Dəyişkən havalarda səhhətimizi necə qoruyaq?
Havanın dəyişkən keçməsi, gah mülayim, gah soyuq olması bəzi insanların səhhətinə mənfi təsir göstərir.
"Qafqazinfo" xəbər verir ki, Kliniki Tibbi Mərkəzin həkim-terapevti Könül Bənənyarskayanın sözlərinə görə, müəyyən qrup insanlar var ki, havanın dəyişməsi onlarda narahatlıqlar yarada bilir.
"Buraya uşaqlar, hamilə qadınlar, yaşlılar və xroniki xəstəliyi olan insanlar aiddir. Hava qəfil soyuduqda bəzən insanlar isti geyimdən istifadə etmirlər. Bu da onların sağlamlığına mənfi təsir göstərir. Öskürək, boğaz qıcıqlanması, nəfəsalmanın çətinləşməsi kimi hallar ortaya çıxır. Havaların dəyişkən keçməsinə adekvat olaraq bu cür insanların geyimlərinə və hava şəraitinə uyğun davranışlarına diqqət yetirmələri məsləhət görülür", - deyə o vurğulayıb.
Həkim bildirib ki, ürək-damar sistemi, bronxial astma xəstəliyindən əziyyət çəkən insanlar da havanın dəyişməsi zamanı özlərini mütləq qorumalıdırlar: "İnsanların bir çoxu oturaq həyat tərzi keçirir, uzun müddət kompüter qarşısında olur, bu da ürək-qan damar sisteminə mənfi təsir göstərir. Havanın dəyişməsi bəzi insanlarda stres yaradır. Bu stres ürək əzələsində olan qan dövranının pozulmasına gətirib çıxarır. Hava dəyişməsi zamanı insanlarda virus infeksiyaları və soyuqdəymə xəstəliklərinin də artması özünü göstərə bilir. Bronxial astma xəstəliyi, allergiyası olan insanlarda hava dəyişkənlikləri bir sıra narahatlıqlara səbəb olur. Məsələn, allergik katarakta, allergik rinit kimi xəstəliklər baş qaldırır. Bu cür hava şəraiti emosional insanlara da pis təsir edir, onlarda depressiya hallarının əmələ gəlməsi özünü göstərir. Belə hallarda emosional vəziyyəti stabil saxlamaq məsləhətdir".
Həkim-terapevt belə hava şəraitində insanların geyimlərinə xüsusi diqqət yetirməli olduqlarını məsləhət görüb: "Dəyişkən hava şəraitində insanlar ilk növbədə öz geyimlərinə, qida rasionlarına diqqət etməli, həmçinin çox tərləmədən qorunmalıdırlar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1070 Tarix: 18 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu ərazilərə qar yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Qusar, Zaqatala, Qax, Ağstafa, Gəncə, Şəmkir, Xınalıq, Quba, Balakən, Şəki, Oğuzda yağış, Şahdağda is
25 noyabrİş yoldaşının boyunbağısını oğurlayıb lombarda qoydu
Bakıda iş yoldaşının zinət əşyasını oğurlayan şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu ərazisindəki evdə baş verib. Qəbələ rayon Vəndam qəsəbə sakini 28 yaşlı Cavad Xəlilov gecə iş yoldaşı Xəqaninin evində qalıb. O, səhər evi tər
25 noyabrAZAL "Sərfəli Cümə" kampaniyası elan edir
"Azərbaycan Hava Yolları" QSC (AZAL) "Sərfəli Cümə" kampaniyasını elan edir. xəbər verir ki, 25-30 noyabr 2026-cı il tarixlərində sərnişinlər seçilmiş beynəlxalq istiqamətlər üzrə ekonom və biznes siniflərində aviabiletləri 25%-dək endirimlə əldə edə biləcəklər. Həmçinin "AZA
25 noyabrSumqayıt bulvarında dənizdə batan Nəsrəddinin meyiti tapıldı
Noyabrın 18-də Sumqayıt şəhəri, Sumqayıt Dənizkənarı Bulvarının ərazisində dənizdə batan 2006-cı il təvəllüdlü Nəsrəddin Sədrəddin oğlu Şahaliyevin meyiti tapılıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, meyit Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm
25 noyabrRamiz Mehdiyevin şikayətinə baxılıb
Dövlətçilik əleyhinə və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinən Ramiz Mehdiyev və onun köməkçisi Eldar Əmirovun apellyasiya şikayəti üzrə ilk məhkəmə iclası keçirilib. -a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Əliyevin sədrliyi ilə baş tutan iclasd
26 noyabrİran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi
Bu günlərdə sosial şəbəkələrdə, xüsusilə "TikTok" platformasında İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəd istiqamətinə ağır hərbi texnika cəmləşdirməsi iddiası ilə bağlı görüntülər yayılıb. xəbər verir ki, İranın Azərbaycandakı səfirliyinin məsələ ilə bağlı APA-nın sorğusun
26 noyabrİnsanlar süni intellektə bağlanır, canlı ünsiyyətdən uzaqlaşır? - XƏBƏRDARLIQ
Süni intellekt texnologiyalarının gündəlik həyatda geniş yayılması insanların ünsiyyət vərdişlərinə də təsir göstərir. Bəzi insanlar şəxsi problemlərini bölüşmək, məsləhət almaq və emosional dəstək görmək üçün real insanlarla söhbət etmək əvəzinə süni intellekt çatbotlarına müraciət edirlər. Bu texnologiyala
25 noyabr