"Bir aya yaxındır, bağçada işıq yanmır" - Rəsmi açıqlama
"Mingəçevirdə 16 saylı körpələr evi-uşaq bağçasında bir aya yaxındır, işıq yanmır".
Bu şikayətlə "Qafqazinfo"ya bir qrup valideyn müraciət edib.
Onlar bildirib ki, uşaqlar hər gün qaranlıq otaqda oturur: "Uşaqların çay və yemək yeməsi üçün qızdırıcı yoxdur. Belə olan halda uşaqlarımızı bağçaya qoymağa çətinlik çəkirik. Problem artıq 1 aydan çoxdur, davam edir. Biz bununla bağlı aidiyyəti qurumlara müraciətlər də etmişik. Ancaq hələ ki, heç bir nəticə yoxdur".
Məsələ ilə bağlı Mərkəzi-Aran Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan saytımıza cavab olaraq bildirildi ki, sözügedən bağçada elektrik təchizatı ilə bağlı yaranmış vəziyyətlə bağlı məlumat daxil olan kimi müəssisəyə yerində baxış keçirilib: "Mövcud vəziyyət Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən araşdırılıb. Bildiririk ki, cərəyan blokunda yaranmış nasazlıq elektrik təchizatında fasilələrə səbəb olub.
Məsələ ilə bağlı aidiyyəti quruma məlumat verilib. Hazırda məsələnin həlli istiqamətində müvafiq addımlar atılır, məktəbəqədər təhsil müəssisəsinə mütəxəssislər cəlb edilib. Bərpa işləri sürətləndirilib".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 976 Tarix: 14 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya uğurla icra edilib
Yeni Klinikada kəskin işemik insultun müalicəsində mexaniki trombektomiya ilk dəfə uğurla icra edilib. 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Pasiyentin vəziyyəti insultun ağırlığını qiymətləndirən NIHSS (National Institutes of Health Stroke Scale
11 sentyabrTorpaq sürüşmələri niyə artıb? - AÇIQLAMA
Son günlər müxtəlif ərazilərdə baş verən torpaq sürüşmələri bu cür təbiət hadisələrinin yaranma səbəblərini və risklərin necə azaldılmasını gündəmə gətirir. Sürüşmələrə güclü və uzunmüddətli yağıntılar, torpağın su ilə doyması, relyef və geoloji quruluşla yanaşı, ağac örtüyünün məhv edilməsi və ərazid
11 sentyabrŞəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədri seçildi
Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Qaynarinfo-nun məlumatına görə, bu, barədə qərar ittifaqın bugünkü konfransında səsvermə nəticəsində qəbul edilib. Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Xalq artisti Rasim Balayev olub
11 sentyabrBu ərazilərdə sentyabr pensiyaları ödənildi
Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia
11 sentyabrPensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
Sentyabrın 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna mali
10 sentyabrRitualla həyatımızı dəyişdirə bilərik? - AÇIQLAMA
Son illər həyatında dəyişiklik etmək istəyən insanların bir qismi psixoloqla yanaşı, müxtəlif "enerji kouçları"na və ritual praktikalarına da müraciət edir. "Enerjimi təmizlədim, həyatım dəyişdi", "ritual etdim və arzuma çatdım" kimi fikirlər sosial şəbəkələrdə də kifayə
10 sentyabr