İman Xəlif qadınlar arasında keçirilən Rusiya boks çempionatına dəvət edildi

İman Xəlif qadınlar arasında keçirilən Rusiya boks çempionatına dəvət edildiAvropa çempionu Yelena Jilyayeva əlcəzairli boksçu İman Xəlifi Serpuxovda keçirilən qadınlar arasında Rusiya boks çempionatına tamaşaçı qismində iştirak etməyə dəvət edib.

Bu barədə "RİA Novosti" məlumat yayıb.

"Onu Serpuxovda keçirilən Rusiya çempionatına dəvət edirik. İman qadın boksunu izləyəcək. Ola bilsin, məşq şəraitində boks edərik. Biz heç nədən çəkinmirik və rinqdə qarşımıza çıxan hər kəslə döyüşməyə hazırıq",-deyə Jilyayeva bildirib.

Qeyd edək ki, 4 noyabrda fransız jurnalist Jaffar Ait Audia "Le Correspondent" saytında əlcəzairli boksçu Xəlifi ilə bağlı məlumat dərc edib. Jurnalist, Xəlifin gender testindən keçə bilmədiyini və qadın reproduktiv sisteminə malik olmadığını, onun əvəzinə daxili testislər və artırılmış klitor ölçüsündə olan mikropenisə malik olduğunu iddia edib. Hormon testi də Xəlifdə kişi səviyyəsində testosteron olduğunu göstərib.

Xəlif 2023-cü ildə Hindistanda keçirilən Beynəlxalq Boks Assosiasiyası (IBA) dünya çempionatında gender testindən keçə bilməyib. Həmin çempionatda Tayvan təmsilçisi Lin Yuyting də oxşar testdən keçə bilməyib. Lakin Beynəlxalq Olimpiya Komitəsi hər iki idmançının 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakını təsdiqləyib. Xəlif 66 kq çəki dərəcəsində qızıl medal qazanıb./Baku.ws


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1117   Tarix: 07 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır

Paytaxt Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir. Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə dörd minə yaxın gənc futbolçu, məşqç

23 oktyabr
.

Bakıda konkur üzrə "Omar" kuboku keçirilib

Bakıda konkur üzrə "Omar" kuboku keçirilib. Bu barədə -a Azərbaycan Atçılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Hündürlüyü 105-110 sm olan maneələrin dəf edilməsi üzrə L klass yarışlarında starta 19 atlı çıxıb. Onlardan 11-i maneələri cərimə balı olmadan dəf edərək təkrar sıçrayış

12 oktyabr
.

"İmişli" baş məşqçisi Fərid Namazovla yolları ayırıb

"İmişli" baş məşqçisi Fərid Namazovla yolları ayırıb. Bu barədə -a bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib. Mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib

13 oktyabr
.

Bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Misli Premyer Liqasının VII turunda bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq. Qaynarinfo xəbər verir ki, Azərbaycan derbisi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Rəqibindən bir oyun az keçirən olan Ağdam təmsilçisi cari mövsümdə "Sabah"la birgə məğlu

17 oktyabr
.

Anar Hacıyev "Qarabağ"dan getdi

"Qarabağ" futbol klubunun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev vəzifəsindən ayrılıb. xəbər verir ki, bu barədə "Qarabağ" klubu məlumat yayıb. Bildirilib ki, Anar Hacıyev öz xahişi ilə vəzifəsindən ayrılıb. Qeyd edək ki, 2023-cü ilin sentyabrından bu vəzifəd

12 oktyabr
.

Azərbaycanın futzal millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb

Azərbaycanın futzal üzrə millisinin dünya çempionatının əsas mərhələsində Çexiyaya qarşı oyun üçün heyəti bəlli olub. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Yığmaya 14 oyunçu dəvət alıb. Xatırladaq ki, Azərbaycan komandası DÇ-2028-in əsas mərhələsində Çexiya ilə oktyabrın 16-da üz-üzə gələcək

14 oktyabr
.

"Sabah"dan 1 xala layiq matç... - Video-Yenilənib

UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparan təmsilçimiz "Sabah" bu gün növbəti sınağına çıxır. "Qafqazinfo" xəbər verir ki, komandamız 3-cü tur çərçivəsində Almaniyanın "Borussiya Dortmund" klubunu sınağa çəkəcək. Bakı Olimpiya Stadionunda təşkil olunaca

20 oktyabr
.

"İmişli" komandası ispaniyalı baş məşqçi axtarışındadır

"İmişli" komandası ispaniyalı baş məşqçilərin xidmətində daha çox maraqlıdır. Bunu "Report"a açıqlamasında adıçəkilən klubun icraçı direktoru Aqşin Mürsəlov deyib. Bölgə təmsilçisinin rəsmisi "İmişli" üçün baş məşqçi axtarışlarının davam etdiyini söyləyib:. "Hazırd

20 oktyabr
.

"Qalatasaray" - "Fənərbağça" derbisinin baş hakimi bəlli oldu

Türkiyə Superliqasının IX turunda keçiriləcək İstanbul derbisinin baş hakimi müəyyənləşib. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, "Qalatasaray" və "Fənərbağça" arasında baş tutacaq qarşılaşmanı FIFA referisi Atilla Karaoğla

22 oktyabr