Azərbaycanda çoxuşaqlı ailələrdə hər uşağa görə müavinət verilə bilər - AÇIQLAMA

Azərbaycanda çoxuşaqlı ailələrdə hər uşağa görə müavinət verilə bilər - AÇIQLAMAAzərbaycanda doğulan uşaqların cins strukturunda oğlanların artım sayı qızlardan daha yüksəkdir. Əksər ailələr qız övladlarından onları dünyaya gətirmədən imtina edirlər. Bəs görəsən bunun qarşısını almaq üçün dövlət tərəfindən doğulan qız uşaqlarına sosial müvazinət ayrıla bilərmi?

Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən sosiloq Lalə Mehralı bildirib ki, bu mövcud vəziyyəti tərsinə döndərə və daha da pisləşdirə bilər:

"Zənnimcə sosial müvazinətin sadəcə qız uşaqlarına ayrılması vəziyyəti tərsinə döndərər və daha da pisləşdirər. İnsanlar bu dəfə müvazinət ala bilmək üçün qız övladlarını saxlayıb, oğul övladlarını abort edəcəklər. Çünki elə vəziyyətlər var ki, həqiqətən insanlar ağlagəlməz addımlar ata bilirlər. Bir insan əgər qızına qıya bilirsə, deməli oğluna da qıya bilər. Abortun özü cinayətdir. İstər oğlan övladı üçün, istərsə də qız üçün bu insanlığa qarşı cinayətdir. Bunun yerinə uşaqpulu məsələsi gündəm edilə bilər. Bütün uşaqlara uşaqpulu təyin etməklə ailələri abortdan çəkindirmək prosesi başladıla bilər. Çünki insanlar aborta çoxuşaqlılıqdan qorxduqları üçün də gedirlər. Buna görə də insanların çoxuşaqlılıqdan qorxmamaları üçün hər uşağa görə dövlət ödəniş edə bilər. Bu, xarici ölkələrin çoxunda belədir. Dövlət tərəfindən ikinci uşağa nisbətən birincidən çox, üçüncüyə ikincidən daha çox ödəniş edilir. Beləcə çoxuşaqlılıq təbliğ edilir və ölkədə demoqrafik vəziyyət tənzimlənir. Azərbaycanda isə demoqrafik vəziyyət fəlakət haldadır. Bağlanan nikahlara görə dünyaya gələn uşaqların sayının azlığı fəlakət həddədir. Əgər bu belə davam edərsə, gələcəkdə ciddi formada demoqrafik problemlər yaşanacaq. Nə peşələri icra eləməyə qız və oğlanlar, nə vətəni qoruycaq əsgərlər, nə də o əsgərləri dünyaya gətirəcək qadınlar tapılacaq".

Mübarizə üsulunu keyfiyyətli seçməliyik:

"Biz bütün cəbhələrdə ciddi formada problem yaşayacağıq. Buna görə də mübarizə üsulunu keyfiyyətli formada seçmək lazımdır. Bu üsul isə ən yaxşı halda uşaqpuludur. Maarifləndirmə də ciddi formada həyata keçirilməlidir. Düzdür, bizim insanımız maariflənməyə o qədər də meyilli deyil. Buna görə də bu addımlar zorakılıqla belə olsa atılmalıdır. Poliklinikalarda, uşaq baxçalarında, məktəblərdə yerli icraedici orqanlar ciddi tədbirlər görməlidir. Qeyri-hökumət təşkilatlarına müxtəlif addımların atılması üçün şərait yaratmaq lazımdır. Sosial layihələrin sayı artırılmalıdır. Əks halda Azərbaycan aborta görə dünya liderliyində hələ uzun illər qalacaq".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3230   Tarix: 14 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr