Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU - ADLAR + Hadisə yerindən GÖRÜNTÜLƏR
Müdafiə Nazirliyi (MN) Tovuzda yol-nəqliyyat hadisəsində ölənlərdən beşinin hərbçi olduğunu təsdiqləyib.
Nazirlikdən verilən məlumata görə, noyabrın 27-də axşam saatlarında Tovuz rayonu ərazisində, xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu - baş gizir Ruslan Əhliman oğlu Qurbanov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Qabil Qaybalı oğlu Alıyev, çavuş Bəhlul Aydın oğlu Əliyev, çavuş Qələndər Mail oğlu Əhmədov və kiçik çavuş Turan Cavad oğlu Mehdiyev həlak olublar.
Faktla bağlı araşdırma aparılır.
21:54
Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə avtomobildə vətəndaşların sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb ediliblər. Hadisə yerində vəziyyət qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı avtomobil ilə VAZ-2106 markalı avtomobil toqquşub. Deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılmış insanların olduğu müəyyən edilib.
Xilasedicilər xüsusi vasitələrdən istifadə edərək "Mercedes" avtomobilində sıxılı vəziyyətdə qalan yeniyetməni çıxarıb və təcili tibbi yardım briqadasına təhvil veriblər.
Yol-nəqliyyat qəzası zamanı həyatını itirmiş altı nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Yanğınsöndürənlər hadisə yerində təhlükəsizlik tədbirləri görüblər. Faktla bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
21:00
Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Əlimərdanlı kəndi ərazisində qeydə alınıb.
VAZ və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində altı nəfər həyatını itirib. Ölənlərdən beşinin hərbçi olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.




Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 7186 Tarix: 27 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş42 yaşlı rəis qəfil vəfat etdi
"Azərbaycan Dəmir Yolları" QSC-nin vəzifəli şəxsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, qurumun Qəbələ stansiyasının rəisi Faiq Mustafayev dünyasını dəyişib. Onun ölümünə qəfil ürəktutmanın səbəb olduğu bildirilir. Qeyd edək ki, F.Mustafayev 1984-cü ildə anadan olub
27 noyabr"Sədərək" və "Binə" bağlanır?
"Sədərək" və "Binə" ticarət mərkəzlərinin "Abşeron" Ticarət Mərkəzinə köçürüləcəyi ilə bağlı iddia yayılıb. Bildirilib ki, hər iki ticarət mərkəzinin yerində universitet tikiləcək. xəbər verir ki, "Sədərək" Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim məsəl
28 noyabrGələn ildən ailələrlə bağlı YENİ QAYDA: Hər kəsin məlumatı...
Gələn ildən ev təsərrüfatlarının uçotu aparılacaq. Məqsəd əhalinin faktiki yaşayış şəraiti, ailə tərkibi, məşğulluğu, sosial vəziyyəti, torpaq sahələri və fərdi təsərrüfat fəaliyyəti barədə dolğun məlumatların əldə edilməsini təmin etməkdir. Uçotun aparılması ilk dəfə olaraq MyGov platformasında yaradılmı
29 noyabrAzərbaycan asfalt istehsalını 32 % artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 167,3 min ton asfalt istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,1 % çoxdur. Təkcə oktyabrda isə ölkədə 25,9 min ton asfalt istehsal olunub. Bu, 1 il əvvələ nisbətə
28 noyabrAzərbaycanda pensiyalar və sosial ödənişlər ARTIRILACAQ
Azərbaycanda aparılan sosial siyasət vətəndaş rifahının təminatı istiqamətində islahatlar sosial ödənişlərdə ciddi artımlara imkan verib, b artım dinamikası gələn il də davam edəcək. ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev nazirlikdə 2026-cı ilin 10 ayının yekunlarına həsr olunmu
29 noyabrAzərbaycan duz istehsalını 14 %-dən çox artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 78 min 710 ton duz istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,2 % çoxdur. Bu il noyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı olmayıb. 2025-c
29 noyabrBu şəxslərin elektrik xərclərinin yarısını dövlət ödəyəcək
Azərbaycanda sahibkarlığın inkişafını stimullaşdırmaq, istehsal və kənd təsərrüfatı obyektlərinin fəaliyyətə başlamasını asanlaşdırmaq məqsədilə yeni dövlət dəstəyi mexanizmi tətbiq ediləcək. Belə ki, 2027-2030-cu illərdə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma xərclərini
29 noyabr