"Fransadan olan təxribatçıların pozucu fəaliyyətləri bu gün Avropa Parlamentini başdan-ayağa öz cənginə alıb" – POLITOLOQ
Avropa Parlamentinin 2024-cü il 19 dekabr tarixli plenar iclası ölkəmizə qarşı növbəti qətnamənin qəbulu ilə yadda qaldı. Qətnamədə adəti üzrə saxta məlumatlara və rəqəmlərə istinad edilir, reallıqlar təhrif edilir, qanunların pozulmasına gətirib çıxarmış cinayət əməllərinin təhqiqatına siyasi don geyindirilməyə cəhd göstərilir.
Bəs görəsən Azərbaycan bu təxribatları necə dəyərləndirir?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Sonxeber.az – a açıqlama verib:
"Avropa Parlamenti bütün siyasi əxlaq normalarını itirən, diplomatiyanın və siyasi etiket normalarının qayda-qanunlarından bixəbər olan insan sürüsündən ibarət bir təşkilata çevrilib. Təəssüflər olsun ki, özəlliklə Fransadan olan təxribatçıların pozucu fəaliyyətləri bu gün Avropa Parlamentini başdan-ayağa öz cənginə alıb. Faktlara əsaslanan reallıqların deyil, öz əlaltıları olan nüfuz agentlərinin uydurma böhtanlarının dırnaqarası iclaslara, bəyənnatlara, hesabatlara daxil edilməsi Avropa parlamentinin bir təşkilat olaraq sıradan çıxdığını və nə qədər rəzil bir durumda olduğunu göstərir. Bu gün Avropa Parlamenti Azərbaycan əleyhinə dırnaqarası qətnamələr qəbul edərək ölkəmizin gücünü həzm edə bilmədiyini nümayiş etdirir. Hesab edirəm ki, erməni lobbi təşkilatlarının əlində oyuncağa çevrilən, dezinformasiya yuvası olan Avropa parlamenti heç bir siyasi nüfuzu və çəkisi olmayan bədbəxtlər yığınına çevrilib. Bu baxımdan da Avropa Parlamentinin dırnaqarası qətnamələrinin bizim üçün heç bir əhəmiyyəti ola bilməz".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?