COP29 günlərində taksilər necə işləyəcək?

COP29 günlərində taksilər necə işləyəcək?Böyük ziyarətçi axınının gözlənildiyi COP29-a bir gün qalır. Qeyd edək ki, COP günlərində Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək. Konfrans günlərində paytaxtda qonaqların və şəhər sakinlərinin rahat hərəkətinin təmin edilməsi məqsədilə icrası planlaşdırılan tədbirlər çərçivəsində Bakı şəhərinin bir sıra mərkəzi küçələrində xüsusi COP29 nəqliyyat zolaqları salınıb. Noyabrın 1-dən digər nəqliyyat vasitələrinin həmin zolaqlardan istifadəsinə məhdudiyyət qoyulub. Konfrans zamanı həmin zolaqlardan yalnız ictimai və tədbirlə əlaqədar xüsusi icazələrə sahib olan nəqliyyat vasitələri istifadə edəcək.

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Bəs, görəsən, COP günlərində taksilər necə işləyəcək? Taksilərimiz COP29-a hazırdırlarmı? Ölkəyə gələn qonaqlar taksilərdən rahat şəkildə istifadə edə biləcəklərmi? Yollardakı məhdudiyyətlər taksilərin işinə necə təsir edəcək?

Qonaqlar nəqliyyat baxımından əziyyət çəkməyəcəklər

Sabiq millət vəkili Rüfət Quliyevin fikrincə, ölkədəki bütün infrastruktur COP29-a hazırdır: "Həm nəqliyyat, həm ictimai iaşə obyektləri, həm də hotellər bu tədbirə ən yüksək səviyyədə hazırlaşıblar. COP29 üçün Azərbaycan əlavə taksilər də sifariş verib. Həmin taksilər artıq Bakıdadır və fəaliyyətə başlayıblar. Heç bir qonaq nəqliyyat baxımından əziyyət çəkməyəcək. Biz bu beynəlxalq tədbiri ən yüksək səviyyədə həyata keçirəcəyik".

Ekoloji cəhətdən təmiz taksilər iş başında olacaq

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib ki, COP29 iştirakçılarına elektrik mühərrikli "LEVC TX5" markalı "plug-in" hibrid taksiləri xidmət göstərəcək. Digər taksilər də adi rejimdə fəaliyyətlərini davam etdirəcəklər: "COP29-da iştirak edəcək qonaqların daşınması üçün ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadə olunacaq. Həmin taksilərə tədbir günlərində avtobus və COP29 zolaqlarına daxil olmağa icazə veriləcək. Bununla yanaşı, vətəndaşlar və tədbir iştirakçıları konfrans günlərində adi taksilərdən də istifadə edə bilərlər. Lakin həmin taksilərin COP29 zolaqlarına daxil olmasına məhdudiyyət tətbiq ediləcək".

Ekspert vurğulayıb ki, ölkədə xeyli sayda "LEVC TX5" markalı "plug-in" hibrid taksiləri var: "Onlar mərhələli şəkildə ölkəyə gətirilib və sayları kifayət qədərdir. Amma bu tədbirdə yalnız taksilərdən istifadə olunmayacaq. Həmçinin xətlərə elektrikli avtobuslar da buraxılacaq. Ümumilikdə isə COP29 üçün nəzərdə tutulan və ya bu tədbir üçün akkreditasiyadan keçən taksilərə hansısa məhdudiyyət tətbiq olunmayacaq".

Qaçaq taksi "xidməti"

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, son aylar taksilərin fəaliyyətində müsbət tendensiyalar müşahidə olunur: "Düzdür, yeni tələblərin tətbiqindən sonra sürücülərin ünvanlara fərqli avtomobillə gəlməsi, çatdırılma xidməti adı altında sərnişindaşımaların həyata keçirilməsi, icazəsi olmayan nəqliyyat vasitələrinə sifarişlərin ötürülməsi və sair kimi hallar da müşahidə edilir. Amma ümumilikdə bu sahədə müəyyən irəliləyişlər var. Hətta taksi fəaliyyətinə yeni elektrikli və hibrid avtomobillər də cəlb olunub. Müsbət tendensiyaları nəzərə alaraq deyə bilərik ki, taksilər COP29-a hazırdırlar. COP günlərində həm ölkəyə gələn qonaqlar, həm də sadə vətəndaşlar taksilərin xidmətindən rahat şəkildə istifadə edə biləcəklər. Yetər ki, sifariş verilən ünvanlara fərqli deyil, tətbiqdə qeydiyyatda olan nəqliyyat vasitələri gəlsin. Biz də qonaqların yanında gözükölgəli olmayaq. Güman edirəm ki, qaçaq taksi "xidməti" ilə məşğul olanlar COP ərəfəsində bu riski etməyəcəklər".

"Bütün taksilərin COP zolağına buraxılması mümkünsüzdür"

Ekspert onu da vurğulayıb ki, paytaxtdakı bütün taksilərin COP zolağına buraxılması qeyri-mümkündür: "Yollardakı məhdudiyyətlər taksilərin yubanmasına səbəb ola bilər. Amma bütün taksilərin COP zolağına buraxılması mümkünsüzdür. Əgər bu addım atılarsa, o zaman hər kəs taksidən istifadə etməyə çalışacaq. Bu, həm sözügedən zolağın, həm də taksilərin yüklənməsinə gətirib çıxara bilər. Ona görə də COP zolağından yalnız bu tədbir üçün nəzərdə tutulan xüsusi nəqliyyat vasitələrinin istifadəsi daha məqsədəuyğundur".

Hər bir incəlik nəzərə alınıb

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov da bu qənaətdədir ki, taksi fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar öz bəhrəsini verir. Onun sözlərinə görə, görülən işlərin nəticəsi olaraq taksilər COP29-a hazırdırlar: "İyulun 1-dən taksi fəaliyyəti ilə məşğul olan şəxslərin qarşısında müəyyən vəzifələr qoyulub. Yeni tələblərə uyğun gəlməyən taksilər xətdən kənarlaşdırılıb. Eyni zamanda, taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər imtahanlara cəlb olunur və bu proses hazırda da davam etdirilir. Müşahidələr göstərir ki, yeni dəyişikliklər taksi sahəsinə müsbət təsir göstərib. Bu sahədəki çatışmazlıqlara, narazılıqlara müəyyən qədər son qoyulub. Gözləntilərimiz ondan ibarətdir ki, taksilərlə bağlı hansısa problem yaşanmayacaq. Çünki bu, Azərbaycanın keçirdiyi ilk böyük beynəlxalq tədbir deyil. Bundan öncə ölkəmiz "Eurovision" Mahnı Müsabiqəsindən tutmuş "Formula 1" və İslam Həmrəyliyi Oyunlarına qədər bir neçə beynəlxalq tədbirə ən yüksək səviyyədə ev sahibliyi edib. COP-la bağlı da təşkilatçılar hər bir incəliyi nəzərə alıblar. Bu baxımdan konfransın keçirildiyi günlərdə yollardakı məhdudiyyətlərə baxmayaraq həm şəhərimizin qonaqları, həm də sadə insanlar taksi xidmətindən də rahat şəkildə istifadə edəcəklər".

Ekspert bildirib ki, hazırda yeni qaydalara uyğun gələn taksilərin sayı əhalinin 22 faizinin tələbatını ödəyir: "Son statistikaya görə, taksi fəaliyyətinə icazə verilən nəqliyyat vasitələrinin sayı təxminən 24 mindir. Amma bu statistika mütəmadi olaraq yenilənir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1353   Tarix: 10 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiyaçılara ikiqat XOŞ XƏBƏR - Aprelin 1-dən etibarən…

Əmək Məcəlləsinə təklif olunan dəyişiklik işçilərin əməkhaqlarının ödənilməsi qaydasında yeniliyə səbəb olacaq. Layihəyə əsasən, işəgötürənlər işçinin maaşını onun seçdiyi bank hesabına köçürməli olacaqlar. Bəs yeni qayda işçilərə və işəgötürənlərə hansı dəyişiklikləri gətirəcək? İşçinin maaşını istədiy

22 noyabr
.

Qətlə yetirilən Gülarənin atası danışdı - "Ayxan 2 ay idi gecələr yatmırdı"

Noyabrın 16-da paytaxtın Binəqədi rayonu Həmzə Babaşov küçəsindəki evdə 23 yaşlı Gülarə Mehdiyevanın qətlə yetirilməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Bu barədə "Qafqazinfo"ya cinayətdə günahlandırılan Ayxan Mehdiyevin və hadisə qurbanının atası Ağa Mehdiyev danışıb. O bildiri

20 noyabr
.

Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar

"Pensiyalarda 2026-cı ildə nəzərdə tutulan ikinci artım pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il əlavə altı illik iş stajını tamamlayan vətəndaşlara şamil olunacaq". Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib

22 noyabr
.

9 yaşlı uşaq dəm qazından boğuldu

Sumqayıtda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 21-i saat 01 radələrində baş verib. Şəhər sakini 2017-ci il təvəllüdlü A.D. yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır

21 noyabr
.

Özünüməşğulluq avadanlığını satan vətəndaşları hansı məsuliyyət gözləyir? - VƏKİLDƏN AÇIQLAMA

Özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən avadanlıqların təyinatı üzrə istifadə olunması və müqavilə öhdəliklərinə əməl edilməsi tələb olunur. Lakin bəzi hallarda vətəndaşların həmin avadanlıqları satması və ya başqa şəxslərə verməsi halları ilə qarşılaşılır. Ali Məhkəmənin son hüquq

20 noyabr
.

Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində müxtəlif brendlərə aid malların gömrük nəzarətindən gizli şəkildə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəs

21 noyabr
.

Dekabrda 9 gün İŞ OLMAYACAQ - TARİXLƏR

2026-cı ilin son ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanları neçə günlük istirahətin gözlədiyi məlum olub. Ayın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunduğundan həmin tarixdə iş olmayacaq. Ayın digər qeyri-iş günləri isə həftəsonları ilə bağlıdır. Belə ki, dekabrın 5-

21 noyabr
.

Bu şəxslərin həyat yoldaşlarına 400 manat veriləcək

Hərbçilərin yeni xidmət yerinə köçən həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. -un məlumatına görə, bunu jurnalistlərə açıqlaması zamanı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib. Komitə sədri bildiri

22 noyabr
.

Əhalinin son sayı - Açıqlandı

İlin əvvəlindən ölkə əhalisinin sayı 20474 nəfər və ya 0,2 faiz artaraq 2026-cı il oktyabr ayının 1-i vəziyyətinə 10282825 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi ( DSK) məlumat yayıb. Bildirilib ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış

20 noyabr