ABŞ-də səsvermə başa çatdı: Tramp Harrisi qabaqlayıb
ABŞ-də keçirilən prezident seçkilərində republikaçı Donald Tramp 277 seçici səsini toplayıb.
Bu barədə "Fox News" kanalı məlumat yayıb.
Demokrat Kamala Harris isə 226 səs toplayıb
Qələbə qazanmaq üçün 270 seçici səsini toplamaq lazım idi.
***10:41
ABŞ-də prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb, ölkədə son seçki məntəqəsi də bağlanıb.
Son səsvermə Havay və Alyaskada keçirilib.
Rəsmi olmayan nəticələrə görə, Donald Tramp 247, Kamala Harris isə 214 səs toplayıb.
Qələbə qazanmaq üçün 270 seçici səsini toplamaq lazımdır.
***10:14
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp prezident seçkilərində Harisə nisbətən 5 milyon daha çox seçici səsi toplayır.
Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Hazırda Tramp 58 milyondan çox səs toplayır, demokratlardan olan namizəd Kamala Haris isə 53 milyon seçicinin dəstəyini qazanır.
Buna baxmayaraq, ümumi səs sayında bu üstünlüyə rəğmən, ABŞ-də prezident seçkilərində qələbə yalnız seçici səslərinin sayına deyil, həm də seçicilər kollegiyasının sisteminə əsaslanır.
ABŞ-də prezident seçicilərin səsi ilə birbaşa deyil, seçicilər kollegiyasının səs sayı ilə seçilir. 2016-cı ildə Hillari Klinton Trampdan çox səs toplamışdı, lakin seçicilər kollegiyasının səs bölgüsü nəticəsində məğlub olmuşdu.
"Fox News"un proqnozlarına görə, Tramp 232 seçici kollegiyası səsi, Haris isə 198 səs qazanır.
***10:06
ABŞ-də keçirilən prezident seçkisində Respublikaçılar Partiyasından olan namizəd Donald Tramp Demokratlar Partiyasından olan rəqibi Kamala Harrisi kəskin fərqlə qabaqlayır.
Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Donald Tramp 247 səs, Kamala Harris isə 210 səs toplayıb.
***08:48
ABŞ prezident seçkisində Demokratlar Partiyasından olan Kamala Harrisin səsləri artmağa başlayıb.
Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Siyasətçi artıq 205 səs toplayıb.
Bununla belə, 230 səsi olan Donald Tramp seçki yarışında qabaqdadır.
***08:09
Amerika Birləşmiş Ştatlarında keçirilən 59-cu prezident seçkilərində ilkin nəticələr məlum olub. Belə ki, Respublikaçılar Partiyasının namizədi Donald Tramp, rəqibi Demokratlar Partiyasının namizədi, vitse-prezident Kamala Harrisi qabaqlayaraq önə keçib.
Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Donald Tramp artıq 214 seçici səsi toplayaraq 270 səs hədəfinə yaxınlaşmaqdadır. Harris isə hələlik cəmi 179 səs qazana bilib.
Xatırladaq ki, Tramp 2016-cı ildə keçirilən seçkilərdə də gözlənilməz nəticə göstərərək Hillari Klintonu məğlub etmişdi. O zaman da rəy sorğuları Klintonun qələbəsini proqnozlaşdırırdı.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1147 Tarix: 06 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
Avropa İttifaqı noyabrın 16-sı Rusiyaya qarşı əlavə sanksiyalar qəbul edəcək. xəbər verir ki, bunu Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Həddad LCI telekanalına bildirib. Onun sözlərinə görə, Rusiya ilə bağlı 150 müəssisə və 50 banka sanksiyalar tətbiq ediləcək. "Biz Rusiyaya iqtisad
12 noyabrNASA Ay infrastrukturu üçün 10 mlrd. dollar vəsait ayırıb
NASA Ay infrastrukturu üçün 10 milyard dollara qədər vəsait ayırıb. xəbər verir ki, bu barədə NASA administratoru Cared İsaakman məlumat verib. O qeyd edib ki, Aya yüklərin çatdırılması, kosmik gəmilərin buraxılması və gələcək Ay infrastrukturunun elementlərinin qurulması üçün yeni müqavilələr imzalanıb:
11 noyabrKanada İranın 11 qurumuna qarşı sanksiyalar tətbiq etdi
Bu gün Kanada Xarici İşlər Nazirliyi İranın 11 qurumuna qarşı əvvəllər ləğv edilmiş sanksiyaların yenidən qüvvəyə mindiyini açıqlayıb. Bizim.Media Azad İran Teleqram kanalına istinadən xəbər verir ki, məlumata görə, sözügedən qurumlar 2016-cı ildə İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyə
10 noyabrBolqarıstanda matəm elan edildi
Bolqarıstanda milli matəm elan edilib. "Qafqazinfo" xəbər verir ki, buna səbəb "Trakiya" avtomagistralında baş verən ağır zəncirvari yol qəzasıdır. Bolqarıstanın Baş naziri Rumen Radev bildirib ki, noyabrın 11-i faciə nəticəsində həyatını itirənlərin xatirəsinə milli matəm günü ela
10 noyabrErmənistan İrandan qaz tədarükünün artırılmasını istəyib
Ermənistan İrandan təbii qaz tədarükünün həcminin artırılmasını xahiş edib. xəbər verir ki, Ermənistan KİV-in məlumatına görə, bu məsələ bu gün İrəvanda keçirilən Ermənistan-İran hökumətlərarası komissiyasının iclasında müzakirə olunub. İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi jurnalistlərə açıqlamasınd
10 noyabrRus ordusu iki kəndi işğal etdi
Rusiya ordusu Zaporojye vilayətinin Voskresenka və Donetsk vilayətinin Şilovka yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
11 noyabrAlmaniyada süni intellekt 15 ilə 800 min iş yerini əvəz edəcək
Almaniyada süni intellekt növbəti 15 il ərzində təxminən 800 min iş yerinin itirilməsinə səbəb olacaq. İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya Federal Məşğulluq Agentliyinin rəhbəri Andrea Nahles öz müsahibəsində bildirib. O, süni intellektin Almaniya əmək bazarına gətirəcəyi əsas transformasiyada
11 noyabrPaşinyan Parisdə Makronla görüşüb
Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşüb. xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Melaniya Harutyunyan sosial media hesabında məlumat yayıb. Bildirilib ki, görüş Parisdəki Yelisey Sarayında baş tutub. Qeyd edək ki, Nikol Paşinya
10 noyabr