"Mənim elə çox adamım yoxdur ki, gecə klublarında olsun" - Qurban Qurbanov

"Mənim elə çox adamım yoxdur ki, gecə klublarında olsun" - Qurban Qurbanov"Çox vacib oyundur. Tanınmış komandaya qarşı oynayacağıq".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Avropa Liqasının liqa mərhələsinin 3-cü turunda sabah "Ayaks"a qarşı keçiriləcək matçdan danışıb: "Dünya futbolunda hücum oyunu ilə diqqət çəkən kluba qarşı çıxış edəcəyik. Həmişə azarkeşlər üçün maraqlı oyun göstəriblər. "Ayaks"ın Bakıya gəlməsi ajiotajdır.

Oyuna yaxşı hazırlaşmışıq. Vaxtımız oldu. Ümumi hazırlıq pis deyil. Çalışacağıq ki, azarkeşləri sevindirək. Ən yaxşı oyunlarımızdan birini oynayacağıq".

Baş məşqçi daha sonra sualları cavablayıb.

- Marko Yankoviçin yanınızda oturması onu göstərir ki, sabah meydanda olacaq. Bu, sizə nə qədər rahatlıq verir?

- Bu gün daha bir məşqimiz var. Özünü yaxşı göstərsə, meydana çıxacaq.

- Sabiq futbolçunuz Raydel Pupon bildirib ki, Qurban Qurbanovun bütün gecə klublarında adamı var. Bu həqiqətən belədir?

- Klubda ən məsuliyyətli şəxs mənəm və futbolçularımın idman formasına cavabdehəm. Təbii ki, mən məsuliyyətli olmalıyam. Düzünü desəm, mənim elə də çox adamım yoxdur ki, gecə klubunda olsun. Mənim ətrafımda olanlar gecə klublarındakı əyləncə başlayana qədər yatırlar.

Raydel Pupon maraqlı insan idi. Gələndə çəkisi çox idi. Amma söz vermişdi ki, saxlayacaq. Bəzən futbolçuların şikayətlərini eşidirik. Müəyyən müddətdən sonra başa düşürlər ki, bu onların xeyrinədir.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1131   Tarix: 23 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır

Paytaxt Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir. Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə dörd minə yaxın gənc futbolçu, məşqç

23 oktyabr
.

Bakıda konkur üzrə "Omar" kuboku keçirilib

Bakıda konkur üzrə "Omar" kuboku keçirilib. Bu barədə -a Azərbaycan Atçılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Hündürlüyü 105-110 sm olan maneələrin dəf edilməsi üzrə L klass yarışlarında starta 19 atlı çıxıb. Onlardan 11-i maneələri cərimə balı olmadan dəf edərək təkrar sıçrayış

12 oktyabr
.

"İmişli" baş məşqçisi Fərid Namazovla yolları ayırıb

"İmişli" baş məşqçisi Fərid Namazovla yolları ayırıb. Bu barədə -a bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib. Mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib

13 oktyabr
.

Bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Misli Premyer Liqasının VII turunda bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq. Qaynarinfo xəbər verir ki, Azərbaycan derbisi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Rəqibindən bir oyun az keçirən olan Ağdam təmsilçisi cari mövsümdə "Sabah"la birgə məğlu

17 oktyabr
.

Anar Hacıyev "Qarabağ"dan getdi

"Qarabağ" futbol klubunun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev vəzifəsindən ayrılıb. xəbər verir ki, bu barədə "Qarabağ" klubu məlumat yayıb. Bildirilib ki, Anar Hacıyev öz xahişi ilə vəzifəsindən ayrılıb. Qeyd edək ki, 2023-cü ilin sentyabrından bu vəzifəd

12 oktyabr
.

Azərbaycanın futzal millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb

Azərbaycanın futzal üzrə millisinin dünya çempionatının əsas mərhələsində Çexiyaya qarşı oyun üçün heyəti bəlli olub. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Yığmaya 14 oyunçu dəvət alıb. Xatırladaq ki, Azərbaycan komandası DÇ-2028-in əsas mərhələsində Çexiya ilə oktyabrın 16-da üz-üzə gələcək

14 oktyabr
.

"Sabah"dan 1 xala layiq matç... - Video-Yenilənib

UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparan təmsilçimiz "Sabah" bu gün növbəti sınağına çıxır. "Qafqazinfo" xəbər verir ki, komandamız 3-cü tur çərçivəsində Almaniyanın "Borussiya Dortmund" klubunu sınağa çəkəcək. Bakı Olimpiya Stadionunda təşkil olunaca

20 oktyabr
.

"İmişli" komandası ispaniyalı baş məşqçi axtarışındadır

"İmişli" komandası ispaniyalı baş məşqçilərin xidmətində daha çox maraqlıdır. Bunu "Report"a açıqlamasında adıçəkilən klubun icraçı direktoru Aqşin Mürsəlov deyib. Bölgə təmsilçisinin rəsmisi "İmişli" üçün baş məşqçi axtarışlarının davam etdiyini söyləyib:. "Hazırd

20 oktyabr
.

"Qalatasaray" - "Fənərbağça" derbisinin baş hakimi bəlli oldu

Türkiyə Superliqasının IX turunda keçiriləcək İstanbul derbisinin baş hakimi müəyyənləşib. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, "Qalatasaray" və "Fənərbağça" arasında baş tutacaq qarşılaşmanı FIFA referisi Atilla Karaoğla

22 oktyabr