Azərbaycanda aktyorun başına oyun açdılar - Bələdiyyə fırıldağı

Azərbaycanda aktyorun başına oyun açdılar - Bələdiyyə fırıldağıAzərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Tahir İsmayılovun başına iş gəlib. Aktyor dələduzluqla üzləşib.

Sonxeber.az xəbər verir ki, Lent.az-a danışan Tahir İsmayılov bildirib ki, torpaq satın alsa da nə torpağa sahib ola bilir, nə də pulunu geri ala bilir.

"2 qızım bir oğlum var. Övladlarım ailə quranda evimi satıb torpaq sahəsi aldım ki, uşaqların hərəsinə bir ev tikib hədiyyə edim. Binəqədi rayon bələdiyyəsindən qanuni şəkildə, bütün sənədləri hazır olan 6 sot torpaq sahəsi aldım. Torpağın bütün sənədləri hazır və düzgündür. Evin tikintisinə başlayanda bir nəfər yaxınlaşdı ki, torpaq mənimdir, mənə satılıb. Üstündən 20 dəqiqə keçməmiş bir başqa xanım da yaxınlaşdı ki, torpağı mən almışam. Onlardan biri bələdiyyə sənədi ilə torpağı alıb, digərinə sənədi saxta yollarla makler hazırlayıb. Və ən önəmlisi də budur ki, bu iki nəfər torpaqla bağlı problemi bilirmiş, iş hətta məhkəməyə gedib çatıbmış. Bələdiyyə bu məhkəmədə qalib gəlib, torpağı alan qadın uduzub. Bələdiyyə bunu məndən gizlədərək mübahisəli torpağı yenidən satıb. 9 aydır mən nə pulumu ala bilirəm, nə evi tikə bilirəm, nə torpağa sahib ola bilirəm. Torpağı almaq üçün 18500 manat pul vermişəm, bunun 16000 manatı torpaq, 2500 manatı sənədləşəmə üçün tələb olunmuşdu. Bu müddət ərzində sənədləşmə üçün nəzərdə tutulan hissədən 1700 manat ala bilmişəm, qalanını yox. Verilmiş sənədlər Binəqədi bələdiyyəsinin 4-5 il öncə sədri olmuş adamın adı ilə çıxarılıb verilib" deyə aktyor bildirib.
Tahir İsmayılova məsələnin həlli söz verilsə də, hələlik problem olduğu kimi qalır.
Azərbaycanda aktyorun başına oyun açdılar - Bələdiyyə fırıldağıAzərbaycanda aktyorun başına oyun açdılar - Bələdiyyə fırıldağı


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2269   Tarix: 14 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq

Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayımlayıb. "Qafqazinfo" xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov 23 avqustda, ömrünün 96-cı ilind

24 avqust
.

Əlikram Bayramov: "İngiltərə uduzanda 2-3 gün özümə gələ bilmədim"

Müğənni Əlikram Bayramov 2026-cı il dünya çempionatında azarkeşlik etdiyi İngiltərə millisinin çempion ola bilməməsindən təəssüfləndiyini bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, turnir başlamazdan əvvəl İngiltərənin dünya çempionu olacağını proqnozlaşdırıb:. "Dünya çempionatınd

20 iyul
.

Afaq Bəşirqızı ƏMƏLİYYAT OLUNDU: "Riskli idi"

Xalq artisti Afaq Bəşirqızı əməliyyat olunub. xəbər verir ki, aktrisanın həkimi Turab Qasımov -a açıqlamasında bildirib ki, əməliyyat riskli olsa da, uğurla başa çatıb:. "Afaq xanımın əməliyyatı uğurlu keçdi. Bir az riskli idi. Əməliyyatdan sonrakı müayinələr də bunu deməyə əsas verir ki, hər şe

5 iyun
.

15 il sonra "Harri Potter"dəki roluna qayıdır

Britaniyalı aktyor Rupert Qrint 15 ildən sonra "Harry Potter"də canlandırdığı məşhur "Ron Uizli" obrazına qayıdacaq. Axşam.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Aktyor "Harry Potter and the Cursed Child" tamaşasının Brodvey heyətinə qoşulub

28 avqust
.

Mərhum Xalq artistinin abidəsi adi olmayacaq

Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi artıq hazırdır. xəbər verir ki, bu barədə -a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib. Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:

25 avqust
.

İki teatr nazirliyin tabeliyinə keçdi

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. İqtisadiyya

9 sentyabr
.

Səbinə İskəndər - akvarel sənətinin inkişafına töhfə verən peşəkar rəssam və kurator

Səbinə İskəndər yerli və beynəlxalq bədii sərgilərin təşkili sahəsində zəngin təcrübəyə malik peşəkar rəssam və kuratordur. O, həm Azərbaycanda, həm də xarici ölkələrdə sərgilənən əsərləri, yaradıcı axtarışları və özünəməxsus bədii üslubu ilə seçilir. xəbər verir ki, akvarel sənətinə xüsusi bağlılığ

17 iyun
.

Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?

Dekabr ayında SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın 90 yaşı tamam olacaq. Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, sənətkarın 90 illik yubileyi münasibətilə böyük tədbir keçiriləcək. İlkin məlumata görə, yubiley mərasiminin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır. Mərasimd

11 avqust
.

"Evdə tək"in aktyoru vəfat etdi

Britaniyalı məşhur aktyor Tim Karri 80 yaşında vəfat edib. "Qafqazinfo" "TMZ" nəşrinə istinadən xəbər verir ki, o, avqustun 25-i dünyasını dəyişib. Məlumata görə, aktyorun ölüm səbəbi barədə dəqiq məlumat verilmir, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətlərinin aşkar edilmədiyin

27 avqust