayonunda isə TM və elektrik yarımstansiyasında təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq"ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-də

11 sentyabr
.

Bu atları saxlayanlara 1000 manat veriləcək

"Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış "Qarabağ" və "Dilbaz"

10 sentyabr
.

Bakı yenidən qlobal iqlim gündəminin mərkəzində

İqlim diplomatiyasından real fəaliyyətə, yaşıl enerjidən yeni iqtisadi modelə doğru. Dünyanın qarşısında dayanan ən böyük çağırışlardan biri artıq gələcəyin problemi deyil. İqlim dəyişmələri bu gün iqtisadiyyatlara, enerji sistemlərinə, kənd təsərrüfatına, su ehtiyatlarına, şəhər həyatına və insanları

10 sentyabr
.

700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər (VİDEO)

Avtomobilini satmaq istəyən şəxs dələduzluğun qurbanı olub. Paytaxt sakini Aslan Eyvazoğlu iddia edir ki, avtomobilini 10 min manata satışa çıxardıqdan sonra alıcı beh adı ilə onu aldadıb. Aslan Eyvazoğlu iddia edir ki, avtomobilini Zaur Baxşəliyev və Ayaz Məmmədov vasitəsi ilə Sənan İsayevə satıb. Şikayətç

11 sentyabr
.

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya uğurla icra edilib

Yeni Klinikada kəskin işemik insultun müalicəsində mexaniki trombektomiya ilk dəfə uğurla icra edilib. 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Pasiyentin vəziyyəti insultun ağırlığını qiymətləndirən NIHSS (National Institutes of Health Stroke Scale

11 sentyabr
.

Diplomatlar Yuxarı Gövhər Ağa məscidini, Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər - FOTO - VİDEO

Qarabağa və Şərqi Zəngəzura səfər edən diplomatik korpus nümayəndələri Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində olublar. "Report"a istinadən xəbər verir ki, qonaqlara memarlıq abidəsi və onun tarixi barədə məlumat verilib. Müsəlman ölkələrindən olan diplomatlar məsciddə namaz qılıblar

11 sentyabr
.

Oğlan tələbələrə bu səbəbdən kirayə ev VERİLMİR - AÇIQLAMA

Hazırda yeni tədris ili ərəfəsində bölgələrdən Bakıya gələn tələbələrin kirayə mənzil axtarışı yenidən gündəmə gəlib. Xüsusilə oğlan tələbələrin ev tapmaqda daha çox çətinlik çəkdiyi, bəzi elanlarda isə yalnız qız tələbələrə üstünlük verildiyi müşahidə olunur. Bəs, oğlan tələbələrin kirayə ev tapmaqd

11 sentyabr
.

Ali Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT

Bakı sakini Alim Atakişiyev illərdir məhkəmələrdə hüquqlarını müdafiə etdiyi mənzilin qanunsuz yollarla ardıcıl olaraq bir neçə nəfərə satıldığını iddia edir. Onun sözlərinə görə, Ali Məhkəmənin qanuni sahiblik hüququnu təsdiqləyən qərarına baxmayaraq, mənzil üzərində saxta əməliyyatlar həyata keçirilib

10 sentyabr
.

Şadlıq saraylarında qida təhlükəsizliyi ilə bağlı vəziyyət çox acınacaqlıdır - AÇIQLAMA

Toy və yas mərasimlərində çox sayda insana eyni anda qida hazırlanması zəhərlənmə riskini artırır. Xüsusilə ət, toyuq, balıq, yumurta, mayonezli salatlar, düyü və kremli məhsulların hazırlanması və saxlanması zamanı temperatur rejiminə, şəxsi gigiyenaya və çarpaz çirklənmənin qarşısının alınmasına cidd

11 sentyabr