"Ermənistanın bu məsələdən kart kimi istifadə etməsi absurddur..." - POLİTOLOQ

"Ermənistanın bu məsələdən kart kimi istifadə etməsi absurddur..." - POLİTOLOQ"Qərbi azərbaycanlılar öz tarixi torpaqlarından Ermənistan dövləti tərəfindən qanunsuz olaraq deportasiyaya məruz qalıblar. Məqsəd, Ermənistanın monoetnik dövlət qurmasıdır və hazırda biz bunu müşahidə edirik. Yəni, Ermənistan Azərbaycandan fərqli olaraq monoetnik dövlətdir. Belə nümunə dünyada azdır. Bu isə erməni şovenizmindən xəbər verir".

Bunu Sonxeber.az-a politoloq Əli Zülfüqaroğlu danışıb.

O, açıqlamasında qeyd edib ki, Ermənistan beynəlxalq hüquqa hörmət qoymayaraq, azərbaycanlıların öz doğma torpaqlarına qayıtmasına qarşı çıxır:

"Bunun dövlət siyasəti səviyyəsinə qaldırılması Ermənistanın, əslində, dövlət olaraq hansı mahiyyət daşıdığının göstəricisidir. Ona görə də azərbaycanlılara qarşı tarxin müəyyən dönəmlərində mərhələ-mərhələ, planlı şəkildə bu proseslər həyata keçirilib. Amma, Azərbaycan Vətən müharibəsində əldə etdiyi qələbədən sonra Azərbaycan ərazisində yaşayan erməni sakinlərinə şans verdi ki, onlar Azərbaycan qanunları çərçivəsində burada yaşaya və həyatlarına davam edə bilərlər. Amma, Ermənistan hökuməti planlı şəkildə onları Azərbaycan ərazilərindən çıxardıb və bundan Azərbaycana qarşı istifadə etmək məqsədi güdürdü. Bu səbəbdən də, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Qərbi Azərbaycandan zorla köçürülmüş soydaşlarımızın geriqayıdış məsələsini zaman-zaman gündəmə gətirir və prioritet istiqamətlərdən biri olaraq görür. İndiki məqamda isə bu məsələnin gündəmdə saxlanılması hesab edirəm ki, kifatəyət qədər vacibdir. Amma, Ermənistan çox təəssüf ki, beynəlxalq hüquqa hörmət qoymayaraq azərbaycanlıların öz doğma torpaqlarına qayıdış prosesinin həyata keçiirlməsini istəmir. Ermənistan hökumətinin təşkilatçılığı ilə Qarabağdan köçmüş ermənilərin Azərbaycana qayıdışını şərt olaraq irəli sürür. Hesab edirəm ki, bu iki məsələ arasında oxşarlıq qətiyyən yoxdur və tamam fərqli məsələlərdir. Ermənistanın bu məsələdən kart kimi istifadə etməsi heç bir effekt verməyəcək".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1986   Tarix: 04 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr