"Onlar məni öldürürlər" - Joze Mourinyo Türkiyə mətbuatından şikayətləndi
"Fənərbağça"nın baş məşqçisi türkiyəli jurnalistlərin ona münasibətindən narazıdır.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Joze Mourinyo hesab edir ki, Türkiyə mətbuatı yerli çempionatda çalışan mütəxəssislərə həddindən artıq təzyiq göstərir.
"Lider "Qalatasaray"dan 3 xal geri qaldığımız turnir cədvəlində ikinci yerdəyik. Amma media məni hələ də öldürür. Mənə bir az hörmət göstərin. "Beşiktaş"dan qovulan Covanni van Bronkhorstla eyni şeyi mənə etməyə çalışmayın. Mən elə bir məşqçi tanımıram ki, üç, dörd, beş ayda möcüzə yaradaraq hər şeyi dəyişə bilsin. Məncə, həmin van Bronkhorst öz işini əla iş görürdü", - Mourinyo vurğulayıb.
"Klubların və oyunçuların inkişafı üçün onlara sabitlik lazımdır, o cümlədən məşqçilərə də. Odur ki, mənə bir az dincəlməyə imkan verin, qoyun rahat işləyim. Amma sakitlik yoxdursa, deməli, bu problem deyil, mən yenə də işimdən həzz alıram", - əfsanəvi portuqaliyalı mütəxəssis əlavə edib.
Joze Mourinyo iyun ayında "Fənərbağça"nın baş məşqçisi vəzifəsinə keçib. Mourinyonun son iş yeri 2024-cü ilin yanvarında qovulduğu "Roma" olub. Mourinyo əvvəllər "Porto", "Çelsi", "İnter", "Real", "Mançester Yunayted" və "Tottenhem"də baş məşqçi vəzifəsində çalışıb. O, Çempionlar Liqasında iki, Avropa Liqası və Konfrans Liqasında hər birində bir qələbə də daxil olmaqla 26 titul qazanıb. Joze Mourinyo hər üç avrokubok yarışında qalib gəlməyi bacaran yeganə məşqçidir.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1494 Tarix: 04 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın futzal millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
Azərbaycanın futzal üzrə millisinin dünya çempionatının əsas mərhələsində Çexiyaya qarşı oyun üçün heyəti bəlli olub. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Yığmaya 14 oyunçu dəvət alıb. Xatırladaq ki, Azərbaycan komandası DÇ-2028-in əsas mərhələsində Çexiya ilə oktyabrın 16-da üz-üzə gələcək
14 oktyabr"Real Madrid"in futbolçusu itlərinə görə hakim qarşısına çıxacaq
"Real Madrid" klubunun müdafiəçisi Ferlan Mendi ona məxsus itlərdən birinin yeniyetməyə hücum etməsi ilə əlaqədar məhkəməyə çıxacaq. bu barədə "Sport.es" nəşrinə istinadən xəbər verir. Madrid Cinayət Məhkəməsi ilk iclası dekabrın 21-nə təyin edib. Qeyd edək ki, fransalı futbolçunu
17 oktyabr"Səbail" klubu ev oyunlarını Qubada keçirmək üçün danışıqlar aparır
"Səbail" Futbol Klubunun rəhbərliyi Quba Olimpiya İdman Kompleksinin stadionunda ev oyunlarını keçirmək məqsədilə danışıqlar aparır. Bu barədə "Report"un sorğusuna cavab olaraq I Liqa təmsilçisindən məlumat verilib. Klubdan bildirilib ki, rəqibləri məhz Quba şəhərində qəbul etmə
23 oktyabr"Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb
Türkiyə Superliqasının IX turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. İstanbul derbisi FIFA referisi Atilla Karaoğlana tapşırılıb. Xatırladaq ki, "Qalatasaray"
22 oktyabr"Sabah" Bakıda ilk ÇL matçına çıxır
"Sabah" Çempionlar Liqasında ilk ev oyununa çıxır. Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiy
13 oktyabrBatrakov "Barselona"ya təklif olunubmuş
1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind
18 oktyabr