"Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, tanınacaq" - DEPUTAT

"Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, tanınacaq" - DEPUTAT"Cənab Prezident hər il mütəmadi olaraq idman ictimayyətinin nümayəndələri ilə görüşür. Hər görüşdə idmançılar, nümayəndələr, məşqçilər, idman xadimləri fəxri adlarla, mənzillərlə və digər mükafatlarla fərqlənirlər. Ölkə başçısı hər zaman dövlətin bu sahəyə olan diqqətini xüsusi olaraq qeyd edir. Onu da vurğulmaq lazımdır ki, Cənab İlham Əliyev nadir ölkə başçılarından biridir ki, həm də paralel olaraq Milli Olimpiya Komitəsinin Prezidentidir. O, olimpiya hərəkatına rəhbərlik edir. Bu bir rəmzi məna daşıyır və o həm də olimpiya hərəkatının məğzindən xəbər verir ki, onun əsas mənasında, ruhunuda sülhdür, qardaşlıqdır, tolerantlıqdır, mədəniyyətdir, sağlamlıqdır, idmandır".

Bunu Sonxeber.az-a deputat Vüqar İskəndərov danışıb.

O, açıqlamasında qeyd edib ki, Cənab Prezident idman ictimayyətinin nümayəndələri ilə görüşündə həm də Azərbaycan gəncinə, idmançılarımıza bir yol xəritəsi də təqdim etdi:

"Bütün bu məsələlər olimpiya hərəkatına ölkə başçımızın rəhbərliyi həm də Azərbaycan gəncinə, idmançısına, ümumiyyətlə insanların sağlam həyat tərzinə və ali insan dəyərlərinə verdiyi çox böyük dəyərdir, diqqətdir. Bu dəfə də Cənab Prezident öz çıxışında maraqlı məqamlara toxundu. Azərbaycan idmançılarının uğurlarından danışdı, 2024-cü ildə beynəlxalq yarışlarda 1700-dən artıq medalın ölkəmizə gətirilməsi, idmançılarımızın Paris Olimpiya Oyunlarında yüksək nəticə əldə etməsi Azərbaycanın idman ölkəsi olduğunun bariz nümunəsidir. Cənab Prezident, əsasən də, idmançılarımızın bütün gənclərə nümunə olduğunu qeyd etdi. Ölkə başçımız qeyd edir ki, idmana olan bu diqqət və qayğı hər il daha artacaq və hər zaman davam edəcək. Bu bir dövlət siyasətidir. Cənab prezident idman ictimayyətinin nümayəndələri ilə görüşündə həm də bir Azərbaycan gəncinə, idmançılarımıza bir yol xəritəsi də təqdim etdi. Ölkəmizdə keçirilən beynəlxalq yarışların, COP29-la bağlı olan məsələlər, idman infrastrukturnun ölkəmizdə yüksək səviyyədə olması, bölgələrdə olimpiya idman komplekslərinin tikintisi, işğaldan azad olunmuş ərazilərdə idman yarışlarının keçirilməsinin və orada yaşayacaq yeniyetmə gənclərimizin idmanla məşğul olması üçün şəraitin yaradılması prioritet məsələlərdən biridir. 2025-ci ildə ölkəmizdə təşkil olunacaq III MDB Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün hazırılıq işlərinin görülməsi, Gəncə şəhərində və digər bölgələrdə bu yarışın keçirilməsi, 7 mindən yuxarı idmançının ölkəmizə gəlməsi də ölkə başçımızın,xüsusiliklə, diqqətində olan bir məsələdir. Düşünürük ki, bu beynəlxalq yarışın da təşkilinə hər zaman olduğu kimi Azərbaycanda xüsusi maraq göstəriləcək. Ölkəmizin yüksək səviyyədə təcrübəsi var. Biz ölkəmizdə təşkil olunan bütün beynəlxalq (mədəniyyət, idman, siyasi, ekoloji) tədbirləri təşkilinə görə dünyaya nümunəyik. Bu bizim həm də, həmin sahədə olan təcrübəmizin, ölkə rəhbərliyinin diqqətinin, peşəkar komanda formalaşmasının bariz nümunəsidir. Cənab Prezidentin idman ictimayyətinin nümayəndələri ilə görüşündə qeyd etdiyi məsələlər Azərbaycan gəncinin gələcəyinə və idmanımızın inkişafına hesablanır. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, tanınacaq. Bu sahə siyasətin tərkib hissəsidir və düşünürük ki, idmançılarımız da ölkə başçısının onlara onlara olan bu diqqət və qayğısına özlərinin həm davranışları ilə, həm həyat tərzləri ilə, həm də beynəlxalq yarışdakı nəticələri ilə adekvat şəkildə öz medalları ilə, bayramğızı şərəflə dalğalandırmaqları ilə cavab verəcəklər".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2332   Tarix: 25 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Ordusunun Zəfər yolu

"Azərbaycan xalqı üçün 2020-ci ilin ən böyük hadisəsi ərazi bütövlüyünün bərpası oldu. Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək işğal siyasətinə son qoydu. Rəşadətli ordumuz qısa müddətdə 30 il ərzində düşmənin milyonlarl

4 noyabr
.

Prezidentin təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır

Prezident İlham Əliyevin bu gün təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır. -ın məlumatına görə, onlar Baku TV-nin işçiləridir. Telekanalın əməkdaşları - Elçin Əlibəyli (müəllif-aparıcı), Gülnar Muradova (müəllif-aparıcı) və Jalə Ədilova (xəbər aparıcısı) "Tərəqqi"

5 noyabr
.

Şuşanın azad olunması 44 günlük müharibənin taleyini necə dəyişdi? - AÇIQLAMA

"Şuşanın azad olunması hərbi-siyasi tariximizin ən böyük hadisələrindən biridir. Bu hadisənin həm ondan əvvəl baş verən proseslərin yekunlaşmasında, həm də sonrakı hadisələrin müəyyənləşməsində çoxşaxəli təsirləri olub. Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsinin taleyini həll etdi. Çünk

5 noyabr
.

Güc və birlik rəmzi - "Dəmir yumruq"

"2020-ci il sentyarın 27-də Prezident, Ali Baş Komandan İlham Əliyevin Ordumuza hücum əmri bütün dünya azərbaycanlılarının illərdən bəri ürəklərində yaşatdıqları arzuya doğru başlanğıc oldu. Hərbi əməliyyatların birinci gününün sonunda Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində stratej

3 noyabr
.

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - Siyahı

Prezident İlham Əliyev Media nümayəndələrinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, Azərbaycanda medianın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:. "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"

5 noyabr
.

Müstəqil dövlətin Konstitusiya günüdür

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al

6 noyabr
.

Düzgün iqtisadi siyasətin möhtəşəm zəfəri

Azərbaycan xalqına şanlı Zəfər bəxş etmiş İkinci Qarabağ müharibəsinin başlanmasının beşinci ildönümü tamam olur. Bu möhtəşəm qələbə son 30 illik tariximizin ən parlaq səhifəsinə, xalqımızın Vətən və torpaq sevgisinin yenilməzliyinin təntənəsinə çevrildi. Vətən müharibəsi və onun cahanşümul nəticəs

3 noyabr
.

Prezident: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir"

"Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevi

5 noyabr
.

"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasınd

6 noyabr