Azərbaycanda işsiz oğlanların evlənməsinə qadağa qoyula bilərmi? - AÇIQLAMA

Azərbaycanda işsiz oğlanların evlənməsinə qadağa qoyula bilərmi? - AÇIQLAMAAilə Məcəlləsinə görə, ər və arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım, hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. Son illər ölkəmizdə boşanmaların sayı əvvəlki illərə nisbətən xeyli artıb. Bəs görəsən boşanmaların sayının artmasının səbəbi nədir?

Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, boşanmaların müxtəlif səbəbləri var:

"Azərbaycanda son bir neçə ildir qlobal miqyasda olduğu kimi boşanmalar statistikasında da artım müşahidə olunur. Boşanmaların müxtəlif səbəbləri var. Azərbaycan uzun müddət ənənəvi xalq cəmiyyət olub. Bu cəmiyyətlərdə əsasən qayda və normaları onların özləri qoyur,tənzimləyir. Azərbaycan həm SSRİ -yə qədərki dövrdə, həm də SSRİ dövründə məhz belə ənənəvi qaydalarla yaşayıb. Həmin dövrlərdə boşanmalara bir ailə dramı, faciə kimi baxılıb. Amma SSRİ dağıldıqdan sonra Azərbaycan qlobal dünyaya inteqrasiya etdi və başqa ölkələrdəki həyat tərzləri ilə tanış oldu. İnsanlar gördülər ki, başqa ölkələrdə də boşanma halları var və heç kəs bunu dram kimi qəbul etmir. Azərbaycan kişisi də, qadını da boşanmaya fərqli yanaşmağa başladı. Onu faciəyə çevirmədilər".

Bəzi qadınlar bir- iki uşaq dünyaya gətirdikdən sonra boşanıb öz eqoist həyatlarını yaşamağa can atırlar:

"Qadınlar əvvəl daha çox evdar idilər. İndi isə onlar iqtisadi fəal kütləyə çevriliblər. Bu fəallaşmadan sonra əvvəlki qaydalarla yaşamaq istəmirlər. Kişilərin patriarxal təfəkkürlü köhnə sterotiplərinə, kaprizlərinə dözmək istəmirlər. Eqoist bir həyat tərzi yaşamaq istəyirlər. Hətta bəzən bəzi qadınlar bir- iki uşaq qazandıqdan sonra boşanıb öz eqoist həyatlarını yaşamağa can atırlar. Yəni dediyim kimi boşanmaların müxtəlif səbəbləri var. Kimisi xarakterlərin uyarsızlığını əsas gətirir, kimisi uşaqlarının olmamasını. Bəzən müxtəlif məişət zorakılığı fonunda da baş verir boşanmalar. Bəzənsə dolanışıq şəraitləri buna səbəb olur. Eyni zamanda biz bəzən saxta boşanma hallarının da şahidi oluruq. Məsələn bir qadın xarici vətəndaşlıq almaq üçün həmin ölkənin vətəndaşı ilə saxta nikaha girir sonra isə boşanır. Bu da boşanmalar statistikasına daxil olur".

Maddi problemlər səbəbindən baş verən boşanmaların sayının azalması üçün işsiz oğlanların evlənməsinə qadağa qoyula bilərmi?

"İşsiz oğlanların evlənməsinin qadağa edilməsi fikri ilə razı deyiləm. Bu humanist və rasional bir düşüncə deyil. Biz insanların qərarlarına bu şəkildə müdaxilə edə bilmərik. Hər kəsin ailə qurmaq, öz həyatını planlamaq kimi seçimi var. Biz gənc ailələrin məişət şəraitinin yaxşılaşması üçün çalışmalıyıq. Bu istiqamədə sosial dəstək proqramları yaradılmalıdır. Düzdür, ölkəmizdə gənc ailələrin güzəştli şərtlərlə mənzil əldə etməsi kimi bir proqram var. Hesab edirəm ki, bu proqram öz əhatə dairəsini biraz da genişləndirə bilər. Qardaş Türkiyədə gənc ailələrə dəstək fondu var. Bu fondda gənc ailələrə faizsiz kreditlər verilir və onlar 4 ildən sonra güzəştli şərtlərlə krediti ödəməyə başlayırlar. Oxşar layihələr ölkəmizdə də tətbiq oluna bilər".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3207   Tarix: 15 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr