Övladlarını erkən nigaha sövq edənləri hansı cəzalar gözləyir? - ARAŞDIRMA

Övladlarını erkən nigaha sövq edənləri hansı cəzalar gözləyir? - ARAŞDIRMA"Çox böyük təəssüf hissi ilə qeyd etməliyik ki, bir neçə gün öncə 13 yaşlı qız uşağının ana olması faktı ictimaiyyətin və dövlət qurumlarının diqqətini bir daha erkən nikah probleminə yönəltdi. Bu hal bir daha sübut edir ki, cəmiyyətimizdə uşaq hüquqları ilə bağlı maarifləndirmə tədbirlərinin daha da gücləndirilməsinə zərurət var".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Günay Ağamalı danışıb.

O, açıqlamasında qeyd edib ki, uşaq hüquqlarının qorunması hər birimiz üçün prioritet olmalıdır:

"Nə yazıq ki, cəmiyyətimizdə hələ də öz övladlarını erkən yaşda ailə qurmağa məcbur edən ailələr mövcuddur. Erkən nigah uşağın psixoloji və fiziki sağlamlığına, eyni şəkildə onun təhsilnə, inkişaf imkanlarına ciddi zərbə vurur. Valideynlər bu məsələdə məsuliyyət daşıyırlar.

Qanunvericilikdə erkən nigahların qarşısını almaq üçün maddələr mövcuddur, lakin görünən odur ki, qanunların sərtləşdirilməsi vacibdir.

Bu kimi halların təkrarlanmaması üçün maarifləndirmə tədbirləri genişləndirilməlidir. Uşaq hüquqlarının qorunması hər birimiz üçün prioritet olmalı və heç bir halda bu hüquqlara qarşı çıxanlara güzəştə gedilməməlidir".

Sonxeber.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, bu ilin 1 iyun tarixindən Azərbaycan Respublikasının cinayət məcəlləsinin 176 -1 maddəsi qüvvəyə minəcək:

"Qeyd etdiyiniz hal Azərbaycan Respublikasının cinayət məcəlləsinin 152-ci maddəsində yetkinlik yaşına çatmayan şəxslərə qarşı "cinsi əlaqədə olma" və "seksual hərəkətlərin edilməsi" maddəsi adlanır. Bu maddənin 152.2 maddəsinə görə 14 yaşına çatmayan şəxsə qarşı qarşı "cinsi əlaqədə olma" və "seksual hərəkətlərin edilməsi" 3 ildən 6 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu açıq-aşkar cinayət hesab olunur. Eyni zamanda bildirmək istəyirəm ki, bu ilin 1 iyun tarixindən Azərbaycan Respublikasının cinayət məcəlləsinin 176 -1 maddəsi qüvvəyə minəcək. Belə ki, burada nəzərdə tutulur ki, qadını məcburi şəkildə nigaha daxil olmağa məcbur etmək 2000 manatdan 3000 manata qədər cərimə, 2 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir. Eyni zamanda 176 -1.2 maddəsinə əsasən əgər bu hal yetkinlik yaşına çatmayan şəxslər barəsində törədildikdə 4 ilə qədər müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaqdır. Bildirmək istəyirəm ki, hazırkı halda 13 yaşlı qıza qarşı bu əməlin törədilməsi birbaşa cinayət hesab olunur. Hesab edirəm ki, məhkəmə 13 yaşlı qızın uşaq dünyay gətirmə məsələsini ciddi şəkildə araşdıracaq və daha sərt cəza tətbiq edəcək".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3336   Tarix: 02 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Cövdətin qızı 1 yaşında - Fotolar

Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr