ABŞ və Çin Sİ bağlı insidentlər barədə xəbərdarlıq üçün birbaşa əlaqə kanalı yaradır
ABŞ və Çin süni intellekt (Sİ) texnologiyaları sahəsində baş verə biləcək insidentlər barədə operativ məlumat mübadiləsi aparmaq üçün birbaşa əlaqə kanalı yaradır.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent noyabrın 10-da bəyan edib.
"ABŞ Prezidenti Donald Trampın tapşırığı ilə Çinlə superintellekt üzrə yeni dialoqun qurulması istiqamətində mühüm işə başlamışıq. Bu dialoqun məqsədi ümumi risklərdən qorunmaq və sistemlərimiz arasında anlaşılmazlıqların qarşısını almaqdır. Qabaqcıl modellərin istifadəyə verilməzdən əvvəl qiymətləndirilməsi və sınaqdan keçirilməsi sahəsində ən yaxşı təcrübələri bölüşməyi, eləcə də bu texnologiyanın idarə olunmasında insan mühakiməsinin əsas rolunu qoruyub saxlamağı nəzərdə tuturuq. Nəhayət, hər bir ölkənin superintellekt modelləri ilə bağlı ciddi insidentlər barədə digər tərəfi operativ şəkildə məlumatlandıra bilməsi üçün birbaşa əlaqə kanalı yaradırıq", - deyə Bessent ABŞ-Çin Münasibətləri üzrə Milli Komitədə çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, süni intellekt texnologiyaları inkişaf etdikcə rəqabəti məsuliyyətli idarəetmə ilə uzlaşdırmağın yollarını tapmağa ehtiyac da artacaq.
"ABŞ və Çin arasındakı fərqlərlə bağlı heç bir illüziyaya qapılmamalıyıq. Daha əvvəl də qeyd etdiyim kimi, maraqlarımız hər zaman üst-üstə düşməyəcək. Eyni şəkildə, problemlərin həllinə yanaşmalarımız da həmişə oxşar olmayacaq", - deyə ABŞ maliyyə naziri vurğulayıb.
Sentyabrın sonunda Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Ciaqkun Pekin və Vaşinqtonun süni intellekt texnologiyaları ilə bağlı hökumətlərarası dialoqu bərabərhüquqlu əsasda inkişaf etdirəcəyini bildirmişdi. O, Çinin süni intellektin qlobal idarə olunması məsələlərində hər zaman konstruktiv və məsuliyyətli mövqe tutduğunu qeyd etmişdi.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"