Azər Zeynalov: Şahlar Quliyev Azərbaycan teatrında uğurlu rollar oynayıb

Azər Zeynalov: Şahlar Quliyev Azərbaycan teatrında uğurlu rollar oynayıbXalq artisti Şahlar Quliyev Azərbaycan incəsənətində xeyli iş görüb, teatrda uğurlu rollar oynayıb.

"Report" xəbər verir ki, bu sözləri mərhumun vida mərasimində iştirak edən Xalq artisti Azər Zeynalov deyib.

O bildirib ki, Şahlar Quliyev Azərbaycan teatrının görkəmli simalarından olub:

"Teatra ilk gəldiyim zamandan Şahlar müəllimlə birgə fəaliyyətə başlamışıq. "Arşın mal alan", "Sevil", "O olmasın, bu olsun"da və digər tamaşalarda onunla bərabər çalışmışıq. Məndən bir qədər böyük olsa da, Şahlar müəllim özündən kiçiklə də dostluq etməyi bacarırdı. Çox nəcib, gözəl ailə başçısı, yaxşı dost idi. Bilirəm ki, ailəsi və sənət dostları bu itkini əzablı hadisə kimi hiss edir. Xəbəri eşidəndən özümüzə yer tapa bilmirik. Yeganə təskinliyimiz odur ki, o Azərbaycan incəsənətində xeyli iş gördü, teatrda uğurlu rollar oynadı. Hesab edirəm ki, ona pərəstiş edən tamaşaçıları var".

Mərhumun oğlu, həmçinin aktyorluq fəaliyyəti ilə məşğul olan Nofəl Şahlaroğlu atasının uzun illər xəstəlikdən əziyyət çəkdiyini bildirib: "Mən atamı yox, böyük sənətkarı, sanki bir məktəbi itirdim. Atam böyük sənətkar idi və ömrünün 49 ilini məhz teatra həsr edib. Kaş o məktəb qalaydı, daim öz məsləhətlərini verəydi. Azərbaycan incəsənəti, teatrı, operası 50 ildən sonra başa düşəcək ki, necə böyük bir sənətkar itirib. Çünki akademik teatr, opera teatrı böyük janrdır, ciddi musiqi və sənətdir. Hər kəs bunun öhdəsindən gələ bilməz".

Məlumat üçün bildirək ki, Xalq artisti Şahlar Quliyev bu gün səhər saatlarında 78 yaşında uzun sürək xəstəlikdən sonra vəfat edib.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2269   Tarix: 26 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Arif Babayev Türkiyəyə aparılır? - Tələbəsi danışdı

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayevin səhhəti haqda xəbər var. xəbər verir ki, bu barədə -a danışan Xalq artisti Mənsum İbrahimov A.Babayevin səhhətinin normal olduğunu deyib. Yetirməsinin sözlərinə görə Xalq artisti bir müddət sonra Türkiyəyə yollanacaq:

21 iyun 2021
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərman

18 sentyabr 2021
.

XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimində Mehriban Əliyevanın təbrik məktubu oxunub - FOTO

İyulun 31-də Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, təhsil və mədəniyyət nazirliklərinin, Bakı Musiqi Akademiyasının və "Gilan Holdinq"in dəstəyi ilə keçirilən XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimi olub. APA-ya istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbayca

31 iyul 2021
.

Sayı 100-dən artıq Gəncə bəy evləri – VİDEO

Gəncə bəylərinin evinin yaşı XVII əsrin əvvəllərinə təsadüf edir. XVII əsrin ortaları və XIX əsrin əvvəllərində xüsusi memarlıq üslubunda tikilən belə evlərin sayı daha da artıb. Buna səbəb XVII əsrdən başlayaraq Gəncədə yaşayan və əsasən ticarətlə məşğul olan insanların digər ölkələrlə ticarət əlaqələr

12 sentyabr 2021
.

Xalq Artisti atası tərəfindən döyülüb - SƏBƏB

Xalq artisti Şamil Süleymanlı atası tərəfindən döyüldüyünü etiraf edib. axşam.az-a istinadən xəbər verir ki, aktyor bu haqda "Bizimləsən" proqramında danışıb. O, atasının onun aktyor olmasını istəmədiyini deyib:. "Atam yaxşı edib məni döyüb. Yanımızda tibb universitetinin rektoru yaşayır

23 iyun 2021
.

COVID-19 pasportu olmadan muzey və qalereyalara giriş məhdudlaşdırılır - QƏRAR

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə sentyabrın 1-dən etibarən iaşə obyektlərinin, otellərin və böyük ticarət mərkəzlərinin xidmətlərindən "COVID" pasportu olan şəxslər istifadə edə bilərlər. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, qurum rəhbəri Anar Kərimovu

4 sentyabr 2021
.

Məşhur filmin treyleri rekord izlənmə sayı toplayıb - VİDEO

"Hörümçək adam: Evə yol yoxdur" (Spider-Man: No Way Home) filminin treyleri rekord izlənmə sayı toplayıb. -a istinadən xəbər verir ki, yayımlandığı ilk sutka ərzində müxtəlif sosial şəbəkə və platformalarda videonu 355.5 milyon nəfər izləyib. Qeyd edək ki, öncəki rekord 289 milyon baxışla "Qısasçılar

27 avqust 2021
.

Hər reklamdan 50 min qazanacaq

Sonuncu dəfə "Muhteşem yüz yıl" serialında rol alan Merve Boluğur İnstaqram hesabında izlənmə sayı artdığı üçün reklam qiymətini qaldırıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 milyon 600 min izləyicisi olan aktrisa etdiyi hər reklamdan 50 min TL qazanacaq. Qeyd edək ki, M.Boluğu

22 avqust 2021
.

Boşanmadan ikinci dəfə evləndi, müəmmalı qəzada öldü...

xəbər verir ki, tanınmış xanəndə Səxavət Məmmədov haqqında 10 maraqlı fakt hazırlayıb. 1. Səxavət Əmirxan oğlu Məmmədov Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Uşaq vaxtından qarmonda ifa etməyi bacarırdı, ancaq toylara getməyə utanırdı. Asə

28 iyul 2021