"Sözsüz ki, Heydər Əliyev kimi xalqını, dövlətini sevən bir Lider bu müraciətə biganə qalmadı..." - Bəhruz Quliyev

"Sözsüz ki, Heydər Əliyev kimi xalqını, dövlətini sevən bir Lider bu müraciətə biganə qalmadı..." - Bəhruz Quliyev"Zaman bizi Ulu Öndər Heydər Əliyevdən fiziki olaraq nə qədər uzaqlaşdırırsa, sanki böyük Lider mənəvi olaraq bir o qədər də bizə yaxınlaşır. Onun böyüklüyü, əzəməti zaman keçdikcə daha dəqiq görünür. Azərbaycan xalqının Böyük oğlu, milli-dövlətçilik və Azərbaycançılıq məfkurəsinin banisi Heydər Əliyev haqqında fikir bildirmək, Onun haqqında düşüncələri bölüşmək çətin və məsuliyyətli bir işdir. Belə ki, ömrünü siyasi fəaliyyətə, dövlət maraqlarına, xalqına həsr edən böyük şəxsiyyət Heydər Əliyev dünyanın nüfuzlu siyasətçiləri fonunda daim zirvələrdə yer alıb. Məhz bu baxımdan, Heydər Əliyev deyərkən, ilk olaraq gözümüz önündə bir xarizmatik Lider, Böyük Azərbaycanlı canlanır".

Bunu Sonxeber.az-a açıqlamasında SƏS Media Qrupun rəhbəri, siyasi analitik Bəhruz Quliyev deyib.

Bəhruz Quliyev Ulu Öndərin Azərbaycançılıq məfkurəsindən danışarkən qeyd edib ki, Heydər Əliyevin uzaqgörənliyi, xalqına və dövlətinə verdiyi sonsuz dəyəri nəticəsində xalq-iqtidar birliyi formalaşmağa başladı və güclü dövlətin təməli qoyuldu:

"Ötən əsrin 90-cı illərinin əvvəllərində məhv olmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqı yeganə çıxış yolunu Heydər Əliyevdə gördü və əminliklə öz Liderinə etimad göstərdi. Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsindəki təməl prinsiplərindən biri də milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində qurduğu siyasi konsepsiyası oldu. Əgər Azərbaycançılıq məfkurəsi, ideyası əsaslı şəkildə dərk olunmasaydı, bu gün biz Qarabağdakı Zəfərimizdən danışa bilməzdik. Qarabağımızın düşmən işğalından azad edilməsi ilə nəticələnən 44 günlük Zəfər yolumuzun da təməlində məhz bu tarixi məfkurə, ideyaya sadiqlik, layiqli varislik dayanır. Bu gün cənab İlham Əliyev bütün çıxışlarında bu məfkurənin qorunub-saxlanılması, gələcək nəsillərə ötürülməsi ilə bağlı fikirlərini ifadə edir, qərarlı addımlar atır, bunu millətin, dövlətin, xalqın iradəsinə xas olduğunu vurğulayır".

Siyasi analitik bildirib ki, hər bir xalqın özünəməxsus milli-ideoloji baxışı var və Ulu Öndər Heydər Əliyev bu mühüm məqamı bilavasitə dövlətçilik, Azərbaycançılıq siyasəti ilə sintezləşdirərək, möhkəm təməlləri qoymuş oldu:

"Heydər Əliyev yaxşı bilirdi ki, başa çatdıra bilməyəcəyi işlərini onun layiqli varisi davam etdirəcək, başa çatdıracaq və yeni məqsədlərə doğru irəliləyəcək. Bu baxımdan, Heydər Əliyev həyatının bütün incəliklərinə real baxış prizmasından yanaşırdı və bilirdi ki, qarşıda görüləcək çox çətin işlər var və bu işlərin realizə olunmasını yalnız İlham Əliyev həyata keçirmək gücündə, qüdrətindədir. Bu təməl dövlətimizin ideoloji prinsipidir və bu prinsip ölkəmizin daha da qüdrətli, güclü olması maraqlarına dayanır. Tarix də bu gerçəkliyi sübut etməkdədir. Əbəs deyil ki, müxtəlif siyasi-ictimai hadisələr baş verərkən, Heydər Əliyevin bir çağırışı ilə yüzminlərlə insan onun səsinə-səs verir, Liderinin ətrafında birləşirdi. Bax, bu gerçəklik möhkəm əsaslara söykənən dövlətçilik, Azərbaycançılıq ruhunun, ideologiyasının bariz təcəssümü olaraq şanlı tariximizə fəxarət hissi ilə yazılıb.
Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən biri də ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Bu o vaxta təsadüf edirdi ki, o zaman xalqın bir siyasi təşkilat ətrafında birləşərək Azərbaycanı düşdüyü mürəkkəb vəziyyətdən çıxartmağa ehtiyacı vardı. Məhz bu zərurəti hiss edən ölkə ziyalıları Azərbaycan xalqının adından 1992-ci ilin 16 oktyabrında bir araya gəlib Ulu Öndər Heydər Əliyevə "SƏS" qəzeti vasitəsilə "Azərbaycan sizin sözünüzü gözləyir" adlı müraciət ünvanladılar. Sözsüz ki, Heydər Əliyev kimi xalqını, dövlətini sevən bir Lider bu müraciətə biganə qalmadı və 1992-ci il 24 oktyabrında "SƏS" qəzeti vasitəsilə "Yeni, müstəqil Azərbaycan uğrunda" adı ilə müraciətə cavab ünvanladı. Bu cavab həm də ölkəni düşdüyü vəziyyətdən çıxarmaq üçün yol xəritəsi, proqram tipli konsepsiya idi. Və beləliklə bir neçə gün sonra, ölkə ziyalılarının təkidli çağırışları və xalqın etimadı sayəsində Liderin ətrafında birləşməklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Heydər Əliyevin yüksək nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad partiyanın qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına şərait yaratdı. Fakt budur ki, YAP siyasi təşkilat olaraq, yarandığı müddətdən cəmi 6 ay sonra siyasi hakimiyyətə gəldi və bu, bilavasitə xalqın dəstəyinin, Ulu Öndər Heydər Əliyevə olan məhəbbətinin, inam və etibarının bariz göstəricisi, təntənəsiidir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1799   Tarix: 09 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr