"Azərbaycanın ötən 21 illik tarixi Heydər Əliyev yolunun, İlham Əliyev siyasi kursunun alternativsizliyini göstərir" - DEPUTAT

"Azərbaycanın ötən 21 illik tarixi Heydər Əliyev yolunun, İlham Əliyev siyasi kursunun alternativsizliyini göstərir" - DEPUTAT"Bu gün cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 21 il ötür. Böyük məmnunluqla qeyd etmək istərdim ki, geridə qoyduğumuz 21 il Azərbaycanın inkişafı və dövlətimizin qarşısında dayanan taleyüklü problemlərin həlli baxımından mühüm uğurlar və tarixi hadisələrlə zəngin olduğundan cənab İlham Əliyevin həm Prezident kimi fəaliyyətinin, həm də yüksək siyasi keyfiyyətlərinin qiymətləndirilməsi baxımından geniş imkanlar yaradır".

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, hələ 2003-cü il avqustun 4-də Prezident Heydər Əliyevin fərmanı ilə İlham Əliyevin respublikamızın Baş naziri təyin edilməsi respublika ictimaiyyəti tərəfindən böyük rəğbət və razılıqla qarşılanmışdı:

"Çünki İlham Əliyev bu təyinata qədər çalışdığı bütün vəzifələrdə mükəmməl fəaliyyət nümunəsi ortaya qoymuş, məsul olduğu sahələrin hər birində mühüm uğurlara imza atmışdı. Belə ki, cənab İlham Əliyev Baş nazir təyin edilənə qədər həm Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, həm Milli Məclisin deputatı, həm Milli Olimpiya Komitəsinin prezidenti, həm də Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini kimi respublikamızda gedən siyasi-icitmai və iqtisadi proseslərdə yaxından iştirak etmiş, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ümummilli vəzifələrin icra olunmasına, həyata vəsiqə almasına böyük töhfələr vermişdi.

2003-cü ilin prezident seçkilərində də respublikamızda ictimai-siyasi ovqat məhz Heydər Əliyev siyasi kursunun davam etdirilməsi və bu müstəvidə cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi kimi ümumxalq arzusunun üzərində köklənmişdi. Bu baxımdan 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkiləri ictimaiyyətə bəlli olan gerçəkliklərə yeni işıq saldı. Seçkilər Azərbaycan cəmiyyətinin Heydər Əliyev siyasi kursuna heç bir alternativi qəbul etmədiyini və öz gələcəyini Ulu Öndərin siyasi yolunun davamında gördüyünü nümayiş etdirdi. Eyni zamanda 2003-cü il seçkiləri Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı kimi cənab İlham Əliyevə olan dərin etimad və inamın ilk ümumxalq təcəssümü oldu.

2003-cü il seçkilərindən sonra keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev demişdi: "Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm". Ötən 21 illik zamanın hər bir ili, hər bir prezidentlik dövrü təsdiq edir ki, Prezident İlham Əliyev xalqa verdiyi vədləri layiqincə yerinə yetirib. Geridə qoyduğumuz hər bir il Prezident İlham Əliyevin Azərbaycan xalqına verdiyi uğur hesabatı kimi tarixə həkk olunub, Heydər Əliyev ideyalarının təntənəsinə çevrilib.

Ondan başlayaq ki, 2003-cü ildən sonrakı dövrdə Azərbaycan tarixində buna qədər görünməmiş makroiqtisadi göstəricilər əldə olunub. Sadəcə büdcə göstəricilərinə nəzər salanda haradan haraya gəlib çıxdığımızı görə bilərik. 21 il əvvəl Azərbaycanda dövlət büdcəsinin gəlirləri cəmi 1 milyard 220,9 milyon manat idi. Bu gün isə dövlət büdcəmizin gəlirləri 40 milyard manata yaxınlaşıb. Respublikamızda müdafiə xərcləri 2003-cü ildə cəmi 255 milyon manat idi. Bu gün isə büdcəmizin hərbi xərcləri 6 milyard manatı ötüb. 21 il əvvəl respublikamızın cəmi 1,8 milyard dollar valyuta ehtiyatları var idi. Son məlumatlara əsasən, ölkəmizin strateji valyuta ehtiyatları 73 milyard dolları ötmüşdür və bu, 2003-cü illə müqayisədə 40,5 dəfə artım deməkdir.

Bütün bunların təməlində Prezident İlham Əliyevin düşünülmüş və zamanın nəbzini tutan iqtisadi siyasəti və islahatlar kursu, Heydər Əliyevin müəllifi olduğu enerji strategiyasını layiqincə davam etdirməsi dayanır. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu enerji siyasətini nəinki uğurla davam etdirdi, həm də onu yeni keyfiyyət mərhələsinə yüksəltməklə, "Cənub qaz dəhlizi" kimi layihəni reallaşdırmaqla Azərbaycanı qlobal enerji təhlükəsizliyi müzakirələrində söz sahibi olan dövlətə çevirdi".

Deputat vurğulayıb ki, Azərbaycanı ötən 21 ildə dünyaya tanıdan yalnız qlobal enerji bazarının fəal aktoru olması deyil:

"Azərbaycan beynəlxalq səviyyədə həm də kosmik kluba daxil olan, şərqdən qərbə, şimaldan cənuba ən səmərəli nəqliyyat marşrutlarının keçdiyi və kəsişdiyi strateji coğrafiya olaraq tanınır. Bəli, cənab İlham Əliyevin düşünülmüş siyasəti Azərbaycanı nəqliyyat qovşağına çevirib. Respublikamızın təşəbbüsləri ilə inkişaf etdirilən Orta dəhlizin səmərəliliyi qlobal səviyyədə yüksək qiymətləndirilir.

21 ilin ən mühüm göstəriciləri kimi regionların inkişaf yoluna çıxarılmasını, qeyri-neft sektorunun hərəkətə gətirilməsini, neft kapitalının "insan kapitalı"na çevrilməsi təşəbbüslərinin uğurla reallaşmasını qeyd edə bilərik. Bütün bunlar göstərir ki, Azərbaycanın inkişafı ilə bağlı dövlət siyasəti məhdud sfera ilə kifayətlənməyərək, kompleks xarakter daşıyıb.

Hələ 2003-cü ildə andiçmə zamanı çıxışında Prezident İlham Əliyev nəyin bahasına olursa-olsun, torpaqlarımızın işğaldan azad ediləcəyini bəyan etmişdi. 2020-ci ilin Vətən müharibəsində cənab Prezident bu vədini də yerinə yetirməklə dövlətimizin və xalqımızın yeganə ağrılı probleminə son qoydu. Lakin bu gün torpaqlarımızın azadlığına gedən yola nəzər salanda görürük ki, cənab İlham Əliyev necə ağır və çətin bir missiyanı yerinə yetirib. Çünki biz yalnız Ermənistan deyil, dünya erməniliyi ilə üz-üzə idik. Prezident İlham Əliyev bu tarixi vəzifənin yerinə yetirilməsi üçün bütün imkanlardan səmərəli istifadə edib. Xüsusən inkişaf siyasətinin, qazanılan hər bir nailiyyətin mərkəzində həm də torpaqlarımızın işğaldan azad edilməsi məqsədi dayanıb. Dövlət başçısı ilbəil respublikamızın yüksəlişini təmin etməklə, həm də torpaqlarımızın işğaldan azad ediləcəyi tarixi yaxınlaşdırıb və reallaşmasını qətiyyətlə təmin edib. Bu baxımdan torpaqlarımızın azadlığı, Qarabağda erməni separatizminə son qoyulması, bütün ərazilərimiz üzərində milli suverenliyimizin bərpa olunması cənab İlham Əliyevin prezidentlik fəaliyyəti boyu xalqımıza bəxş etdiyi uğurların zirvəsində dayanan tarixi hadisələr və Azərbaycanın yüksəlişinin məntiqi nəticəsidir. Bu hadisələr yalnız müstəqillik deyil, son bir neçə əsrlik tariximizi şərəfləndirən hadisələrdir.

Ümumiyyətlə, Azərbaycanın ötən 21 illik tarixi Heydər Əliyev yolunun, İlham Əliyev siyasi kursunun alternativsizliyini göstərir. Olduqca qürurvericidir ki, cənab İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 21-ci ildönümünü hətta 2023-cü ildən də tamamilə fərqli tarixi gerçəkliklər fonunda qarşılayırıq. Bəli, torpaqlarımız azaddır, Qarabağda erməni separatizminə son qoyulub, ərazi bütövlüyümüz tam təmin edilib. Bu ilin yazından isə Azərbaycan ərazilərində heç bir xarici dövlətin silahlı qüvvəsi yoxdur, o cümlədən Qazaxın 4 kəndi də işğaldan azad edilib. Bu ildən Şuşada, Cəbrayılda da yaşayış var və ilin sonuna kimi Qarabağ və Şərqi Zəngəzura qayıdacaq vətəndaşlarımızın sayı artacaq.Bütün bunlar Azərbaycanın yüksəliş salnaməsinin nümunələridir. Bu salnaməni yaradan isə cənab Prezident İlham Əliyevdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1679   Tarix: 15 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr