"Başqa qadına görə ailə dağıdanın..." - Hüseyn tənqidlərə cavab verdi
"Sosial şəbəkələrdən hər birimiz fərqli məqsədlə istifadə edirik. Kimisi malını satır, kimisi sənətini nümayiş etdirir. Aydın məsələdir ki, hər kəs məni sevə bilməz. Amma təhqir etmək olmaz!". Azxeber.com xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabında paylaşdığı videoda deyib.
Musiqiçi ailəsi haqqında rəy yazanlara müraciət edib:
"Haqqımızda yalan yazanlar var, söyüş yazanlar var, ailəmizə dil uzadanlar var. Çox sağ olun, Allah hamınızdan razı olsun. Mən bu qədər insanı necə susdura bilərəm? Bu mümkün olan şey deyil. Kişi kiməsə söyüş söyməz. Sözü olarsa, çağırar kənara, sözünü deyər. Hər insan da o gücdə deyil".
Daha sonra Hüseyn, ikinci dəfə ailə qurduğu üçün ona ünvanlanan təhqirlərə cavab verib:
"Mənim həyatımda çox şeylər baş verdi. Bu haqda heç danışmaq istəmirəm. Elə şeylər var ki, onu demək olmaz. Allah ailələrimizi və balalarımızı qorusun. Kimsə öz ailəsini heçnədən, səbəbsiz yerə dağıdırsa, Allah da onun həyatını darmadağın eləsin. Kimsə övladlarını atırsa, Allah onun bəlasını versin. Kimsə başqa gözəl bir qadına görə ailə dağıdırsa, onun heç bir zaman ailəsi olmasın. Heç kəs xoş gününə haram qatmaz. Doğrusunu Allah bilir".
Xatırladaq ki, Hüseyn Məhəmmədoğlu İnci adlı xanımla olan ilk evliliyini 2020-ci ildə sonlandırıb. O, 2021-ci ildə aktrisa Aysel İbrahimova ilə yenidən ailə qurub. Onun ilk evliliyindən iki qızı, ikinci evliliyindən isə bir oğlu var.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1605 Tarix: 14 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya uğurla icra edilib
Yeni Klinikada kəskin işemik insultun müalicəsində mexaniki trombektomiya ilk dəfə uğurla icra edilib. 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Pasiyentin vəziyyəti insultun ağırlığını qiymətləndirən NIHSS (National Institutes of Health Stroke Scale
11 sentyabrTorpaq sürüşmələri niyə artıb? - AÇIQLAMA
Son günlər müxtəlif ərazilərdə baş verən torpaq sürüşmələri bu cür təbiət hadisələrinin yaranma səbəblərini və risklərin necə azaldılmasını gündəmə gətirir. Sürüşmələrə güclü və uzunmüddətli yağıntılar, torpağın su ilə doyması, relyef və geoloji quruluşla yanaşı, ağac örtüyünün məhv edilməsi və ərazid
11 sentyabrŞəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədri seçildi
Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Qaynarinfo-nun məlumatına görə, bu, barədə qərar ittifaqın bugünkü konfransında səsvermə nəticəsində qəbul edilib. Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Xalq artisti Rasim Balayev olub
11 sentyabrBu ərazilərdə sentyabr pensiyaları ödənildi
Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia
11 sentyabrPensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
Sentyabrın 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna mali
10 sentyabrRitualla həyatımızı dəyişdirə bilərik? - AÇIQLAMA
Son illər həyatında dəyişiklik etmək istəyən insanların bir qismi psixoloqla yanaşı, müxtəlif "enerji kouçları"na və ritual praktikalarına da müraciət edir. "Enerjimi təmizlədim, həyatım dəyişdi", "ritual etdim və arzuma çatdım" kimi fikirlər sosial şəbəkələrdə də kifayə
10 sentyabr