"Azərbaycan dövlətinin mövqeyi bu məsələdə birmənalıdır" - POLİTOLOQ

"Azərbaycan dövlətinin mövqeyi bu məsələdə birmənalıdır" - POLİTOLOQ"Qərbi azərbaycanlıların geridönüşü ilə bağlı məsələ, təbii ki, Azərbaycan dövlətinin diqqətindədir. O cümlədən, icma formalaşır və Qərbi Azərbaycan İcması yarandığı müddətdən aktiv fəaliyyət göstərməkdədir. İcmanın hazırladığı bir çox sənədlər də ləyaqətli geridönüşlə bağlı BMT-də yayılıb və bir çox dövlətlərə, nümayəndələrə təqdim olunub".

Bunu Sonxeber.az-a politoloq Oktay Qasımov danışıb.

O, açıqlamasında qeyd edib ki, geridönüşlə bağlı qarşıda görüləcək çox ciddi işlər var:

"Təbii ki, bu istiqamətdə ardıcıl işlər görülməkdədir. Bakıda da keçirilən beynəlxalq konfrans bu məsələnin nə qədər aktual olduğunun göstəricisidir. Geridönüş məsələsi zaman aparan bir vəziyyətdir. Digər tərəfdən nəzərə alsaq ki, Azərbaycan və Ermənistan arasında münasibətlər hələ də normallaşmayıb və faktiki olaraq savaş vəziyyəti qalmaqdadır. Ehtimallar da kifayət qədər böyükdür. Digər tərəfdən nəzərə alsaq ki, bu münaqişənin uzunmüddətli tarixçəsi var və bu yalnız dövlətlərarası deyil, eyni zamanda cəmiyyətlər arasında da kifayət qədər ciddi ziddiyətlər mövcuddur. Belə ki, Erməni cəmiyyəti hələ də türk düşmənçiliyindən, faşist, millətçi, şovnist zehniyyətdən hələ də xilas olmayıb. Bu baxımdan sözügedən məaələlərin uzun zaman aparacağı bəllidir. Amma, Azərbaycan dövlətinin mövqeyi bu məsələdə birmənalıdır. Ən azı o baxımdan ki, Qarabağ ermənilərinin geridönüşünü istəyən qüvvələr nəzərə almalıdılar və qəbul etməlidilər ki, bunun qarşılığı eyni zamanda asimmetrik formada qərbi azərbaycanlıların öz doğma, dədə-baba torpaqlarına qayıdışı ilə paralel aparıla bilər, başqa variant mümkün deyil. Məhz, bu səbəbdən əlbəttə ki, bu geridönüşlə bağlı qarşıda görüləcək çox ciddi işlər var. Bu sistemli, davamlı, uzunmüddətli və kifayət qədər ağır prosesdir deyə bilərik. Bunun üçün xeyli əmək və enerji sərf olunmalıdır. Böyük ümidlər var ki, bu məsələ öz müsbət həllini tapacaq".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1919   Tarix: 05 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr