"AFB Bank" bağlanır-Ciddi azalma var….
Azərbaycanda fəaliyyət göstərən banklar 2024-cü ilin ilk 9 ayı üçün maliyyə hesabatlarını açıqlayırlar.
Maliyyə hesabatını açıqlayan banklar arasında mənfəəti ən çox azalan "AFB Bank" olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 9 ayında "AFB Bank"ın xalis mənfəəti 3 dəfə azalaraq 6 milyon 293 min mantadan 2 milyon 127 min manata düşüb.
Onu da qeyd edək ki, "AFB Bank" bu ilin ilk rübünü 458 min manat zərərlə başa vurub.
Bundan başqa, müştərilər tərəfindən "AFB Bank"a yerləşdirilən depozitlərin həcmi də azalıb.
Bu ilin ilk 9 ayı ərzində müştərilərin "AFB Bank"dakı depozitləri 10% və ya 16,5 milyon manat azalıb.
Hüquqi şəxslərin bankdakı depozitlərində isə daha çox azalma qeydə alınıb.
Belə ki, hüquqi şəxslərin "AFB Bank"dakı depozitləri bu ilin ilk 9 ayı ərzində 11,7% və ya 11,1 milyon manat azalaraq 95 milyon manatdan 83,9 milyon manata düşüb.
Məlumat üçün bildirək ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb. Bankın əsas səhmdarı fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinin rəhbərlik etdiyi "Gilan Holdinq" olub. Daha sonra bankın səhmlərinin 99,64 %-i Hikmət Əbuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı) satılıb.
Onu da bildirək ki, mətbuatda "AFB Bank" ASC-nin əsas səhmdarı Hikmət İsmayılovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağı olduğu barədə çoxsaylı məlumat yayılıb və bu günə kimi təkzib olunmayıb.
Bu ilin aprel ayında Hacıyev Toğrul Ülvi oğlu bankın 0,18%-lik payını Əkbər Abdullayevdən satın alıb. "AFB Bank"ın üçüncü səhmdarı isə 0,18%-lik pay ilə Cəmil Muradovdur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1088 Tarix: 15 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrQonşuya kömək edərkən faciəvi şəkildə öldü
Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə
4 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabr17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabr