BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil

BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyilBaş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) skuter və velosiped sürücülərinin yol hərəkəti qaydalarına riayət etməsinə nəzarəti gücləndirib.

Bunu İTV-nin "Pressinq" verilişində "Report"un sualını cavablandıran BDYPİ-nin İctimai qurumlarla əlaqələr bölməsinin rəisi, polis kapitanı Elvin Hacıyev deyib.

O bildirib ki, son dövrlər paytaxt yollarında skuterlərdən istifadə halları geniş yayılıb:

"Skuter özü də nəqliyyat vasitəsidir. Skuterləri idarə edən bəzi şəxslər elə düşünürlər ki, yol hərəkəti qaydaları onlara şamil olunmur. Bu, yanlış yanaşmadır. Əgər skuteri idarə edirsənsə, digər hərəkət iştirakçıları kimi sən də yol hərəkəti qaydalarına əməl etməlisən. Yol nişanlarının və nişanlanma xətlərinin tələblərinə riayət etməlisən".

E. Hacıyev xatırladıb ki, bir müddət əvvəl moped sürücüləri arasında svetoforun qadağanedici işığına məhəl qoymayan, hərəkət üçün nəzərdə tutulmayan yerlərdən keçən, hətta yolun əks istiqamətində hərəkət edən şəxslər çox idi:

"Onlar maddi qazanc əldə etmək məqsədilə sifarişləri daha tez çatdırmaq üçün sürət həddini aşır, müxtəlif qayda pozuntularına yol verirdilər. Həmin vaxt mopedlərin dövlət qeydiyyat nişanları olmadığı üçün sürücülər xüsusi texniki vasitələrlə qeydə alınmayacaqlarını düşünürdülər. Hazırda isə mopedlər dövlət qeydiyyat nişanları ilə təchiz olunub. Bunun nəticəsində mopedlərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı xeyli azalıb. Halbuki bir müddət əvvəl bu cür qəzaların sayı kifayət qədər çox idi".

Elvin Hacıyev qeyd edib ki, skuter sürücüləri də yol hərəkəti qaydalarını pozduqları halda inzibati məsuliyyətə cəlb olunurlar:
"Skuter sürücüləri inzibati xəta törətdikdə Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülür. Paytaxtda yol polisi əməkdaşları tərəfindən skuter sürücüləri ilə mütəmadi olaraq maarifləndirici söhbətlər aparılır. Eyni zamanda, skuterlərin hərəkətinə xüsusi texniki vasitələrlə də nəzarət olunur. Heç kim düşünməməlidir ki, qayda pozuntusuna yol verdikdə bu, diqqətdən kənarda qalacaq. Artıq qayda pozuntusu müəyyən edilərək barəsində inzibati xəta haqqında protokol tərtib olunan skuter sürücüləri də var".

BDYPİ rəsmisi bildirib ki, bəzi hallarda azyaşlıların valideynlərindən xəbərsiz skuterdən istifadə etməsi halları ilə də qarşılaşırlar:

"Belə hallarda həmin şəxslərin valideynləri dəvət olunur və onlarla profilaktik söhbətlər aparılır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 133   Tarix: 29 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bazar gününün havası

Noyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətidən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bildirilib ki, səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayi

28 noyabr
.

Azərbaycan armatur istehsalını 13 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 346,5 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 % çoxdur. Bu il noyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 14,3 min ton hazır məhsul ehtiyat

29 noyabr
.

Tikinti aparmaq istəyən şəxslərə pis xəbər - Video

Azərbaycanda tikintidə istifadə olunan taxtanın qiyməti artıb. Azərbaycan Qiymətləndiricilər Palatasının yaydığı məlumata görə, taxtanın bir kubmetrinin qiyməti oktyabr ayında əvvəlki ayla müqayisədə orta hesabla 5.3 faiz bahalaşıb. Ay ərzində tikinti materialları üzrə qeydə alınan ümumi qiymət artımını

29 noyabr
.

Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 67 dəfədən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 188,6 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 dəfə çoxdur. Bu il noyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarınd

28 noyabr
.

BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) skuter və velosiped sürücülərinin yol hərəkəti qaydalarına riayət etməsinə nəzarəti gücləndirib. Bunu İTV-nin "Pressinq" verilişində "Report"un sualını cavablandıran BDYPİ-nin İctimai qurumlarla əlaqələr bölməsinin rəisi, polis kapitanı Elvi

29 noyabr
.

Azərbaycan ayaqqabı istehsalını 56 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 milyon 277,4 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56 % çoxdur. Bu ilin noyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 98 min cüt hazır məhsu

28 noyabr
.

Gələn ildən ailələrlə bağlı YENİ QAYDA: Hər kəsin məlumatı...

Gələn ildən ev təsərrüfatlarının uçotu aparılacaq. Məqsəd əhalinin faktiki yaşayış şəraiti, ailə tərkibi, məşğulluğu, sosial vəziyyəti, torpaq sahələri və fərdi təsərrüfat fəaliyyəti barədə dolğun məlumatların əldə edilməsini təmin etməkdir. Uçotun aparılması ilk dəfə olaraq MyGov platformasında yaradılmı

29 noyabr
.

Bazarda meyvə-tərəvəz 50 faizədək bahalaşdı

Son günlər bazarlarda meyvə və tərəvəzlərin qiymətində 40-50 faizədək artım olduğu bildirilir. Bəs bahalaşmanın əsas səbəbi nədir? Yeni il ərəfəsində qiymətlərin daha da yüksəlməsi gözlənilirmi?. "Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyinin sədri Akif Nəsirli -a açıqlamasında bildiri

28 noyabr
.

Azərbaycan asfalt istehsalını 32 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 167,3 min ton asfalt istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,1 % çoxdur. Təkcə oktyabrda isə ölkədə 25,9 min ton asfalt istehsal olunub. Bu, 1 il əvvələ nisbətə

28 noyabr