Azərbaycanda toylarla bağlı hansı ağır cəza və qadağa olacaq? - Açıqlama

Azərbaycanda toylarla bağlı hansı ağır cəza və qadağa olacaq? - AçıqlamaCəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BMW markalı gəlin maşınının toy karvanında iştirak edən "VAZ-21015" markalı avtomobillə toqquşması nəticəsində rayonun Dələli kənd sakini 73 yaşlı Xudiyev Əzizağa ölüb.

Bir qədər əvvəl də oxşar hadisə eyni rayonda baş vermişdi. Təəssüf ki, xüsusilə rayon və kəndlərdə toy karvanları ölüm saçır. 10-15 maşınla gəlin gətirmək problem yaradırsa, bundan insanlar zərər görürsə, ölüm halı olursa, aidiyyəti qurumlar hərəkətə keçməlidirmi?

Polis məhdudiyyət tətbiq bilərmi?

Sonxeber.az xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, toy karvanları ilə bağlı uzun müddətdir müzakirələr gedir və bu məsələ narahatlıq doğuran bir həddə çatır.

Onun fikrincə, məsələ ilə ciddi formada məşğul olmaq lazımdır:

"Bunun qarşısını almaq lazımdır. Vətəndaşlara desən ki, xahiş edirik, belə yox, elə olsun, əməl etməyəcəklər. Nəzarət, ciddi cəza mexanizmi və s. məsələlər olmayınca, heç kim qayda-qanuna əməl etmək istəmir. İllərdir vətəndaşlara müraciət olunur ki, toy karvanlarında altıdan çox maşın olmasın, diqqətli olun, qayda pozmayın, amma eşitmirlər, başa düşmürlər. Eşitsələr də əməl etmirlər. O zaman çarə qalır inzibatçılığa. Bu günə qədər deyilirdi, küçəyə zibil atmayın, atırdılar, avtobus zolağına girməyin, girirdilər. Cərimə tətbiq olunub deyə, indi qaydalara əməl etməyə başlayıblar. Deməli, nə lazımdır? Ağır cərimə. Hər bir rayonun, kəndin ağsaqqalı, böyüyü, sahə müvəkkili, polisi var. Toy olanda ilk polisin xəbəri olur ki, filan kənddə toy olacaq. Vaxtında yaxınlaşmaq, ağsaqqallarla söhbət aparmaq olar ki, toy karvanında bu qədər maşın olsun, əlavə maşın olsa, cəzası var və s. Lakin buna mütləq qanunvericilik səviyyəsində baxmaq lazımdır".

Ekspert deyib ki, toy karvanın qanunla qadağan olunmasa, nəticə əldə etmək olmayacaq:

"Çünki sözlə deyilsə, konstitusiyadan bir müddəa tapıb göstərəcəklər ki, burada belə yazılıb axı. Qayda pozurlar, sonra o məsuliyyətdən yayınmaq üçün hər varianta əl atırlar. İllər öncə videoçarxlar hazırlanmışdı və orada tövsiyə xarakterli məlumatlar verilirdi ki, toy karvanında 6 avtomobil olsun, maşınlar yalnız yolun sağ tərəfi ilə hərəkət etsinlər. Bəziləri də baxıb gülürdü ki, belə toy olar? Toyda gərək meymunluq edəsən, adam ölə, toy yasa dönə. Hə, o zaman həmin uşaqlar rahat olurlar. Mütləq cərimə tətbiq edilməlidir. Bu insanlar məsuliyyətlərini başa düşməlidirlər artıq".

Elməddin Muradlının sözlərinə görə, bu, mənəvi bir məsələdir:

"Heç kimin ixtiyarı yoxdur ki, kiminsə toyunda kiməsə kədər yaşatsın. Baxın, 73 yaşında bir insan ölüb. Düzdür, hər kəsin bir qisməti var. Amma o adam başqa yerdə, başqa vaxt öz əcəli ilə ölə bilərdi. Lakin kiminsə səhvinə, kiminsə axmaq davranışına görə toy günü vay düşdü. Bu, kimə lazımdır axı? Artıq belə hal ənənəyə çevrilib. Get-gedə bu, daha pis məcraya yönəlir. Milli ruhda davranış göstərsinlər, gözəl rəqslər öyrənsinlər. Toyda nə özbaşınalıqdır, nə qudurğanlıqdır belə? Niyə insanlar bir-birinin xeyir işinə bədlik qatırlar? Hesab edirəm ki, məsələyə hüquqi cəhətdən yanaşmaq lazımdır. Qanunla qadağa olunduqdan sonra görəcəksiniz ki, bəli, artıq dəyişiklik oldu, adamlar öz çərçivələrinə qayıtdılar və məsələ həllini tapdı. Bu cür variantlarla problemin qarşısını ala və yaxşı nəticə əldə edə bilərik. İnsanlar da bir-birini öldürməkdən əl çəkərlər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1381   Tarix: 15 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr