Tələbələrə şad xəbər: Təqaüdlər artırılacaq!

Tələbələrə şad xəbər: Təqaüdlər artırılacaq!Azərbaycanda minimum əməkhaqqı və pensiyaların, eləcə də bir sıra müavinətlərin artırılması məsələsi gündəmdədir. Prezident İlham Əliyev həm VII çağırış Milli Məclisin ilk iclasında, həm də iqtisadi komandanın iclasında minimum pensiya və əmək haqlarının qaldırılması ilə bağlı tapşırıqlar verildiyini bildirib.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanaraq noyabrın 1-dək təqdim ediləcək. Qeyd edək ki, artımlarla bağlı təkliflərin gələn ilin əvvəlində həyata keçiriləcəyi gözlənilir.

Bunlarla yanaşı tələbə təqaüdlərinin artırılacağı barədə də xəbərlər yayılıb. Azərbaycanda tələbələrin təqaüdləri sonuncu dəfə 2023-cü ilin əvvəlində artırılıb. Belə ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri artırılıb.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclsin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, həm təqaüdlərin, həm də sosial müavinətlərin artırılması cənab Prezidentin səlahiyyətinə aid məsələdir:

"Cənab Prezident tərəfindən minimum əməkhaqqı və minimum pennsiyaların qaldırılması ilə bağlı göstəriş verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütövlükdə minimum əməkhaqqı və minimum pensiyanın artırılması ilə əlaqədar təkliflər hazırlanır. Təkliflərin ayın sonuna qədər digər dövlət orqanlarına təqdim olunacağı gözlənilir. Təbii ki, həm təqaüdlərin, həm də sosial müavinətlərin artırılması cənab Prezidentin səlahiyyətinə aid məsələdir. Son illər bu istiqamətdə artımların həyata keçirildiyini nəzərə almalıyıq. Praktiki olaraq minimum əməkhaqqı və minimum pensiya ilə yanaşı tələbələrin təqaüdü, o cümlədən, təbii ki, müavinətlərdə də artımlar müşahidə olunur. Ona görə də bu istiqamətdə hansı addımların atılacağı məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkliflərin hazırlanıb təqdim olunmasından sonra məlum olacaq".

Deputat vurğulayıb ki, sosial paketin dərinləşməsi gözlənilir:

"2025-ci ilin dövlət büdcəsindən sosial sferaya bütövlükdə ayrılan vəsaitin həcmində 14 faiz artım olacaq. Yəni gələn il dövlət büdcəsindən sosial istiqamətə 4 milyar 988 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Dövlət büdcəsinin 45 faizi sosial xərclər olacaq. Həm rəsmi rəqəmlər, həm də büdcədə xərclərin sosial ayrımlarının strukturları göstərir ki, növbəti ildə biz sosial paketin dərinləşməsini müşahidə edəcəyik".

Xatırladaq ki, hazırda Azərbaycanda tələbə təqaüdləri aşağıdakı kimidir:

1. Doktorantura pilləsi üzrə:

- elmlər doktoru hazırlığı üzrə doktorantlara – 400 (dörd yüz) manat;

- fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 240 (iki yüz qırx) manat.

2. Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

- magistratura səviyyəsi üzrə:

- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 195 (yüz doxsan beş) manat;

- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 (yüz altmış) manat;

- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 (yüz on) manat;

- bakalavriat səviyyəsi üzrə:

- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 175 (yüz yetmiş beş) manat;

- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 145 (yüz qırx beş) manat;

- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 100 ( bir yüz) manat.

3. Orta ixtisas təhsili müəssisələrində:

- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 100 (bir yüz) manat;

- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 80 (səksən) manat;

- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 66 (altmış altı) manat.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1802   Tarix: 15 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr