İlham Əliyev terror aktı ilə əlaqədar Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ankarada törədilmiş terror aktı ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda bildirib: "Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca sarsıtdı.
Biz bu xain terror aktını şiddətlə qınayır, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1114 Tarix: 23 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
"Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi Qaydaları" və "Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması Qaydası" təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb
11 martTürkiyə Suriyanın bu təklifini qəbul etdi
Türkiyə Suriya hökumətinin dəvətinə cavab olaraq, ölkədə qalan kimyəvi silah qalıqlarının məhv edilməsi istiqamətində yaradılmış xüsusi işçi qrupuna qoşulub. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, bu addım Suriyada təhlükəsizliyin gücləndirilməsi və kimyəvi silahların yaratdığı riskləri
19 martPrezident diplomatların sənədləri ilə bağlı FƏRMAN imzalayıb
"Fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri alan diplomatik xidmət əməkdaşlarına verilən vəsiqənin nümunəsi" təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliye
11 mart