"Çıxıb aydınlıq gətirsin, kimdir onlara bu ixtiyarı verən?"- Bəstəkarın xanımı etiraz etdi
Gənc müğənni-xanəndə Rəvanə Əmiraslanlı tanınmış bəstəkar Tahir Əkbərin "Dərdin alım" mahnısına əlavələr edərək ifa edib.
Sonxeber.az bildirir ki, bu haqda Moderator.az-a mərhum bəstəkarın xanımı Aybəniz Əkbərova məlumat verib. O iddia edib ki, müğənni mahnını icazəsiz oxuyub.
"Tahir Əkbərin nə tərifə, nə təbliğata, nə də reklama ehtiyacı var. O öz adını musiqi tariximizə qızıl hərflərlə yazdırıb. Əsərləri göz qabağındadır. Onun mahnılarını icazəsiz oxuyanların sayı az deyil. Bir də görürsən ki, mahnını elə hala qoyurlar ki.. Sonda başa düşürsən ki, bu Tahirin mahnısıdır. Özlərindən nəsə icad edirlər. Tahir professional bəstəkar olub. Tahir Əkbər muğamlarımızı, klassik musiqilərimizi bilir. Bu paylaşımı dünən gördüm, təsadüfən qarşıma çıxdı. Adını da bilmirdim, sonradan dedilər ki, Rəvanə Əmiraslanlıdır. "Dərdin alım" illərin mahnısıdır. Bunu hər kəs əzbər bilir. Hətta gənclərimiz də. Mən anlamıram, bu rəqsi Tahir Əkbərin mahnısının içinə salıb nə demək istəyirlər?! Belə çıxır ki, Tahir Əkbər mahnını düzgün bəstələməyib, bunlar yenidən bəstələyir? Kimdir onlara bu ixtiyarı verən?! Birincisi icazəsiz oxuyursan, problem yoxdur oxu! Amma Tahir Əkbərin mahnısına əlavə rəqs salmağa ehtiyac yoxdur. "Dərdin alım" onsuz da rəqsdir. Deyirlər ki, Rəvanə xanım teatrda Leylini oynayır. Yaxşı, aranjımançı bunu edib, ali savadlı Rəvanə xanım niyə mahnını belə oxuyur? Tahir Əkbərin əsərlərinin varisi bizik, bu cür əlavələrin olunmasına qətiyyən etiraz edirəm. Ümumiyyətlə bəstəkar mahnısına toxunmaq olmaz. Mahnı yazmaq istəyirsinizsə gedib yazın, içinə də 10 dənə rəqs əlavə edin. Tahir Əkbər zəif bəstəkar deyil ki, onun əsərinə nəsə əlavə olunsun. Zamanında məsləhət bilsəydi özü rəqs salardı. Bir-iki əsərdə kollaj kimi rəqsdən istifadə edib. Arzu Əliyevanın "O günlərə qayıdaram" və Gülyanaq Məmmədovanın "Məndən sənə yar olmaz" mahnılarında rəqsdən kollaj kimi istifadə edib və keçid verib. Mahnıları aranjıman etmək olar, müasirləşdirmək olar. O özü də inqilabçı bəstəkar idi. Mən etiraz edirəm, həmin aranjımançı, yaxud da Rəvanə Əmiraslanlı çıxıb buna aydınlıq gətirsin ki, niyə belə etmişik?! Səbəbini desinlər!" deyə bəstəkarın xanımı deyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2290 Tarix: 14 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrQonşuya kömək edərkən faciəvi şəkildə öldü
Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə
4 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabr17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabr