Atasını ermənilər öldürdü, oğlu onu illərlə aldatdı – Güləndə ürəyi partlayan Xalq artistimiz

Atasını ermənilər öldürdü, oğlu onu illərlə aldatdı – Güləndə ürəyi partlayan Xalq artistimizBu gün Xalq artisti Əliağa Ağayevin anım günüdür.

Ölkə.az Kulis.az-a istinadən görkəmli gülüş ustasının həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

1913-cü ildə Bakıda anadan olan Əliağa Ağayev anasını 2 yaşında olanda itirib. Onun 5 yaşı olanda atası ermənilər tərəfindən qətlə yetirilib. Ailədə üç qardaş olublar. Qardaşı Mirzəağa repressiya qurbanı olub.

*

Valideynlərini erkən yaşlarında itirən Əliağa 7-ci sinfi bitirən kimi gəmi təmiri zavodunda çilingər kimi işə düzəlir ki, çörəkpulu qazansın. Eyni vaxtda zavodun dram dərnəyinə də yazılır.

Səhnədə tərəf-müqabili olan gənc aktrisa Cəvahir İsgəndərova ilə ailə həyatı qurur. Onların münasibətindən xəbər tutan Ağadadaş Qurbanov bir gün Əliağanı yanına çağırır. Deyir, bu qız mənim teatr truppamda yetişib, bu teatrın səhnəsinə çıxıb: "Mənə öz balam kimi əzizdir, sən də yaxşı oğlansan, ona qarşı münasibətin ürəkdən deyilsə, uzaqlaş, ürəkdəndirsə, gecikmə, yaxınlaş".

*

Çox güclü hafizəsi olub Əliağa Ağayevin. Rolun sözlərini bircə dəfə oxumağı bəs edirmiş ki, çaşmadan, zamanında deyə bilsin.

Oynadığı "Hacı Qara" tamaşasına baxan Mircəfər Bağırov tamaşadan sonra onu yanına çağırtdırır. Oynadığı obraza görə heyranlığını ifadə edir. Ondan fəxri ad alıb-almadığını soruşur. Bir müddət sonra Əliağa Ağayevə "Əməkdar artist" fəxri adı verilir.

Əliağa Ağayev SSRİ Xalq artisti fəxri adından imtina edib. Bu ada görə aktyora Kommunist Partiyasına keçməsi təklif olunub. Lakin o, heç bir partiyaya üzv olmaq istəməyib. Gənc Tamaşaçılar Teatrında ilk və o vaxtlar yeganə Xalq artisti Əliağa Ağayev olub.

*

Əliağa Ağayev Məşədi İbadı oynayanda qara, gur saçları olub. Film təbii alınsın deyə özü saçlarını dibindən qırxdırıb.

Quranı o dərəcədə yaxşı bilirmiş ki, yas məclislərində mollalara səhv tuturmuş ki, bu yerini düz oxumadın.

*

İki oğlu bir qızı olub. Övladlarından heç birinin onun yolunu davam etdirməsini istəməyib. Ancaq oğlu Vaqif ondan gizlin ovaxtkı İncəsənət İnstitutunun rejissorluq fakültəsinə qəbul olunmağı bacarıb. Hər il atasına "Politexnik"ə hazırlaşıram" deyən Vaqif Ağayev yalnız diplomunu alandan sonra onu atasına göstərib, həqiqəti etiraf etmişdi.

*

İşə ictimai nəqliyyatla gedib-gəlirmiş ki, arıqlasın. Sonuncu çəkildiyi film "Evlənmək istəyirəm"in çəkilişləri zamanı Əliağa Ağayevin səhhətində nasazlıq olub. Filmin rejissoru Cahangir Mehdiyev danışır ki, biz onu qızdırmanın içində çəkdik:

"Dedim, çəkilişi təxirə salaq, sizə ziyanı dəyə bilər, razılaşmadı. Həkim çağırıb iynə vurdular, temperaturu bir az düşdü, çəkdik, çəkilişdən sonra təcili yardımla getdi".

1983-cü il noyabr ayının 3-də 70 illik yubileyi ərəfəsində dostları ilə kafedə oturub yeyib-içən zaman danışdığı lətifəyə necə ürəkdən gülübsə, ürək damarları partlayıb və aktyor elə güldüyü yerdəcə dünyasını dəyişib. Hətta onun bu ani ölümünü dostları Əliağanın növbəti zarafatı hesab ediblər, əvvəl inanmayıblar. Sonra görüblər, o, doğrudan da, dünyasını dəyişib.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2749   Tarix: 13 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq

Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayımlayıb. "Qafqazinfo" xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov 23 avqustda, ömrünün 96-cı ilind

24 avqust
.

"Serial bəzi gənclər üçün pis örnəkdi"

Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MAG" layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:. "Bugünkü gənclərin üstün cəhətləri var. Onlar

14 avqust
.

Anar Nəriman Həsənzadə ilə bağlı xatirələrini bölüşdü: "O səsi bir daha eşidə bilməyəcəyəm"

"Nəriman Həsənzadənin vəfatı Azərbaycan elmi və ədəbiyyatı üçün ağır itkidir". xəbər verir ki, bu fikirləri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Xalq şairi Nəriman Həsənzadənin vida mərasimində çıxışı zamanı səsləndirib. Anar bildirib ki, Nəriman Həsənzadə təkcə görkəml

2 avqust
.

Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib. Qaynarinfo xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi. Qeyd edək ki, Aleksand

9 sentyabr
.

İlham Mirzəyevin vəziyyəti ağırdır

Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten

7 sentyabr
.

Ceki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş

Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər

4 avqust
.

Mənsum İbrahimov yenidən "Məcnun" olacaq?

Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun

26 avqust
.

Xalq rəssamı Arif Hüseynov vəzifələrindən ayrılır

Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və "Kitab Qrafikası və Miniatür" bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib. Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:. "Azərbaycan Rəssamla

20 iyul
.

Əlikram Bayramov: "İngiltərə uduzanda 2-3 gün özümə gələ bilmədim"

Müğənni Əlikram Bayramov 2026-cı il dünya çempionatında azarkeşlik etdiyi İngiltərə millisinin çempion ola bilməməsindən təəssüfləndiyini bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, turnir başlamazdan əvvəl İngiltərənin dünya çempionu olacağını proqnozlaşdırıb:. "Dünya çempionatınd

20 iyul