Türkiyə Azərbaycana yeni səfir təyin etdi
Türkiyə Azərbaycana yeni səfir təyin edib.
"Qafqazinfo" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlayıb.
Belə ki, bu vəzifəyə Türkiyə Maarif Vəqfinin sədri Birol Akgünün təyin edilməsinə qərar verilib.
O bu vəzifədə Cahit Bağçını əvəz edəcək. Bağçı 2021-ci ilin mayından Türkiyənin Bakıdakı səfiri postunu tutub.
Bununla yanaşı, Türkiyənin Almaniya, Hindistan, İtaliya, Sinqapur və bir neçə digər ölkələrə də yeni səfirləri təyin edilib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1305 Tarix: 03 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabr