Misir Mərdanovla Şahlar Əsgərov arasında "buzlar əriyib" - FOTO

Misir Mərdanovla Şahlar Əsgərov arasında "buzlar əriyib" - FOTOİlham Əliyevin birinci müddətə Prezident seçilməsinin iyirmi bir illiyi münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının birgə təşəbbüsü "Tarixi ədaləti bərpa edən lider" adlı tədbir keçirilib. Tədbirdə sabiq təhsil naziri Misir Mərdanovla keçmiş deputat Şahlar Əsgərov da iştirak ediblər.

Şahlar Əsgərov 1995-2005-ci illərdə Milli Məclisin deputatı, 2000-2005-ci illərdə isə Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri olub. O, deputat olduğu zamanlar təhsil naziri Misir Mərdanovu sərt tənqid edən çıxışlar edib. Eləcə də Misir Mərdanovun ona qarşı tənqidləri olub.

Hər iki ictimai şəxsin arasındakı münasibətlər sonralar da soyuq olub. Ötən gün keçirilən tədbirdə isə Misir Mərdanovla Şahlar Əsgərovun yan-yana oturması maraq doğurub.

Modern.az-ın əməkdaşı Şahlar Əsgərovla əlaqə saxlayıb.

O bildirib ki, Misir Mərdanovla aralarında şəxsi problem yoxdur:

"Misir müəllimi tənqid edəndə şəxsi mənafeyimə görə tənqid etməmişəm. Onu ictimai mənafe baxımından tənqid etmişəm. Nazirlik etdiyi vaxtlarda Misir müəllimin işi də çətin idi. Həm Qərbi Azərbaycandan, həm də Qarabağıdan müəllimlər ordusu Bakıya köçmüşdü. Bunlar iş tələb edirdilər. Bu iş də məhdud olduğu üçün Misir müəllim çox çətin vəziyyətdə işləyirdi. Ona görə mən onu, o da məni tənqid edirdi. Bizim aramızda şəxsi problemimiz yoxdur. Misir müəllimin mənə, mənim də Misir müəllimə böyük hörmətim var. Bizim davamız ictimai mənafeyimiz üzərindən gedirdi. Misir müəllim xeyirxah adamıydı, "Yox" deyə bilmirdi. Bu isə təhsilin keyfiyyətinə müsbət təsir etmir. Deməli, burada xeyirxahlıqla davranmaq elə də doğru deyil".
Misir Mərdanovla Şahlar Əsgərov arasında "buzlar əriyib" - FOTOMisir Mərdanovla Şahlar Əsgərov arasında "buzlar əriyib" - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1113   Tarix: 15 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr