"Avropa İttifaqına üzvülük iddiaları Rusiya və Ermənistan arasındakı münasibətiləri korlayacaq" - İlyas Hüseynov

"Avropa İttifaqına üzvülük iddiaları Rusiya və Ermənistan arasındakı münasibətiləri korlayacaq" - İlyas HüseynovErmənistan hakimiyyəti Avropa Birliyi ilə münasibəti dərinləşdirərək, ittifaqa üzv olmaq niyyətindədir. Bəs, Ermənistanın belə bir addım atmaqda əsas məqsədi nədir?

Mövzu ilə bağlı Sonxeber.az-a politoloq İlyas Hüseyinov danışdı.

O, açıqlamasında bildirdi ki, bu addım Rusiya və Ermənistan arasında gərginliyə səbəb olacaq:

"Ermənistanın Avropa İttifaqına üzv olmaq istəyi uzun müddətdir ki, var. 2018-ci ildən hakimiyyətə gələn Nikol Paşinyan və onun komandası bu istiqamətdə əlindən gələni edir. Çünki, onlar qərbin maliyyə vəsaiti hesabına formalaşan qeyri-hökümət təşkilatlarının tərkibindən çıxaraq dövlət idarəçiliyinə gəliblər. Şübhəsiz ki, öz təlimatçılarının sifarişlərini yerinə yetirməklə məşğuldular. Avropa İttifaqına üzvülük yolunda ilk mərhələ kimi viza rejminin sadələşdirilməsi, gediş-gəlişin liberallaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilməkdədir. Eyni zamanda Avropa İttifaqı rəsmiləri ilə Ermənistan siyasi elitası arasında həm də siyasi dialoq və məsləhətləşmələr həyata keçirilməkdədir. Bütün bunlar ümumilikdə həm konseptual əsasları, həm də praktiki həlləri nəzərdən keçirdir. Eyni zamanda onlar Ermənistanı Avropa İttifaqına daxil etmək istəyirlər. Elə bu səbəbdən də, 2027-ci ilə qədər bu konstitusiya islahatlarını keçirəcəklərini bəyan ediblər. Rusiya və Ukrayna arasında, eləcə də yaxın şərqdə davam edən müharibənin hansı formada bitməsi onları uzaq hədəflərə yönəldir. Avropa İttifaqına üzvülüklə bağlı konkret iddiaların irəli sürülməsi Rusiya, eləcə də, Ermənistan arasında münasibətləri də korlayacaqdır. Rəsmi Moskva bu istiqamətdə Ermənistana qarşı hər hansısa cəzalandırıcı addımlar ata, mesajlar verə bilər. Bu xüsusda Ermənistanın əsas şansı onda gətirib ki, Rusiya bu gün diqqəti daha çox Ukrayna müharibəsinə cəmləşdirib. Ermənistan bundan istifadə edərək Avropaya doğru öz ambisyalarını ifadə edir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1831   Tarix: 30 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr