Şuşanın azad edilməsi Qarabağ Zəfərinin zirvəsi oldu - VİDEOREPORTAJ

Şuşanın azad edilməsi Qarabağ Zəfərinin zirvəsi oldu - VİDEOREPORTAJ21-ci əsrin ilk qəhrəmanlıq salnaməsindən-Şuşa zəfərindən danışacağıq. Coğrafiyası və strateji əhəmiyyəti ilə Şuşa həm məğlubiyyətin, həm də Qarabağ zəfərinin zirvəsi demək idi. Şuşanın Azərbaycan ordusu tərəfindən azad edilməsi düşməni sözün əsl mənasına diz çökdürdü. Beləliklə 4 il əvvəl - 2020-ci il noyabrın 8-də Müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı.

Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanırdı. Elə bu amalla da qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan aşaraq Şuşaya doğru inamla irəlilədi.

Sonxeber.az xəbər verir ki, döyüşlərdə iştirak edən hərbi qulluqçu Trend-ə bildirib ki, Şuşa döyüşləri, bildiyimiz kimi çox sıldırım qayalıqlar və düşmənin gizlənmə bölmələrinin ən çox olduğu bölgələr idi.

"Hansı ki, bizim dost bölmələrimizin irəliləməsi üçün onlara zəmin yaradırdıq. Düşmənin hədəfləri vaxtında dəqiq məhv edilirdi".

"Tanklarla, digər zirehli texnika ilə silahlanan, əlverişli mövqedə yerləşən düşmənin qarşısına yüngül silahlarla çıxmaq yüksək peşəkarlıq, fədakarlıq tələb edirdi", - hərbi qulluqçulardan biri deyib.

"Noyabr ayının 3-ü idi. Şuşa ətrafında döyüşlərə başladıq. Ərazi relyefi çətin olduğuna baxmayaraq, ordumuz Şuşa ətrafında döyüşlərə başladı. Ordumuz düşmən mövqelərini ələ keçirdi, düşmən əks hücuma keçməyə başladı. Ordumuz onun qətiyyətlə qarşısını aldı", - döyüşlərdə iştirak edən digər hərbi qulluqçu qeyd edib.

"İtkilər verərək, şəxsi heyət itirərək, texnikaları itirərək, düşmən geri çəkilməyə məruz qaldı. Ordumuz böyük qürur hissi ilə Şuşa şəhərinə daxil oldu.Şuşada döyüşlərə başladıq. Biz böyük şücaətlə, Şuşa şəhərini noyabrın 8-i günün sonunadək düşməndən azad etdik", - digər hərbi qulluqçu vurğulayıb.

"Müharibə nə qədər çətin olsa da, bizim tapşırığımız o idi ki, şəhər işğaldan azad olunmalı idi. Düşmən məhdudiyyəti nə qədər olsa da, biz buna baxmayaraq, həmin çətinliklərin öhtəsindən gələ bildik", - hərbi qulluqçulardan biri bildirib.

Öz növbəsində hərbi şərhçi Ramil Məmmədli Trend-ə bildirib ki, Şuşanın azad edilməsi ordu komandanlığının qarşısına qoyulan əsas tapşırıqlardan biri idi.

"Müharibənin ilk günlərindən Həm Cəbrayılın, həm Hadrutun, Ərgünəş dağının, Məngəlata yüksəkliyinin, Qubadlı və Laçın istiqamətində mövqelərini gücləndirməsi və bir də Səfiyan yaşayış məntəqələrini nəzarətə götürməsi, dolayısı ilə Laçın yoluna, yəni, vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi. Qarabağın döyünən ürəyi olan Şuşa düşməndən təmizləndi.

Beləkilə, 44 gün ərzində döyüşçülərimiz bir addım da geri çəkilmədən yalnız irəli getdi. İkinci Qarabağ müharibəsinin hər günü şanlı bir tarix, misli görünməmiş qəhrəmanlıq dastanı kimi tarixə düşdü", - hərbi şərhçi əlavə edib.

Qeyd edək ki, Şuşa şəhərinin işğaldan azad edilməsinin dördüncü ili münasibəti ilə şəhərə media-tur təşkil olunub. Müdafiyyə Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan turda media nümayəndləri ilə yanaşı, şəhərin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edən döyüşçülər və hərbi ekispertlər iştirak edib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 687   Tarix: 08 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021